Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Analiz
print

ABŞ-İRAN MÜNASİBƏTLƏRİ və AZƏRBAYCAN

2011-11-25 - 14:10:00

 
Elxan ŞAHİNOĞLU  
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri  

İslam inqilabından sonra ABŞ-İran münasibətləri hər zaman gərgin olub. Ancaq İranda Mahmud Əhmədinejad prezident seçildikdən sonra bu gərginlik birə-beş artıb. Gərginliyin səbəbi bəllidir - İranın nüvə çalışmalarından əl çəkməməsi. Ancaq bu, görünən səbəbdir, alt qatda başqa mətləblər də dayanır.

Tehran ümid edirdi ki, başda ABŞ olmaqla Qərbin diqqəti ərəb ölkələrində baş verən dəyşikliklərə qarışdığından nüvə çalışmalarını sürətləndirə bilər. Ancaq bir neçə həftə öncə İngiltərənin “Qardian” qəzetində yayılan məqalə durumun fərqli olduğunu ortaya qoydu. Həmin məqalədə Böyük Britaniyanın İranın nüvə obyektlərinə hava zərbələri endirə biləcəyi vurğulandı, ardından İsrail prezidenti Şimon Peres açıqlama verərək eyni sözləri təkrarladı. Bununla İran yenidən beynəlxalq aləmin baş gündəm mövzularından birinə çevrildi.

İsrail, Hindistan və Pakistana olar, İrana niyə olmaz?

İran rəsmiləri deyirlər ki, onların nüvə çalışmaları sülh məqsədlidir. Ancaq bunu isbat edə bilmirlər. Əks halda Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə çalışmaları ilə bağlı son hesabatında həyəcan təbili çalmazdı. Bu təşkilatın rəhbəri Yaponiya vətəndaşıdır və ABŞ-dan asılılığı yoxdur. Bu faktı ona görə xatırladıram ki, Tehran beynəlxalq aləmdə İranla bağlı qəbul edilən hər qərarı ABŞ-ın adına bağlayır. Əslində artıq Tehran nüvə çalışmalarını gizlədə bilmir. Ötən il BMT-nin sessiyasının başlamasına bir neçə gün qalmış Tehran Qum yaxınlığında nüvə çalışmaları apardığını etiraf etdi. Bu ondan irəli gəlirdi ki, Tehran məsələnin faş olacağını anladı, çünki Qərb və İsrail kəşfiyyatının əlində tutarlı faktlar var idi.

Bəzən Azərbaycanda da belə bir sual verirlər ki, nədən bölgədə İsrail, Hindistan və Pakistanın nüvə silahı var və buna heç kim kəskin reaksiya bildirmir, ancaq İrana bunu qadağan edirlər? Səbəbi çox sadədir. İsrail qüsurlu xarici siyasətinə rəğmən bölgənin tək-tük demokratik ölkələrindən sayılır. O mənada ki, bu ölkədə iqtidar xalqın ciddi nəzarəti altındadır. Hindistan və Pakistan iqtidarları da bölgəyə dəhşət saçmırlar. İrandakı rejim isə hər yanı hədələməklə məşğuldur. İsraili yer üzündən silinməsi vacibliyini dilə gətirən bir ölkənin əlinə nüvə silahı düşsə, onun bu silahdan necə istifadə edəcəyi üzərində çox düşünməyə dəyməz.

Digər tərəfdən İranın nüvə silahı olarsa, Türkiyə də nüvə silahı haqqında ciddi düşünmək məcburiyyətində qalacaq. Nüvə silahı olan İran Azərbaycana da yaxşı heç nə vəd etmir. Onsuz da İranın Azərbaycan əleyhinə hədələrini bitmək bilmir. Bu baxımdan başda ABŞ olmaqla Qərb birmənalı olaraq İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Ancaq bu, Qərbin İranla müharibəni başlayacağı anlamına da gəlmir. Söhbət konkret nüvə obyektlərinin hədəf götürülməsindən gedir. Qərb və İsrailin hava zərbələri endirməsi praktikası var. Səddam Hüseyn rejiminin nüvə silahı əldə etməsinə yaxın olduğu xəbərləri yayıldıqda İsrail 1980-ci illərin əvvəllərində həmin obyektləri dağıtdı və ondan sonra Bağdad nə qədər çalışsa da, nüvə çalışmalarını sürətləndirə bilmədi. Oxşar situasiya İranın nüvə obyektlərini də gözləyə bilər. İtki olacaqmı? Əlbəttə. Hələ ağıllı bomba kəşf olunmayıb ki, ancaq tikilini dağıtsın.

Irana hava zərbələrinin mümkünlüyü ABŞ-dakı daxili vəziyyətdən də asılı ola bilər. ABŞ-da prezident seçkisinə faktiki start verilib. Obamanın reytinqi əvvəlki illərlə müqayisədə bir qədər enib. Obama reytinqinin artırılması yolları barədə düşünməlidir. Bəzən müharibə reytinqi azaldar, bəzən isə artırar. ABŞ-da aparılan son sorğuya görə, əhalinin 50 faizi İrana qarşı hava hücumlarını dəstəkləyir. Özü də 36 faiz sanksiyaların nəticələrini gözləmədən İrana zərbələri lazımlı sayır. Bu, böyük rəqəmlərdir. Yəni hava zərbələrinin effekti olacağı təqdirdə Obamanın reytinqi artacaq.

İrana qarşı ikinci cəbhə…

ABŞ ikinci cəbhədə də İranla bağlı siyasətinin aktivləşdirib. Əslində İranda daxili proseslər sürətlənsə və bu, hakimiyyət dəyişikliyini sürətləndirsə, bu ölkəni hərbi yolla ram etməyə də zərurət olmayacaq. İrana qarşı siyasi və iqtisadi sanksiyalar güclənib. Qonşu ölkədə qiymətlər qalxır, inflaysiya artır, bir sözlə İran cəmiyyəti qaynayır. İranda idarəetmənin kimin əlində olduğu da bəlli deyil. Üç qüvvə var - prezident və onun ətrafı, dini lider və onun ətrafı və  “Sepah”. İkinci və üçüncü durumdan asılı olaraq bəzən müttəfiq kimi çıxış edirlər. Prezidentin müşaviri tululur, bir az sonra sərbəst buraxılır, prezident institutunun ortadan qaldırılması gündəmə gətirilir, “Sepah” Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd hazırlayır və s.

Suriyadakı vəziyyət də İran rejimini yaman qorxudub. Suriya rejimi əldən getsə, inqilab qalğası, o cümlədən Qərbin maraqları İran sərhədinə dirənəcək. Suriya rejimi əldən getsə, İran Suriya üzərindən Yaxın Şərqdə dağıdıcı rol oynaya bilməyəcək, “Həmas” və “Hizbullah” kimi qruplaşmalara silah göndərməsi çətinləşəcək. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Hillari Klinton bu günlərdə açıqlama verərək İranda virtual səfirlik açmağa qərar verdiklərini deyib. Bu da daxildəki prosesləri sürətləndirməyə yönəlib. Qərbin əvvəlki illərlə müqayisədə Güney amilinə də marağı artıb. Qərbin televiziya kanalları Urmiya gölünün qurulması məsələsinə maraq göstərdilər. Düşünürəm ki, hadisələrin gələcək inkişafından asılı olaraq Qərbin Güney Azərbaycandakı proseslərə marağı bir qədər də artacaq.

Bu yerdə gəlirik İran-Azərbaycan münasibətlərinə. İran-Azərbaycan münasibətlərində sualların sayı azalmır. Oktyabrın 19-da Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması qeydə alındı. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olundu. O, aldığı güllə yarasından xəstəxanada öldü. Bu hadisəyə görə Tehran Azərbaycana sərt nota göndərdi. Ancaq Tehran adi bir suala cavab vermədi ki, İran sərhədçisi necə olub ki, Azərbaycanın içərilərinə doğru 1 kilometr irəriləyib.

Son olay sərhəddəki durumun gərgin olduğuna işarə idi. İran-Azərbaycan sərhədindən keçirilən narkotik maddələrin miqdarı da hər gün artır. Azərbaycan rəsmilərinin sözlərindən bu qənaətə gəlmək olar ki, ələ keçirilən narkotik maddələr sərhəddən keçirilənin cüzi hissəsidir. Bu yerdə növbəti sual yaranır: İranda narkotik maddələrin saxlanılmasına və daşınmasına görə vətəndaşlara ən ağır cəza nəzərdə tutularkən necə olur ki, Azərbaycanla sərhədi nəzarət altında saxlaya bilmirlər? Sanki İrandakı müəyyən qüvvələr zəhərli maddələrin Azərbaycana keçirilməsində maraqlıdırlar. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bu həftə “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda keçirilən tədbirdə Əfqanıstanda istehsal olunan narkotik vasitələrin dünyaya daha çox İran vasitəsilə yayıldığını deyib: “Azərbaycana da narkotik vasitələrin böyük hissəsi İran ərazisindən gəlir. Bunun nəticəsidir ki, dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısının alınması zamanı toqquşmalar baş verir. Narkotik qaçaqmalçıları ilə silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb”.

İranın xarici işlər naziri bir neçə həftə öncə Qazaxıstana səfəri zamanı üçüncü ölkələrin Xəzərdə hərbi mövcudluğuna imkan verilməməsi vacibliyini söyləmişdi. Aydındır ki, iranlı nazir Azərbaycanı nəzərdə tuturdu. Çünki Xəzəryanı ölkələrdən yalnız Azərbaycan bu istiqamətdə ABŞ-la əməkdaşlıq edir. ABŞ Azərbaycana katerlər və radarlar verir. Bu əməkdaşlıq da İran hakimiyyətini qıcıqlandırır. Ancaq Tehran nə bu əməkdaşlığın, nə də ki “Nabukko” və “Transxəzər” kimi layihələrin qarşısını almaq gücündədir.

Rafiq Tağının ölümünə fitva verənlər…

Yazıçı Rafi Tağıdən müəmmalı ölümü diqqəti yenə İrana yönəldib. Rafiq Tağıdan ölüm ayağında “kimdən şübhələnirsiz” sualını verdikdə cavabı birmənalı oldu: “İran”. Əlbəttə, qətlin sifarişçi(lər)sini və içracı(lar)sını istintaq müəyyənləşdirəcək, ancaq İrandan gələn son təhdidlərə də diqqət yetirmək məcburiyyətindəyik. İran məscidlərində anti-Azərbaycan şüarlar artıb, Azərbaycan əleyhinə “beynəlxalq” konfrans keçiriblər, “Hezbullah”ın İran qolu Təbrizədəki konsulluğu daşqalaq edəcəyini açıqlayıb.

Digər tərəfdən Rafiq Tağının ölümündən bir qədər əvvəl ABŞ dərgilərindən birində belə bir xəbər yayımlandı ki, İran Azərbaycan da daxil olmaqla Qərbin müttəfiqi olan bir sıra ölkədə qətllər planlaşdırır. Bu azmış kimi İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan saytda “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü”  xəbəri verildi. Bu, Rafiq Tağının yazısına ona görə ona bir neçə il öncə ölüm fitvası verən iranlı ayətullahın qərarının qüvvədə qaldığına işarədir. Bütün bunları nəzərə alaraq Rafiq Tağının ölümündə İran izinin olmasına şübhə necə yaranmasın?

İranın rəsmi və dini dairələri Azərbaycana təzyiqlərini hər keçən gün artırırlar. Tehran bizdən əl çəkmir. Demək, Tehranla onun başa düşdüyü dildə danışmaq lazımdır. 2000-ci illərdə İranın hərbi təyyarələri Azərbaycanın hava sahəsini tez-tez pozurudular. Bunun qarşısı necə alındı? Türkiyə hərbi təyyarələrinin Bakının Azadlıq meydanında bircə göstəri düzənləməsi kifayət etdi ki, İran gərəkli mesajı alsın. Bu siyasəti indi də davam etdirmək lazımdır. İranda Azərbaycan əleyhinə konfrans düzənlənirsə, biz də Bakıda Güneydəki duruma dair beynəlxalq konfrans keçirməliyik. Başqa sözlə, İran rejiminə anladılmalıdır ki, Azərbaycana qarşı təzyiq bumeranq effekti verə bilər. İrandakı azərbaycanlıların 90 faizi passivliyini qorusa belə, cəmi 10 faizin aktivləşməsi yetər ki, Tehran ciddi narahatlıq keçirməyə başlasın. Rəsmi Bakı Güney amilini hərəkətə gətirməkdən çəkinməməlidir. Təbrizdəki konsulluğumuz təhlükə altına keçirsə, Tehrana xatırlamalıyıq ki, İranın da Naxçıvanda konsulluğu var…

İrana qarşı müharibə Azərbaycanın xeyrinə deyil. Ən azı qonşu ölkədəki humanitar faciənin Azərbaycana mənfi təsirləri olacaq, soydaşlarımız itkilərə məruz qala bilərlər və s. Ancaq unutmayaq ki, İranın demokratikləşməsi Azərbaycanın xeyrinədir. Bu həm güneyli bacı və qardaşlarımızın hüquqlarının artmasına yol açar, həm də İran-Ermənistan əlaqələrinin qopmasına imkan yaradar. Odur ki, İran və onun ətrafındakı hadisələri ciddi izləməyə ehtiyac var.


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir