Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİNİ MÖVZULAR (I yazı)

2011-10-13 - 13:19:00

“Facebook”, “Twitter”, “Odnoklassniki”, “Kontakte”, “My space”... Siyahını davam etdirmək olar. Adları qeyd olunan sosial şəbəkələrdən “Facebook”dan daha çox istifadə edilir. Səbəb bu sosial şəbəkədə fikir mübadiləsi yollarının asan olmasıdır. Qısaca kiçik hərflərlə “fb” kimi ifadə olunan “Facebook”da səhifə yaratmaq, qrup təşkil etmək də mümkündür.

“fb”də azərbaycanlıların yaratdığı xeyli dini qrup və dinə aid səhifə də var. Onları əsasən iki yerə bölmək mümkündür: maarifləndirici və informativ.

Maarifləndirici profillərə bunları daxil etmək mümkündür: “İslam məfkurəsi ədəbiyyatı və maarifləndirmə” qrupu, “Vəhdət” səhifəsi, “Dədə Qorqud ocağı” qrupu.

İnformativ profillərə isə bunları aid etmək olar: “İslam dini” qrupu, “Vəhdət” qrupu, “Doğru yol “İslam” yolu” qrupu, “Mübariz Ruhanilər Cəmiyyəti” (MRC)” qrupu, “Həzrəti Mühamməd (s.a.s) aşiqləri” qrupu, “Hər gün Aşura, hər yer Kərbəla” qrupu.

Maarifləndirici profillər

354 üzvü birləşdirən “İslam məfkurəsi ədəbiyyatı və maarifləndirmə” qrupunun admini Elvüsal Məmmədov qrupun yaranma məqsədi barədə yazır: “Keçmişin təqlidindən xilas ola bilməyən, müasir dünya ilə ayaqlaşmağı, prioritetləri müəyyənləşdirməyi bacarmayan müsəlman zehniyyətini ənənə və müasirliyin, ağıl və imanın, ehkamlar və ictihadın uğurlu harmoniyası əsasında təshih etmək – bax, budur qarşıya qoyulan məqsəd!”

Qrupda ən müxtəlif mövzuların müzakirələri açılır. Misal üçün: “Ölkəmizdəki müsəlmanların ən böyük problemi hansıdır? Təəssübkeşlik, savadsızlıq, zamanla ayaqlaşa bilməmək və s.”, “Azərbaycan müsəlmanlarında (dindarlar nəzərdə tutulur) müxtəlifliyə dözümsüz münasibətin formalaşmasının səbəbləri haqda nə deyə bilərik?”, “Sizcə, nə üçün müsəlman qadını tarix boyu savadsız qalıb, sosial işlərdən uzaqlaşdırılıb? Ənənəvi və geniş yayılmış baxışa görə, bunun “günahkar”ı islamdır...”, “Azərbaycanda vətəndaşlar nə üçün xristianlığı qəbul edirlər? Bunun səbəbini islamın qeyri-münasibliyində, yoxsa başqa amillərdə axtarmaq lazımdır?”, “Liberalizm nədir və müasir islam fikrinin ona münasibəti necə olmalıdır?” və sairə.

Hər bir müzakirə mövzusu qrupun profilində qalır, ora daxil olan istifadəçi istədiyi müzakirəyə qoşula bilər. Müzakirələrə istənilən qədər şərh yazmaq mümkündür. Misal üçün, “Liberalizm nədir və müasir islam fikrinin ona münasibəti necə olmalıdır?” müzakirəsinə 30 şərh yazılıb. Müzakirələrdə adminin də iştirak etməsi arzuolunandır.

“Liberalizm nədir və müasir islam fikrinin ona münasibəti necə olmalıdır?” mövzusunda admin Elvüsal Məmmədov sual edir: “Müsəlman ölkələrində liberal dəyərlərin yayılmasını islamın zəifliyi və ya müdafiə immunitetinə malik olmamağı ilə əlaqələndirmək doğrudurmu?”

Müzakirəyə qoşulan “BeliefForJustice” yazır: “Bir şeyi deyə bilərəm ki, bəzi müsəlmanlar liberalizm və demokratiyanı fərqləndirə bilmirlər”.

Müzakirəni daha aktiv etmək üçün admin yeni sual ortaya çıxarır: “Bir dəfə belə bir sual verdilər: madam ki, islam deyir insan azaddır, öz seçimini özü etməlidir, elə isə nə üçün bu dində dəvət (təbliğ) institutu mövcuddur? Siz bu suala nə cavab verərdiniz?”

“BeliefForJustice” yazır: “İlk öncə, Elvüsal bəy, onu qeyd edim ki, yaxşı mövzuya toxundunuz... İslam insanın hürr və azad olmasını təlqin edən dindir. Əlbəttə, azadlıq dedikdə onu da unutmamalıyıq ki, hər birimizin azadlığı digərinin azadlığı başladığı yerdə bitir... Mütləq azadlığa malik olmaq real bir şey deyil. O ki qaldı sualınıza, bu dində çox insitut mövcuddur, ailə təsisatından tutmuş iqtisadi və siyasi məsələləri tənzimləyən institutlaradək. Sadəcə, biz müsəlmanlardan qabaq bunu Qərb görür və gözəl şəkildə mənimsəyir”.

Beləliklə, müzakirələr davam edir və bura xeyli adam qoşulur.

Bu qrupda maarifləndirmə istiqamətində işlər görülür. Misal üçün, “XX əsrin maarifçi müsəlman mütəfəkkirlərini tanıyaq” sərlövhəsi ilə xeyli şəxs təqdim edilib. Qrupda həmin şəxslərin adı, fotosu, doğum tarixi, yazdığı əsərlər verilir, həmin əsərlərdən Azərbaycan dilinə tərcümə olunan varsa, onların təqdimatı keçirlir.

Nümunə: Məhəmməd Xəlifə Həsən Əhməd 
- 1943-cü ildə Misirdə anadan olub.
- 1964-cü ildə Qahirə Universitetinin ədəbiyyat fakültəsini fərqlənmə ilə bitirib.
- 1968-ci ildə həmin universitetin eyniadlı fakültəsində qədim dövr sami tədqiqatları ixtisası üzrə magistr təhsilini başa vurub. 
- 1972-ci ildə ABŞ-ın Filadelfiya ştatının Temple Universitetində ədəbiyyat ixtisası üzrə magistr təhsili alıb. 
- 1976-cı ildə həmin universitetdə ədəbiyyat ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 
- Hazırda İslam Mötədilliyi və Novatorluq “əl-Qərdavi” Mərkəzinin direktoru, Qahirə Universitetinin ədəbiyyat, Qətər Universitetinin də islam tədqiqatları fakültələrinin professorudur. 
- Ərəb Dili Akademiyasının lüğətşünaslıq və terminologiya komissiyalarının üzvüdür. 
- Müxtəlif illərdə Səudiyyə Ərəbistanı, Misir və Pakistan kimi ölkələrin universitet və elmi şuralarında, elmi məcmuələrin redaksiyalarında məsul vəzifələrdə işləyib. 
- Şərq ədəbiyyatına dair 15-ə yaxın kitabın ərəb dilinə tərcüməsinə ön söz yazıb, ədəbi tərcümələr edib. 
- Ədəbiyyatşünaslıq və dinlərarası dialoq sahələrindəki xidmətlərinə görə ali dövlət mükafatları ilə təltif olunub. 
- Müqayisəli dinşünaslıq, şərqşünaslıq, Şərq mədəniyyəti və ədəbiyyatı üzrə 20 kitabın, 70-ə yaxın elmi tədqiqatın müəllifidir.
- Yəhudi, həbəş, siryani, qədim cənub ərəb, ingilis, fransız, alman, italyan, latın və yunan dillərini bilir.

Daha sonra admin yenidən müəllifin kitabları haqqında, tərcümə olunan əsərləri barədə xəbər verir: “Bu yaxınlarda müəllifin “Müsəlman cəmiyyətinə şərqşünaslıq fikrinin təsiri” adlı kitabı işıq üzü görüb”.

Rəylər də var. Dilavər Məmmədov: “Çox gözəl insandır. Həm sadə, həm də can yandıran. Onunla plov yemək də qismət olub bizə. Dialoq haqda da gözəl bir kitabı var. Oxumağı məsləhət görürəm”.

Eyni üsulda Xeyrəddin Qaraman (1934), Əbdülhəmid Əbu Süleyman (1936), Şeyx Əllamə Yusif Əl-Qərdavi (1926), Şeyx Məhəmməd Qəzali (1917-1996) barədə məlumatlar verilib, əsərləri barədə fikirlər yürüdülüb.

Maarifçilik istiqamətini götürən “Vəhdət” səhifəsinin admini Kənan Hüseynovdur. Admin yazır: “Tək məqsədimiz müsəlmanları bir yerdə cəm etməkdir...” Qrupdan fərqli olaraq səhifələr hansısa şəxsin profilində yaradılır. Bu səhifəyə dost profillər qonaq olub status aça bilər.

Əsasən “Quran”dan, hədislərdən nümunələr gətirməklə səhifədə maarifləndirmə işlərinin aparılmasına çalışılır.

Nümunə: “Pеyğәmbәrin (s) müsibәti. Pеyğәmbәr (s) insаnlаrı hidаyәt еtmәk üçün dözülmәz çәtinliklәrlә qаrşılаşdı vә nәhаyәt, ümmәtindәn böyük cәfа gördü. Risаlәtә görә оnu dаşlаdılаr, dişini sındırаnlаrı lәnәtlәmәk әvәzinә bеlә duа еtdi: “İlаhi! Оnlаr cаhildirlәr vә özün оnlаrı hidаyәt еt”. Dаmlаrdаn bаşınа zibil tökdülәr, hәttа ömrünün ахır аnlаrındа qәlәm vә mürәkkәb istәdi ki, ümmәtinin hidаyәti üçün vәsiyyәt еtsin. Оnlаr isә Hәzrәtin göstәrişinә әmәl еtmәyib dеdilәr: “О, cаn vеrir vә sаyıqlаyır. Qurаn bizә bәsdir!”

Allahın Peyğəmbəri (s): “Xalqa mehribanlıq göstərmək imanın, onlarla yumşaq və xoşluqla rəftar etmək isə həyatın yarısıdır”. ‎(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (əl-Bəqərə-186).

Rasulullah (s.a.s.) buyurmusdur: “Bir-birilərinə mərhəmət, şəfqət və sevgi mövzusunda Möminləri bir vucud kimi görərsən. Vücudun bir orqanı xəstələndiyində, digər orqanlar yatmadan, hərarətlə bir-birilərini ona cağırarlar”.

Allah (c.c.) bütün müsəlmanları bir vücud kimi birləşdirsin.

AMİN... Buxari (Adab, hədis nöm: 2015)”.

İnformativ profillər

Belə profillər daha çoxdur. Bura hər hansı informasiya agentliyində, yerli və xarici saytlarda getmiş xəbərlərin paylaşılması, yaxud ölkə ərazisində baş verən hadisələr haqda xəbərlərin yerləşdirilməsi və sairə daxildir.

7166 üzvü birləşdirən “İslam dini” qrupu haqqında yazılıb: “Bütün qrup üzvlərindən xahiş edirik ki, “İslam dini” qrupunun sayının artırılması və insanların dinə daha yaxın olması üçün bütün dostlarınızı qrupa dəvət edəsiniz. Qrupa yalnız dindar dostlarınızı deyil, bütün dostlarınızı dəvət edin!

Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (“Əraf” surəsi 7)”.

Xəbərlərinə fikir verək: “Sabah Ramin Bayramovun apellyasiya məhkəməsidir”; “Seyyid Mubarizə məktub”; “Hacı Şahin - Sınıq qəlb haqqında” və sairə.

Qruplarda ayrı-ayrı mövzular da qoyula və müzakirə açıla bilər. Eləcə də bura audio, video görüntülər yerləşdirilir.

Hər bir qrup üzvü yazdığı statusa uyğun şəkil də əlavə edir. Misal üçün, “Zeynəb isməti” adlı istifadəçi “Unutma ki, Nifrət və Kinin sonrası Peşmanlıqdır. Və hər canlıya ölüm vardır. İnsan ölər, amma ölməyən İNSANLIQDIR!” statusu yazıb və bu şəkli yerləşdirib:

“Mübariz Ruhanilər Cəmiyyəti” (MRC)” qrupunun 969 üzvü var. Qrup admini məram və məqsədi barədə qeyd edir: “Yolumuz mübarizə və müqavimət yoludur”. Ən müxtəlif xəbərlər, video, audio və fotolar yerləşdirilib. Misal üçün:İslam Partiyası Baş Prokurora ikincə dəfə müraciət ünvanlayıb” (www.birlik.az); “Surxay Qedir Xum Gel İmam Zaman Gel!!!” (www.youtube.com); “Tatarıstan məktəbliləri İslam dəyərləri ilə böyüyürlər (hicab.org); MÜŞKÜLLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ (www.erfan.ir); “Qafqaz məsələləri üzrə ekspert: AİP sədrinin məhkumluq dövrünün bitməsi üçün Bakının ömrü çatmayacaq” (www.arannews.ir).

İnformativ qruplar olsa da, qrup üzvü statusa hər hansı mövzu yazaraq onu müzakirəyə çıxarmaqda sərbəstdir. Eləcə də qrup üzvü maraqlı sitatlar gətirib səhifəni rəngarəng edə bilər.

Gülnar Məmmədova təqdim edir:

- Dünyanın Şirinliyi axirətin acılığından və dünyanın acılığı axirətin Şirinliyidir.

- Allah-Təala duada israr edənləri sevir.

- Az günah etsən ölüm sənə asan olar.

- Dünyada hamıdan tox olan qiyamətdə hamıdan ac olar.

- Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.

- Əgər öz yaxsı işindən sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.


"Media forum"
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir