Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Hüquq
print

SABİQ PREZİDENTLƏR QANUNU (Layihənin tam mətni)

2011-10-05 - 17:39:00

“Media forum” saytı “Azərbaycan Respublikasının  keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu” layihəsini təqdim edir.

 

Azərbaycan Respublikasının  keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (bundan sonra – “keçmiş Prezidentin”) və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir.

Maddə 1. Anlayışlar

1.1 Bu Qanunda digər hallar nəzərdə tutulmadıqda:

1.1.1 “keçmiş Prezident” dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:

1.1.1.1 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;

1.1.1.2 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;

1.1.1.3 Azərbaycan Respublikasının Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.

1.1.2 “Keçmiş Prezidentin həyat  yoldaşı” dedikdə keçmiş Prezidentin vəfat etdiyi tarixə, onun qanuna əsasən nikah bağlamış həyat yoldaşı nəzərdə tutulur;

1.1.3 “Öhdədə olan uşaq” dedikdə vəfat etmiş keçmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşaq nəzərdə tutulur.

Maddə 2. Keçmiş Prezidentin pensiyası

2.1 Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

2.2 Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyildir.

Maddə 3. Vəfat etmiş keçmiş Prezidentin həyat yoldaşına və ya öhdəsində olan ailə üzvlərinə ödənilməli olan müavinət

3.1 Keçmiş Prezidentin vəfat etməsindən sonra aşağıdakı şəxslərə bu Qanunun 2.1 -ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir: 

3.1.1 Onun həyat yoldaşına; və ya

3.1.2 Həyat yoldaşı olmadıqda, onun öhdəsində olan uşağına.

3.2 Keçmiş Prezident öz səlahiyyət müddəti zamanı vəfat etdikdə, aşağıdakı şəxslərə bu Qanunun 2.1-ci  maddəsinə əsasən Prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilir:

3.2.1 Onun həyat yoldaşına; və ya

3.2.2 Həyat yoldaşı olmadıqda, onun öhdəsində olan uşağına.

3.3 Bu Qanunun 3.1-3.2-ci maddələrinə əsasən müavinət alan keçmiş Prezidentin həyat yoldaşı vəfat etdikdə ödənilməli olan müavinətə bərabər tutulan aylıq müavinət öhdədə olan uşağa ödənilir.

3.4 Birdən artıq öhdədə olan uşaq olduqda, bu Qanunun 3.1-ci-3.3-cü  maddələrinə əsasən ödənilməli olan müavinət, bərabər hissələrə bölünərək öhdədə olan uşaqlara ödənilir.

3.5 Müavinət ödənişlərini bölüşdürən öhdədə olan uşaq 18 yaşına çatdıqda, müavinətin ona aid hissəsi bölünməlidir və müavinət ödənişlərini almaq hüququna malik qalan öhdədə olan hər uşağa ödənilməlidir.

3.6 Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış və vəfat etmiş şəxsin həyat yoldaşı və (və ya) onun öhdəsində olan uşağı bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş müavinəti almaq hüququna malik deyildir.

Maddə 4. Pensiya və müavinətin ödənilə bildiyi dövr

4.1 Bu Qanunun 2.1-ci və 10.3-cü maddələrinə uyğun olaraq keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən onun vəfat etdiyi günədək ödənilməlidir.

4.2 Keçmiş Prezidentin həyat yoldaşına və ya öhdəsində olan uşağa ödənilməli olan müavinət keçmiş Prezidentin vəfat etdiyindən sonra növbəti gündən etibarən aşağıdakı tarixlərədək ödənilir:

4.2.1 həyat yoldaşının vəfat etdiyi tarixədək; və

4.2.2 öhdədə olan uşaq 18 yaşına çatdığı tarixədək.

4.3 Bu Qanunun 3.3-cü maddəsinə əsasən keçmiş Prezidentin həyat yoldaşının vəfat etməsindən sonra öhdədə olan uşağa ödənilməli olan müavinət keçmiş Prezidentin həyat yoldaşının vəfat etdiyindən sonra növbəti gündən etibarən həmin uşağın 18 yaş həddinə çatdığı tarixədək ödənilməlidir.

Maddə 5. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərclər

Bu Qanuna uyğun olaraq pensiyaların və müavinətlərin ödənilməsindən və digər təminatların verilməsindən irəli gələn xərclərin məbləği dövlət büdcəsində ayrıca sətirlə göstərilməlidir.

Maddə 6. Özgəniləşdirmənin qadağa edilməsi

6.1 Bu Qanuna uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödəmələr məcburi olaraq özgəsinə verilə və ya ötürülə, yaxud məhkəmənin qərarı ilə tutula və ya girov qoyula bilməz.

6.2 Aşağıdakı məqsədlər istisna təşkil edir:

6.1.1 Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borc;

6.1.2 Pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş həyat yoldaşının və ya azyaşlı uşağın saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı.

Maddə 7. Müflislik

Bu Qanuna uyğun olaraq pensiya, digər ödəmələr, habelə müavinət almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda, pensiya, müavinət və ya digər ödəmələrin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir.

Maddə 8. Gəlir vergisindən azad olunma

Bu Qanuna uyğun olaraq ödənilən pensiya və müavinətin məbləği gəlir vergisinin tutulmasından azad olunur.

Maddə 9. Tibbi təminat

Dövlət qulluğu üçün müəyyən edilmiş tibbi təminat üzrə hər hansı qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.

Maddə 10. Digər təminatlar

10.1 Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:

10.1.1 Təminat heyəti:

10.1.1.1 üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;

10.1.1.2 bir sürücü

10.2 Nəqliyyat:

10.2.1 dövlət tərəfindən təqdim edilən bir avtomobil.

10.3 Nümayəndəlik xərcləri:

10.3.1 Keçmiş Prezidentə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının iyirmi (20 %) faizinə bərabər tutulan aylıq nümayəndəlik xərcləri ödənilir.

10.3.2  Nümayəndəlik xərclərinin istifadəsinə dair illik hesabat hər ilin dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

10.4  Keçmiş Prezidentə və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilir.

10.5 Bu Qanunun 10.1.1 maddəsində göstərilən şəxslərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir.

Maddə 11. Keçmiş Prezidentin və onun həyat yoldaşının toxunulmazlığı

11.1. Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.

11.2  Keçmiş Prezidentin həyat yoldaşı keçmiş Prezident Azərbaycan Respublikası Prezidenti  səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.

11.3 Keçmiş Prezident və onun həyat yoldaşı Azərbaycan Respublikasının Baş prokurorunun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

11.4  Keçmiş Prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda keçmiş Prezidenti və ya onun həyat yoldaşını tutan orqan (vəzifəli şəxs) bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Maddə 12. Şəxsi arxiv

Rəsmi yazışma sənədlərinin sürətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.


"Media forum"
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir