Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Analiz
print

SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

2011-10-03 - 17:35:00

Eldar NAMAZOV 

Axır ki, Rusiyada Medvedyev-Putin müəmması həll olundu. Bəlli oldu ki, qabaqdan gələn prezident seçkisində baş nazir Putin namizəd olacaq, Medvedyev isə böyük ehtimalla Rusiyanın baş naziri təyin ediləcək.

Mənim üçün bu addım çox gözlənilən idi və burada hansısa dərin siyasi təhlilə də ehtiyac yoxdur. Əslində böyük siyasətdə bəzən bir çox ciddi addımların arxasında çox sadə, hətta bəsit yanaşmalar durur. Adətən belə prosesləri kənardan izləyib təhlil edən əksər siyasi icmalçılar qaşlarını düyünləyib çox mürəkkəb və dərinə gedən fərziyyələr irəli sürürlər. Ancaq həqiqət özlüyündə çox sadə və adidir.
Söhbət ondan gedir ki, avtoritar, korrupsiyalaşmış rejimlər (fərqi yoxdur Rusiya, Misir, Tunis, Liviya və ya hansısa başqa ölkə olsun) hamısı təqribən eyni taleni yaşıyırlar. Bunun səbəbi isə eyni məntiqlə idarə olunmaları və təqribən eyni qərarlar vermələridir. Bu baxımdan avtoritar rejimlərin taleyində təbiətdən fərqli olaraq beş mövsüm olur. 

Birinci - “Qəhrəmanlıq” mövsümü gəlir. Hansısa bir siyasi qüvvə, ya da lider xalqın maraqlarını əlində şüar edir, insanları inandırır, nəhayət, hakimiyyətə gəlir. Bir müddət xalqın istəyinə uyğun uğurlar qazanır. Xalq tərəfindən şərtsiz dəstəklənir, yüksək siyasi reytinqə malik olur.

Misal üçün, Qəzzafi də, Hüsnü Mübarək də hakimiyyətlərinin ilk illərində öz ölkələrində böyük dəstəyə və nüfuza malik idilər. Putin də ilk mövsümdə Çeçenistanı Moskvanın nəzarəti altına qaytardı, ölkədə sabit dövlət idarəetmə sistemi yaratdı, hərc-mərcliyə son qoydu. Nəticə olaraq ölkə daxilində çox yüksək siyasi dəstək qazandı.

İkinci - “Eyforiya” mövsümü başlayır. Hakimiyyətini möhkəmləndirmiş və artıq güclü dəstəyə malik lider görür ki, siyasi səhnədə güclü rəqibləri qalmayıb, cəmiyyət onu dəstəkləyir, ona inanır, hərəkətlərinə, davranışlarına nəzərət edə biləcək mexanizimlər, institutlar mövcud deyil, tədricən onda “nəzarətsizlik”, “cəzasızlıq” kompleksləri formalaşır.

Lider bir dəfə qanundankənar hərəkət edir və görür ki, nə ona bir irad tutan var, nə də bunun qarşısını alan. Bu da məlumdur ki, hər bir insanın ürəyində daima Xeyirlə Şərin mübarizəsi gedir. Cəmiyyətdə çox güclü mənəvi, hüquqi, siyasi qadağalar olmayanda insanlar, o cümlədən siyasi liderlər bir çox hallarda əyri yola düşürlər. Elə bil ki, şeytan onların qulağına pıçıldayır: “Bu millətin çox böyük sərvətləri, sənin isə bu millət qarşısında çox böyük xidmətlərin var. Sən bu sərvətlərin bir faizini öz ailən, balaların, yaxınların üçün istifadə etsən, dünya dağılmayacaq ki...” Avtoritar liderlər bir qayda olaraq ya tərəddüd etmədən, ya da qısa tərəddüddən sonra şeytanın “məsləhətini”gerçəkləşdirirlər.

Üçüncü - “Soyğunçuluq” mövsümüdür. Özünə vurulan lider milli sərvətlərin bir faizini mənimsəyəndən sonra yenə də şeytanın pıçıltısını eşidir: “Gördün? Dünya dağılmadı ki?.. Sən bu sərvətlərin on faizini də götürsən, heç nə dəyişməyəcək. Filan iş adamı miliyonlar qazanır, o kimdir ki, səndən varlı olsun, balaları sənin balalarından yaxşı yaşasın. Sən millətin liderisən, o kimdir?” Baxır şeytan ağıllı danışır, özünü qınayır ki, niyə indiyə qədər buna fikir verməyibmiş.

Bu minvalla, bu gedişlə on faiz olur qırx faiz, qırx faiz olur altmış faiz...

Daha sonra avtoritar rejimlərin dördüncü - “Qəddarlıq” mövsümü gəlir. Bu mərhələdə böyük talanclıq, soyqunçuluq faktları cəmiyyət tərəfindən etirazlara səbəb olur. Total korrupsiya haqqında yerli müstəqil mətbuat, siyasi rəqiblər, beynəlxalq qurumlar tənqidi rəylər bildirirlər, hakimiyyət haqqında mənfi fikir formalaşdırılır.

“Qəhrəmanlıq” mövsümündəki ictimai dəstək ictimai qınağa, qəzəbə və nifrətə çevrilir. Buna cavab olaraq şeytanpərəst avtoritar lider repressiyalara əl atıb azad mətbuatı və siyasi opponentləri susdurmağa çalışır, beynəlxalq təşkilatlarla kəllə-kəlləyə gəlib, “soyuq müharibə”yə başlayır. Onun üçün iqtidarda qalmaq, hakimiyyəti heç kimə verməmək “olum və ya ölüm” dilemmasına çevrilir. Anlayır ki, hansısa hakimiyyət dəyişikliyi baş versə, törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməli olacaq. Bu mövsümdə adətən avtoritar rejimlər daha sərt diktatura rejimlərinə çevrilməyə başlayırlar.

Təbii ki, bu mövsümün də bir sonu olur. Adətən bu tipli ölkələrdə ya Gürcüstan və Ukraynadakı kimi “məxməri inqilab”, ya da Misir və Liviyada olduğu kimi qanlı inqilablar baş verir. Bu da avtoritar rejimlərin beşinci və sonuncu mövsümü - “İflas” mövsümü deməkdir.
Bu mövsümdə şeytan diktatora çevirdiyi liderin yanında olmur. Gözünə də görünmür, qulağına da heç nə pıçıldamır. Belə deyək, gedir başqa lider tapmağa...

Misirdə, Tunisdə, Liviyada, Yəməndə, Gürcüstanda, Ukraynada bu beş mərhələni artıq yaşıyıblar. Rusiya hələ ki, həmin avtoritar rejimlərin taleyinin dördüncü mövsümündədir. Hazırda Putin üçün hakimiyyətdə qalmaq özünü qorumaq instinktindən irəli gəlir. Üç-dörd gün öncə Putin tanınmış rus yazarları ilə görüş keçirdi. Yazıçılardan biri ona birbaşa sual verdi ki, Putinin yaxın dostları qaranlıq yollarla Rusiya neftinin və qazının böyük bir hissəsini inhisara alıblar, buna niyə göz yumur? Təbii ki, Putin bunu təkzib etməyə çalışdı. Ancaq belə faktları rəsmi görüşlərdə Putinin özünə Rusiya ziyalıları deyirsə, o, könüllü olaraq hakimiyyəti kiməsə verə bilərmi? Axı bu sualı ona sabah ziyalı yox, prokuror verə bilər!

“İrəvan” qəzeti, 2 oktaybr 2011


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir