2011-ci il məhkumlarının sayı yenə artdı. “Media forum” saytı bildirir ki, oktyabrın 3-də müxalif İctimai Palatanın 2 aprel aksiyasına görə tutulmuş müsavatçılar Arif Hacılı, Tural Abbaslı, AXCP funksioneri Məhəmməd Məcidli Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası alıblar. Bununla 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan fəalların və onlara yaxın şəxslərin sayı 18-ə çatıb.
2011-ci ildə daha əvvəl bu şəxslər məhkum olunmuşdular:
4 may - gənc fəal Cabbar Savalanlı;
11 may - ruhani Azər Cəbiyev;
18 may - gənc fəal Bəxtiyar Hacıyev;
2 iyun - ilahiyyatçı Həsən Məmmədov;
17 iyun - xalq hərəkatı liderlərindən Nemət Pənahlı və dostu Ceyhun Fərzullayev;
29 iyun - ruhani Fəxri İlyasov;
21 iyul - AXCP fəalı Şahin Həsənli;
25 avqust - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilov;
27 avqust - hüquq müdafiəçisi Vidadi İsgəndərli.


