Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

XÜTBƏ və MOİZƏ: İSLAMIN HÖKMÜ NƏDİR, AZƏRBAYCAN MƏSCİDLƏRİNDƏ NƏDƏN DANIŞIRLAR?

2011-09-22 - 11:54:00

Məscidlərdə xütbə və moizələrə qulaq asmaq dini maarifləndirmədə ən uyğun yol hesab olunur. Xütbə və moizələrdə həmçinin ictimai-siyasi proseslərə toxunulur, qlobal problemlərə diqqət çəkilir. Bəs Azərbaycan məscidlərində vəziyyət necədir?

Bu yöndə araşdırma apararkən Bakıdakı məscidlərin birində baş vermiş bir hadisəni eşitdik. Cümə namazından əvvəl oxunan xütbə zamanı ruhani ölkədəki siyasi proseslərdən danışıb, bütün dindarların ölkə başçısını, hakim Yeni Azərbaycan Partiyasını dəstəklədiyini və müxalifətin düzgün yolda olmadığını deyib, müxalifətin ardınca getməmək çağırışı edib. Məscidə toplaşanlardan bəziləri ayağa qalxaraq buna etiraz bildiriblər, bura dini söhbətlərə qulaq asmaq üçün gəldiklərini deyiblər. Və məsciddən çıxıb gediblər.

Bu yaxınlarda “Media forum” saytının müsahibi olan “Hacı Əjdərbəy” məscidi dini icmasının sədri Həmdulla Babayev moizə və xütbələrdə peyğəmbərlərin, imamların həyatı ilə bərabər ölkə rəhbərliyindən də bəhs olunduğunu demişdi. O əlavə etmişdi ki, artıq bütün məscidlərdə söylənilən moizə və xütbələrin mövzusunu müəyyən etmək üçün Qafqaz Müsəlmanları İdarəsində ayrıca şöbə yaradılıb.

Bəs əslində xütbə və moizələrdə nələrdən danışılmalıdır və necə danışılır? Xütbə və moizələrdə ölkənin ictimai-siyasi proseslərindən bəhs olunmalıdırmı? İqtidar-müxalifət söhbəti salınmalıdırmı? “Media forum” saytı bu suallarla rəsmi qeydiyyatı olmayan Nərimanov rayon “Cümə məscidi” dini icmasının imam-camaatı Qamət Süleymanova, ilahiyyatçı Hacı Şeyx Əliyə və Qafqaz Müsəlmanları İdarəsinin şəriət və fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Mirəziz Seyidzadəyə müraciət edib. Eyni zamanda “Media forum”un sosial şəbəkədə bu mövzuda açdığı müzakirələrdə məsələyə münasibətlər öyrənilib.

Qısa arayış

Xütbələr cümə günləri, cümə namazından əvvəl, dini bayram günlərində bayram namazından əvvəl, moizələr isə gündəlik oxunur. Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altında olan məscidlərdə imamlar, yaxud axundlar xütbə və moizə oxuya bilərlər. Bundan əlavə, din alimlərinin də belə çıxışlar söyləməsinə müsbət yanaşılır.

“Xütbə” ərəb mənşəli söz olub “xətabə” sözündəndir. İzahlı lüğətlərdə cümə, bayram günlərində xitab etmək, müraciət etmək anlamını verir. Sözün ikinci mənası kitab və ya məqalənin başında gözəl xətlə yazılmış müqəddimə deməkdir.

“Moizə” də ərəb mənşəli sözdür, qarşıda duranlara nəsihət, müraciət etmək deməkdir. İzahlı lüqətə görə, moizə ruhanilərin minbərdən söylədiyi nitq anlamını verir.

İslam tarixinə görə, ilk moizə, xütbə söyləyən şəxs Məhəmməd peyğəmbər olub. Tarixi mənbələrdə qeyd olunur ki, Məhəmməd peyğəmbər quru xurma ağacına söykənib ayaq üstə xütbə oxuyarmış. Onun saatlarla ayaq üstə dayanıb söhbət etməsini görən tərəfdarlarından biri – Nəccar peyğəmbərdən icazə istəyir ki, xurma ağacından minbər düzəltsin. İcazə verilir və ilk minbər hazırlanır.

Üç pillədən ibarət minbərin məsciddəki yeri ilə bağlı sual ortaya çıxır. Hədislərdən görünür ki, Allahın xəbər gətirən mələyi – Cəbrayıl Məhəmməd peyğəmbərlə təmasa girir və ona deyir ki, minbərin arxası qibləyə, üzü camaata qoyulsun, minbərdə əyləşəcək adam çıxış edərkən onun üzü adamlara, xütbə söyləyən adama qulaq asanların üzü qibləyə olsun.

Məhəmməd peyğəmbər ilk dəfə ayağını minbərə qoyub yuxarı çıxanda üç dəfə “Amin!” deyir. Camaat ondan soruşur ki, axı heç bir dua oxunmur, niyə “Amin!” deyirsən? Peyğəmbər cavab verir ki, bu duanı Cəbrayıl edir.

Qadınlar arasında ilk xütbə oxuyan Məhəmməd peyğəmbərin nəvəsi, Əlinin və Fatimənin qızı Zeynəb olub. O ilk dəfə Kufədə, İbn Ziyəddin sarayında və Şam şəhərində (indiki Dəməşq, Suriyanın paytaxtı – A.İ.) zərurət yarandığına görə xütbə oxuyub. Zeynəb minbərdə deyil, minbərin qarşısında dayanaraq xütbə deyib.

Qamət Süleymanov: “Xütbə oxuduğum məscidi bağlayıb kitabxana etdilər”

Nərimanov rayon “Cümə məscidi” dini icmasının imam-camaatı Qamət Süleymanov “Media forum” saytına açıqlamasında deyib ki, şəriətə görə, hər adam islam dininin adından danışa bilməz: “Xütbə, moizə oxumaq yalnız elmli adamlara, alimlərə verilir. Dini təhsil alanların diplomunda yazılmır ki, imamdır, axunddur, yaxud şeyxdir. Misal üçün, biz Mədinə Universitetini bitirdikdən sonra diplomumuzda qeyd olunub ki, bu ali məktəb filankəsə islamdan danışmağa icazə verir”.

Q.Süleymanovun sözlərinə görə, hər hansı məclisdə toplaşarkən, oradakı şəxslərin xahişi ilə kimsə moizə oxuya bilər. Həmin adamın imam, yaxud axund olması şərt deyil: “Misal üçün, dindar adamların arasında belə bir deyim var – kimdənsə elm götürmək. Camaat özü də kimə qulaq asdığını müəyyən eləməlidir. Çalışmaq lazımdır ki, hər moizə, xütbə deyən adama qulaq asmayasan. Əvvəllər xütbə, moizə oxumaq səlahiyyəti qazanmaq o qədər asan deyildi. İmam Maliki deyir ki, Mədinənin 70 alimi mənim elmimin olmasına şahid olandan sonra islamdan danışmağa başladım”.

Xütbə və moizələrin mövzusuna gəlincə, Q.Süleymanov buna fərqli yanaşma nümayiş etdirib: “Bəzi müsəlman ölkələrində moizənin mövzusunu dini idarə təyin edir və imamlara, axundlara bildirilir ki, misal üçün, bu cümə filan mövzuda danışın. Bəzi ölkələrdə isə dini idarələr buna nəzarət etmir və mövzunun seçilməsi imamın, axundun ixtiyarına buraxılır. Səhv etmirəmsə, Türkiyədə, bir çox ərəb ölkəsində mövzuları dini idarə müəyyən edir. Tutalım, bildirilir ki, bu cümə bütün məscidlərdə korrupsiyadan, rüşvətdən söhbət açılsın”.

Lakin Q.Süleymanov dindarların siyasətə baş qoşmasını, öz söhbətlərində siyasi proseslərdən bəhs etməsini düzgün saymır: “Xüsusilə də dini baxımdan savadsızlığın hökm sürdüyü cəmiyyətlərdə dindar olan kəsin siyasətdən danışması, siyasi proseslərin təhlilinə baş qoşması yaxşı nəticə verməyəcək. Camaata məsciddə dini məsələləri öyrətmək, dini maarifçiliyi gücləndirmək lazımdır. Siyasətə baş qoşanda isə insanlar istər-istəməz vacib məsələlərdən uzaq düşürlər. Elementar dini məsələləri bilmirlər. Lakin müəyyən hallar var ki, ölkədə baş verən hadisələrə moizə, xütbə oxuyan kəs öz dini baxışını bildirsin, burada heç bir problem yoxdur. Misal üçün, əgər ölkədə nümayişlər, tətillər gedirsə, ruhani islam dinində belə hala yanaşma barədə dindarlara izahat verirsə, burada hər hansı qəbahət yoxdur. Məscid Allah evidir. Oranı siyasiləşdirmək, hansısa partiyanın maraqlarını yeritmək düzgün deyil. Məscid ibadət yeridir, məktəbdir, təlim yeridir”.

Hazırda məsciddə məhdud sayda adamlara moizə və xütbələr oxunduğunu deyən Q.Süleymanov Nərimanov rayon “Cümə” məscidi dini icmasının rəsmi dövlət qeydiyyatı olmadığı üçün Qafqaz Müsəlmanları İdarəsindən mövzuların seçiminə hər hansı göstəriş almadığını bildirib: “Ümumiyyətlə, bu gün Azərbaycanda heç bir sələfi dini icmasını qeydiyyata almırlar. Hətta dini icmamızın qeydiyyatı ləğv ediləndən əvvəl də məni dini idarə imam olaraq tanımadı. Hazırda xütbələrin, moizələrin mövzusunu özümüz müəyyən edirik. Mənə daxil olan sualları ümumiləşdirirəm, hansı məsələdən daha çox sual gəlibsə, həmin məsələdən danışırıq”.

Q.Süleymanov daha çox Əbu Bəkr məscidində xütbə və moizə oxuduğunu deyib: “Əvvəl belə bir fakt olmuşdu ki, mən Gəncədəki sələfi məscidinə getdim və oradakı dindar qardaşların xahişi ilə moizə oxudum. Bundan sonra həmin məscidi bağladılar. Bildiyimə görə, indi həmin məscidi kitabxana ediblər. Bu hadisədən sonra heç bir yerdə xütbə etmirəm”.

Hacı Şeyx Əli: “Təsir olanda xütbə, moizə səmimi və doğru alınmayacaq”

İlahiyyatçı Hacı Şeyx Əli qeyd edib ki, xütbə, moizə deyənlər ən azından höccətül-islam olmalıdır: “Yəni dindar qardaşlarına müraciət edən adamın öz sözündə höccət olsun, qanun olsun. Kiməsə sənət, peşə vermək o qədər də əsas deyil, ikinci dərəcəlidir. Xütbə və moizə oxuyanlar elmli olmaqla bərabər imanlı olmalıdır. Çünki xeyli insan qarşısında danışmaq, onlara xitab eləmək asan iş deyil, bunun məsuliyyəti var. Dinləyici eşitdiyi sözdən mənfəət almalıdır. Kiməsə ixtiyar verilib və o da bu səbəbdən çıxıb məcburiyyətdən danışır –  bu düz deyil”.

Xütbə və moizələrdə nələrdən danışılması məsələsinə gəlincə, Hacı Şeyx Əlinin fikrincə, daha çox adamın toplandığı cümə günlərində iki mövzuya toxunulmalıdır: “Şəri və ictimai-siyasi mövzulu olmalıdır. Şəri – yəni müəyyən məsələlərə dini baxışdan söhbət açılmalıdır. Siyasi dedikdə isə cəmiyyətin bugünkü durumundan, sabahkı yolundan danışılmalıdır. Yəni xütbə eşidənlərə həm axirət yolunu, həm də dünyəvi yolu tapmaqda yardımçı olmaq lazımdır”.

İlahiyyatçı vurğulayıb ki, xütbə və moizələrdə nələrdən və necə danışılmasına dair Məhəmməd peyğəmbərdən və digər tarixi şəxsiyyətlərdən bu günə qədər çoxlu örnək gəlib çatıb: “Alimlərin hansı formada xütbə söyləməsi ilahiyyatçılara öyrədilir. Mövzusuna gəlincə, onu xütbə, moizə söyləyən özü seçməlidir. Kimsə ona təsir etməməlidir. Əks halda şəxs savadlı olsa da, onun danışdıqları səmimi və doğru alınmayacaq.

Məhəmməd peyğəmbər buyurur ki, alimlər üç qismə bölünür: onların bir qismi əhli-behiştdir, qalan iki qismi isə cəhənnəm əhlidir. Ondan soruşurlar ki, ya rəsul, birinci qisim aydındır, bəs ikinci, üçüncü qismdəkilər kimlərdir? Peyğəmbər izah edir ki, həmin qismdəkilərdən biri elmsiz ola-ola özünü o simada görənlər, digəri savadı olub imanı olmayanlardır.

Peyğəmbər ümumilikdə insanları dörd qismə bölür. Deyir, adam var bilir ki, bilir, belə adamlara qulaq asmaq lazımdır. İkincisi, adam var ki, bilir, amma bilmir ki, bilir. Peyğəmbər belə adamları meyvəsiz ağaca oxşadır. Yəni belələrinin biliyi var, amma əməli yoxdur. Üçüncüsü, bilmir, bilir ki, bilmir. Yəni bilmədiyini etiraf edir. Peyğəmbər qeyd edir ki, bu şəxslər yatmış, qəflətdə olanlardır və onları oyatmaq lazımdır. Dördüncü qisim isə bilmir, eyni zamanda etiraf da eləmir ki, bilmir. Peyğəmbər deyir ki, həzər belələrindən. Belə adamlardan qaçmaq lazımdır.

Xütbə söyləyən danışdığı mövzunu Allaha xətir deməlidir, nəinki başqasının göstərişi və kiminsə xətri üçün”.

Hacı Şeyx Əli hesab edir ki, xütbə söyləyən savadlı olmasa, onun minbərə çıxdığı məsciddən hamı qaçacaq: “Alim yolla yeriyə-yeriyə də olsa, kolun, quru ağacın dibində dayanıb da danışsa, pərvanə kimi insanlar onun ətrafına toplaşacaqlar”.

“Əməl niyyətə bağlıdır” deyən ilahiyyatçı moizə və xütbələrin mövzusunu Qafqaz Müsəlmanları İdarəsinin müəyəynləşdirməsinə belə münasibət göstərib: “Əgər niyyət xoşdursa, imandan gəlirsə, fayda verəcək, yox, niyyət cəmiyyəti saflaşdlırmaq deyilsə, başqa qara niyyət varsa, burada hansı faydadan danışmaq olar? Əlbəttə ki, zərər olacaq”.

Mirəziz Seyidzadə: “Din özü siyasətdir”

Qafqaz Müsəlmanları İdarəsinin şəriət və fətva şövəsinin müdiri, Qazılar Şurasının üzvü Mirəziz Seyidzadə “Media forum” saytına açıqlamasında bildirib ki, bu şöbə dinin əsaslarını izah etmək, dindarlara çatdırmaq məqsədilə yaradılıb: “İslam dini şəriətlə bağlıdır. Şəriət ümumi qanunlardır. Şəriət birbaşa fiqh deməkdir. Fiqh islam hüququ anlamını verir. Bütün dinin əsasları fiqhin üzərindədir. Ən sadələrini misal çəkim –  namaz necə qılınmalı, zəkat necə verilməli, Həcc ziyarəti necə olmalıdır və sairə. Bütün dinin qanunları fiqhdə cəmləşib. Dinin əsaslarına moizələr, xütbələr və onların necə oxunması da daxildir. Moizələrdə, xütbələrdə elə mövzulara toxunulmalıdır ki, xalq ondan bəhrələnsin.

Xütbənin mahiyyətində islam şəriətinin, qanunlarının durması mütləqdir. Onları izah etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsində şəriət və fətva şövəsinin yaranmasının səbəblərindən biri də odur ki, bu sahədə pərakəndəlik, özbaşınalıq hökm sürürdü. Məscidlərdə kim nə istəyirdi ondan danışırdı. Ümumi şəri qanunlar olmalı, insanlar ibadətin yollarını bilməlidirlər”.

M.Seyidzadənin sözlərinə görə, şəriət və fətva şövəsi 2010-cu ilin sonlarında yaradılıb, hazırda 4 işçisi var. 2012-ci ilin yanvarından şöbə əməkdaşlarının sayının artırılacağı gözlənilir: “Bu şöbə həm xütbə və moizələrin necə oxunmasına nəzarət edir, həm də göstəriş verir. Əvvəllər də Qazılar Şurası bu funksiyanı həyata keçirirdi, indi bu işlə bağlı şöbə də yaratmışıq”.

Nəzarətin həyata keçirilməsinin mexanizminə gəlincə, şöbə müdiri qeyd edib ki, qazılar məsciddə moizə oxuyan imama, axunda qulaq asır: “Əgər həmin ruhani qanuni danışırsa, savadlıdırsa, heç bir problem də olmur”.

Hazırda yalnız Bakıdakı, paytaxt ərtafındakı, rayon mərkəzlərindəki məscidlərə nəzarət edildiyini, göstəriş verildiyini deyən M.Seyidzadə yaxın gələcəkdə digər məscidlərlə də əlaqə saxlayacaqlarını vurğulayıb: “Hazırda nəzarət etdiyimiz məscidlərin heç birindən narahatlığımız yoxdur, amma biz istəyirik ki, daha yaxşı olsun. İslam ictimai dindir. Misal üçün, bir var tək namaz qılasan, bir də var camaatla namaz qılasan. Belə halda camaat necə hərəkət etməlidir, bunu imam, axund dindarlara izah edir.

Xütbə və moizələrdə dünyada baş verən hadisələrə, qlobal hadisələrə toxunula bilər. Əsas məsələ odur ki, hansı mövzudan danışılır danışılsın, ona islamın yanaşması, islamın ictimai tərəfi ortaya qoyulmalıdır. Misal üçün, terrorizmdən danışılırsa, “Quran”da bu barədə nə deyilirsə, islam alimlərinin bununla bağlı fikirləri nədirsə, dindarlara o çatdırılmalıdır. Terrorçunun nə milləti, nə dini olur. Bu bəlanın fəsadları qeyd olunmalı, onun təhlükəsi ictimailəşdirilməlidir. Bunun üçün xütbə, moizə deyən ruhaninin dünyəvi biliyi, qabiliyyəti və gözəl nitq bacarığı olmalıdır. Bizim şöbə çalışır ki, müasir dövrün tələbləri moizə və xütbələrdə yer alsın. Allah bəndəsi namaz qıla-qıla, Həccə gedə-gedə, zəkat verə-verə dünyaya çıxır, ictimailəşir, dünyada gedən proseslərə münasibət bildirir, sözünü deyir. Bu baxımdan hesab edirəm ki, bizim şəriət və fətva şöbəsinin Azərbaycanda islamın insanlara düzgün çatdırılmasında rolu böyükdür”.

İctimai-siyasi proseslər barədə məruzə edən ruhanilərin siyasi baxışı ilə bağlı ortaya problem çıxırmı? Bu, dinin siyasiləşməsi kimi başa düşülə bilərmi? Sualları cavablandıran M.Seyidzadə vurğulayıb: “Əslində din böyük siyasətdir. Dində siyasət olmasa, o, dirilər üçün deyil, ölülər üçün olar. Qəbiristanlıqda oturub onlara “Yasin” oxuyarıq və hər şey də bitər. Din ictimai-siyasi məsələlərə müdaxilə eləməli, pisi pisləməli, yaxşını tərifləməli, yol göstərməlidir. Həmin axund, imam, yaxud moizə edən ruhani öz söhbətində geniş şəkildə izah eləməlidir ki, ictimai-siyasi həyatımızda nələr baş verir? İslam dini özü deyir ki, ictimai həyatda gözüaçıq olmalı, yatmamalı, qapanıb bir küncdə oturmamalı, hərtərəfli inkişaf etməli, gələcək nəslə yol göstərməlisən. Gərək bu yolu əvvəl özün biləsən ki, sonra da başqalarına göstərə biləsən. Din özü bir siyasətdir”.

Hansısa dindarın, inanclı kəsin xütbələrdəki, moizələrdəki siyasi söhbətlərə etiraz eləməsini düzgün saymayan şöbə müdiri bunu həmin etirazçının müasir dünyadan geri qalması kimi dəyərləndirib: “Real həyatda da şuluqluğu belə adamlar salır. İranda, Səudiyyə Ərəbistanında cümə namazlarında, adi moizələrdə hansı mövzulara toxunulduğunu bilmək lazımdır. Real həyatda baş verən proseslər barədə məlumatım olmasa, dünya barədə anlayışım olmasa, mənim kamil insan olmaq cəhdlərimin sonu necə olar? Mənəviyyat insanın siyasi həyatını da tənzimləməlidir, tənzimləyə bilmirsə, deməli, o, mənəviyyat deyil. Din isə mənəviyyatdır. Məhəmməd peyğəmbər deyir ki, insanın dörd xisləti mütləq olmalıdır: elmi olmalıdır, helmi olmalıdır, gözəl hüsnü və yaxşı rəftarı olmalıdır, eləcə də zəmanəsini tanımalıdır. Bu gün zaman necə inkişaf edir? Prosesləri dəstəkləmək, yoxsa onlara qarşı çıxmaq lazımdır? İnkişafda olan zəmanədə özümü necə aparmalıyam? Suallar çoxdur və inancı olan, dindar adamlar bunları cavablandırmalıdır”.

Şöbə müdiri xütbə və moizə deyən ruhanilərin subyektiv fikirlərini səsləndirməsini düzgün hesab etmədiyini diqqətə çatdırıb: “Biri iqtidarı, o biri müxalifəti tərifləyirsə, bu, düz deyil. Xütbə, moizə bunun üçün deyil. Moizədə ümumiləşdirilmiş fikir səslənməlidir. Orada rəqabətə yer yoxdur. Xütbələrdə dövlətin, millətin xeyrinə olan məsələlərdən danışılmalıdır. Xütbə oxunan yer meydan, imam, axund isə mitinq natiqi deyil ki, orada iqtidar-müxalifət söhbəti aparılsın”.

Sosial şəbəkədəki müzakirələrdən

Bu materialı hazırladığımız vaxt sosial şəbəkədə açdığımız müzakirələrdə Rüfət Sahiboğlu bildirib ki, o, əvvəllər məscidə gedirmiş: “İndi gedə bilmirəm. Əsasən “Şəhidlər”ə və Qaraçuxur qəsəbəsindəki məscidə gedirdim. Hesab edirəm ki, Türkiyədən gəlmiş din xadimlərinin xütbələri daha maraqlı olurdu”.

Fərid Abdillah hesab edir ki, əsas şərt moizələrə qulaq asmaq və bununla kifayətlənmək deyil: “Allah islam yolunda addım atanlara nüsrət əta etsin. Unutmaq olmaz ki, insan özü özünə moizə etməyi bacarmırsa, ona heç kəsin moizəsi təsir etməz”.

Ramin Vəkilov: “Azərbaycanın azad dindarlara ehtiyacı var. Azad dindar olmayan cəmiyyətdə həqiqi dinin həqiqətlərini əks etdirən xütbələr də olmaz”.

Təhmasib İsayev: “Məşədi Dadaş” məscidində Haci Şahinin cümə namazlarından əvvəl söylədiyi xütbələri dinləmişəm. Eyni zamanda Masallıdakı “Cümə” məscidinin imam-cümələri Hacı Malik və Hacı Sərdarın çıxışlarını çox bəyənirəm.

Ruhanilər Allah qanunlarını təbliğ etmək üçün xütbələr edirlər. Kimlərinsə göstərişi, planı əsasında xütbə, moizə oxumaq birbaşa söz azadlığına zərbə vurmaq deməkdir. Amma həqiqi ruhani öz höccətini tamam edəcək. Allahşükür Paşazadə göstəriş verdi-vermədi”.

Cavid Cabbarlı: “Qiyamət günü üç şey şikayət edər. Onlardan biri də məsciddir. Deyər ki, ilahi məni bəzədilər, amma gəlib namaz qılmadılar, ibadət etmədilər, qapılarım bağlı qaldı. Məscid insanları birləşdirən dəyərlərdən hesab olunur. İndi işlə əlaqədar çox gedə bilmirəm. Amma təəssüflənirəm. Moizə məsələsinə gəldikdə isə moizə qəlbi diriltmək üçün ən yaxşı və düzgün yoldur. Həzrət Əli bir gün Malikə deyir ki, məni moizə et. Bu sözlə moizənin nə qədər ciddi əhəmiyyət daşıdığını vurğulayır. Bəli, moizələrə qulaq asıram. Allah deyir ki, moizələrə qulaq asın və onlardan ən hikmətlisini götürün”.

Rufin Şi: “Məncə, insanlar məscidə mollanin dediklərini dinləmək üçün deyil, sadəcə Allaha dua etmək və namaz qılmaq üçün getməlidir. Təəssüflər olsun ki, 21-ci əsr olmasına baxmayaraq məsciddəki mollalar yalan din hekayələri ilə insanları qandırmağa və onlardan mənfəət götürməyə davam edir. Dini incəlikləri öyrənmək istəyən “Quran”ı və digər dini kitabları oxusun və elmlənsin”.

Elnur Nasirzadə: “Məscidə gedirəm, ibadətlərimi edirəm. Amma heç kimin moizəsinə qulaq asmıram. Mən çox belə halın şahidi olmuşam ki, intellektual səviyyəsi xeyli yüksək, ziyalı insanlar məscidlərdəki xütbə və moizələrə qulaq asanda lazımi qədər təsirlənməyiblər. Çünki çox vaxt məscidlərdə moizə deyənlərin və xətiblərin savadı aşağı səviyyədə olur. Onların bir çoxu orta məktəbdə bərbad təhsil almış insanlardır. Sonradan Allah hidayət verib, gedib xaricdə dini təhsil alıblar. Bəlkə dini bilirlər, amma dünyəvi savadları olmadığı üçün insan psixologiyasını, insanlara sözlə təsir etmək sənətini, bəlağətli danışmağı, ən azından Azərbaycan dilinin qrammatikasını bilmirlər, natiqlik qabiliyyətləri yoxdur.

Bunun paralelində bir Azərbaycan vətəndaşı kimi hər bir kəsin, o cümlədən din xadiminin siyasi məsələlərə dair fikir və görüşləri ola bilər. Din xadimidir deyə heç kəs ona icimai-siyasi mövzuda düşünməyi qadağan edə bilməz. Lakin bir çox halda Azərbaycandakı din xadimləri ictimai-siyasi məsələlərə toxunarkən Azərbaycanın milli dövlətçiliyi prizmasından yox, qonşu dövlətlərin maraqları prizmasından danışırlar. Bunu son dərəcə təhlükəli hesab edirəm. Hicab məsələsinin siyasiləşdirilməsi də bu səbəbdən oldu. Həm siyasi, həm də dini şəxs kimi tanınan adamlar bu məsələdə öncüllük etdilər. Ona görə də məsələ qəlizləşdi. Halbuki hicab tamamilə dini mövzudur. Eynən namaz, oruc və həcc kimi...

Azərbaycandakı qatı islam düşməni olan müəyyən siyasi qüvvələr də bundan çox məharətlə istifadə etdi. Bax, bu kimi məsələlər baxımından ruhanilərin siyasi və ictimai məsələlərə girişməsini yersiz və hətta təhlükəli hesab edirəm.

Səmimi dindar, lakin sivil insanın siyasətlə məşğul olması müsbət haldır. Ən azından vəzifəyə gələndə qəlbində Allah sevgisi, həm də qorxusu olduğu üçün xalqın malını oğurlamaz, dövlətin büdcəsini talamaz, insanların malını haqsız yerə yeməz, ədalətli olar...

Amma din xadiminin siyasətlə məşğul olması... Yolverilməzdir”.


Aynur İMANOVA


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir