Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

QANUNDANKƏNAR “JEK”lər

2011-09-05 - 13:34:00

Samir ƏLİYEV 
“İqtisadi forum” jurnalının baş redaktoru 

Son dövrlər Bakıda mənzil-istismar sahələrinin fiziki şəxslərdən əmlak vergisi yığması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Bələdiyyələrin “effektiv mexanizm” hesab etdikləri, əslində isə qanunla bir araya sığmayan bu təcrübə əhalidə narazılıq yaratmaqla yanaşı mənzil-istismar sahələrinin öz səlahiyyət həddini aşdığını göstərir.

Mənzil-istismar sahələri ətrafında uzun müddətdir ki, müzakirələr gedir. Bu qurumların hüquqi statusunun sual altında olduğu bir məqamda onların bələdiyyələrin də səlahiyyətlərinə “şərik” olmaları mənzil-kommunal təsərrüfatı idarəçiliyində böyük bir problemin olmasından xəbər verir. Ona görə də mənzil-istismar sahələrinin bələdiyyələr üçün vergi yığmağa nə dərəcədə səlahiyyətli olmasını araşdırmazdan öncə bu qurumların hüquqi statusuna diqqət yetirək.
 
Sovet dövrünün yadigarı

Hər birimizin danışıqda “JEK” deməyə adət etdiyimiz mənzil-istimar sahələri (MİS) bizə sovet dövründən miras qalıb. Dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb və SSRİ-də mənzil təsərrüfatının ilkin həlqəsi hesab olunub. Bu qurumlar yaradılanda Mənzil İstismar Kontoraları (Жилищно-эксплуатационные конторы - ЖЭК) adlanıb. “JEK” adı da məhz həmin dövrdən məişət dilimizə oturuşub. Sonrakı illərdə MİS-lərin adları dəyişsə də, bu günə kimi hamı bu qurumu “JEK” adlandırır.

Ötən əsrin 70-ci illərində keçmiş SSRİ-nin bəzi regionlarında “JEK”lər Binaların İstismarı üzrə Müdiriyyət (Дирекции по эксплуатации зданий - ДЭЗ) ilə əvəz olunub. 80-ci ilin əvvəllərində onlar rayon istismar idarələrinə (Районные эксплуатационные управления - РЭУ) çevriliblər. “JEK”lər yerli sovetlərin mənzil idarəsinə tabe olublar. Bu qurumlar müəyyən ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri işləri yerinə yetirən, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyi və s. kimi  xidmətlərə məsul olublar.

SSRİ-nin mənzil təsərrüfatının bir hissəsi olmuş Azərbaycanda MİS-lər hələ də fəaliyyət göstərirlər. Əvvəllər bu qurumların fəaliyyəti 1982-ci ildə qüvvəyə minən və son 2 ilə qədər qüvvədə olan “Azərbaycan SSR Mənzil Məcəlləsi” ilə tənzimlənib. Məcəllə ilə dövlət və ictimai mənzil fondunun idarə edilməsi mənzil-istismar təşkilatlarına həvalə olunmuşdu. 19-cu maddədə göstərilirdi ki, dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır. Məcəlləyə görə, bu təşkilatların funksiyası mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı, ərazini saxlama qaydalarına əməl olunmasına nəzarət olub.

Ancaq 2009-cu ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı.

Yeni məcəlləyə görə, dövlət mənzil fondunu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunu bələdiyyələr idarə edir. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.

Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:

- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;

- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;

- idarəedici təşkilat tərəfindən idarə edilmə.
 
Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərinin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur.

Bəzən müzakirələrdə MİS-lərin fəaliyyətinə hüquqi don geyindirmək üçün prezidentin Mənzil Məcəlləsinin icrası ilə bağlı 24 may 2010-cu il fərmanına istinad edilir. Həmin fərmana əsasən, Mənzil Məcəlləsinin 143-cü maddəsində (Dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir. Halbuki 143-cü maddədə müvafiq icra hakimiyyəti orqanına binanın (yalnız dövlət mülkiyyətində olan – S.Ə.) idarə edilməsi üçün açıq müsabiqələrin keçirilməsi və seçilmiş idarəedici təşkilatla müqavilənin bağlanmasını təşkil etmək tapşırılır.

Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərir. Məsələn, paytaxt MİS-ləri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər. Bu departament Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli 444 saylı sərəncamı əsasında yaradılıb. MKTD-nin funksiyası mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə edir. Bura habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxildir.

Halbuki adıçəkilən sərəncam və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mövcud səlahiyyətləri yeni Mənzil Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. Çünki əvvəla, məcəllə istənilən sərəncam və ya əmrdən üstün hüquqi qüvvəyə malikdir. İkincisi, icra qurumlarının sərəncam və ya əmrləri konkret qanunvericilik aktına söykənməlidir. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4-cü maddəsində yerli icra hakimiyyətləri başçılarının fəaliyyət dairəsi göstərilir. Həmin maddəyə görə, rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları əsasında icra fəaliyyətini həyata keçirir... Ancaq 444 saylı sərəncamın söykəndiyi sovet Mənzil Məcəlləsi 2009-cu ildən qüvvəsini itirib. Deməli, hazırda MİS-lərin fəaliyyəti isə heç bir qanunla tənzimlənmir.

Konstitusiya Məhkəməsi 1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının mənzil xidməti tariflərini müəyyənləşdirməklə bağlı sərəncamını ləğv etmişdi. Bu gün də paytaxtın icra başçısının 444 saylı sərəncamı Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil etdiyi üçün onun hüquqiliyi şübhə altındadır. Çünki MİS-lərin indiki səlahiyyət çərçivəsində fəaliyyət göstərmələri üçün onların hüquqi statusu qüvvədə olan Mənzil Məcəlləsi ilə müəyyən olunmalı idi. Ancaq qanunvericilikdə mövcud olan boşluqlardan istifadə edərək MİS-lər dövlət və özəl mənzil fondunun idarə edilməsi prosesində birbaşa iştirakda davam edirlər.

Mənzil-kommunal təsərrüfatının yeganə inhisarçısı

Bu gün MİS-lərin fəaliyyətinə xitam verilməli olduğu halda bu qurumlar ölkədə mənzil-kommunal təsərrüfatı sistemini tam inhisara götürüblər və sistemin, demək olar ki, yeganə iştirakçısına çevriliblər. MİS-lər özəl mənzil fondu mülkiyyətçilərinin seçim hüququnu pozaraq onların razılıqlarını almadan “mənzil haqqı” və “zibil pulu” yığırlar.

Halbuki qanunvericiliyə görə, MİS-lər yalnız mənzil sahibinin istəyi əsasında onlara xidmət göstərə bilərlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli qanunun 14-cü maddəsində qeyd edilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı var. Həmin qanuna görə, MİS-lər yalnız qismən özəlləşdirilmiş evlərin mənzillərinə xidmət göstərə bilərlər. Bu halda evlər tam özəlləşdirildikdən sonra MİS-lərin də missiyası bitmiş hesab olunur.

Ancaq reallıq bundan ibarətdir ki, hazırda Azərbaycanın mənzil-kommunal təsərrüfatı sistemində alternativsizlik hökm sürür. Mənzil fondunun idarə edilməsi üzrə ixtisaslaşmış özəl şirkətlər və ya birliklər olmadığından mülkiyyətçilərin seçim imkanı məhdudlaşır. Bu isə MİS-lərin “cəmiyyətdə alternativi olmayan bir qurum” imicinin formalaşdırılmasına xidmət edir. Vaxtilə Bakı şəhərində məişət tullantılarının daşınması işinə özəl müəssisələr cəlb edilmişdi. Hətta paytaxtın bəzi ərazilərdə bu işə bələdiyyələr də qoşulmuşdu. Ancaq sonradan icra hakimiyyətləri həmin şirkətləri və bələdiyyələri sıxışdırdı və zibil daşınması işi MİS-lərin inhisarına keçdi.

Hazırda mənzil-kommunal xidmətlərinə görə tariflər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı əsasında müəyyənləşir. Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına ayda 14 qəpik müəyyənləşdirilib.

MİS-lər qanunvericilikdəki boşluqdan istifadə edərək davamlı olaraq əhalidən “zibil pulu” və “mənzil haqqı” yığırlar. Bu addım isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, onlardan istifadə və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır və bu sahədə münasibətlərin məcburi qaydada tənzimlənməsini nəzərdə tutur.

Statussuz qurum yeni “statusda”

İndi isə qayıdaq MİS-lərin vergi yığmaq “təşəbbüsünə”. Bələdiyyələrin “çıxış yolu” hesab etdikləri bu təşəbbüs əslində ölkə qanunlarını ilə ziddiyyət təşkil edir. Bir tərəfdən qanunlardakı boşluqlar bələdiyyələrə öz öhdəliklərini yerinə yetirməyə - yerli vergi yığmasına imkan vermir. Digər tərəfdən bələdiyyələr qanunları pozaraq öz öhdəliyini digər quruma - MİS-lərə həvalə edir. MİS-lər isə əllərindəki rıçaqlardan istifadə edərək insanları incidirlər və onlardan əmlak vergisi tələb edirlər. 

Vergi qanunvericiliyinə əsasən, bələdiyyələrin vergi yığımını MİS-lərə həvalə etməsi qanunaziddir. Çünki Vergi Məcəlləsində qeyd edilir ki, dövlət vergilərini dövlətin vergi orqanları, yerli vergiləri isə bələdiyyələrin vergi orqanları yığır. Vergi orqanlarının səlahiyyətlərini bəzi hallarda (yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində) ancaq gömrük orqanları həyata keçirə bilər. Ayrı digər qurumun bu işə müdaxiləsi yolverilməzdir.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 15-ci maddəsində qeyd edilir ki, bələdiyyələrin vergi xidməti orqanları formalaşanadək yerli vergi və ödənişlərin yığılmasını və yerli büdcələrə köçürülməsini bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə ilə dövlət vergi xidməti orqanları həyata keçirir. Bu maddə keçid müddəadır və bələdiyyələrin yarandığı ilk dövrə təsadüf etsə də, bu gün də aktuallığını itirməyib. Yəni bələdiyyələrin böyük əksəriyyətində hələ də vergi xidməti orqanı formalaşmayıb. Ancaq bu, vergi yığımının MİS-lərə verilməsinə əsas vermir. Bu işi müvəqqəti olaraq dövlət vergi xidmətinin həyata keçirməsi mümkündür.
Deməli, yerli vergiləri MİS-lərindən yığması təşəbbüsləri vergi və bələdiyyə qanunvericiliyinə ziddir.

Son...

Keçmiş SSRİ respublikaları müstəqillik qazandıqdan sonra mənzil fondunun özəlləşdirilməsi mənzil fondunun idarəçiliyinə yeni yanaşmanın tətbiqini zəruri etdi. Reallıq isə bundan ibarətdir ki, hazırda bu ölkələrdə mənzil fondunun idarəçiliyi sistemi ən çox axsayan sahələrdən biridir. Bu ölkələrin bir çoxunda sovetin Mənzil Məcəlləsi uzun müddət qüvvədə olub. Cəmiyyətdə mənzil təsərrüfatı idarəçiliyinin mülkiyyətçinin səlahiyyətinə verilməsi fikirləri zaman-zaman səslənsə də, məsələ hələlik açıq qalıb. Bəzi respublikalarda, o cümlədən Baltikyanı ölkələrdə “JEK”lər ləğv edilib, idarəçilik özəl sistemə verilib. Bəziləri isə sənəd üzərində imtina etsələr də, reallıqda gözləmə mövqeyi tutublar.

Məsələn, Rusiya, Ukrayna və Azərbaycan kimi ölkələrdə “JEK”lər qanunvericilik baxımından mənzil idarəçiliyindən kənarlaşdırılsalar da, faktiki fəaliyyət göstərirlər və hökumət onları ləğv etməyə tələsmir. Rusiya və Ukrayna hökumətləri artıq yaxın 1-2 ildə idarəetməni özəl qurumlara vermək niyyətlərini açıqlayıblar. Azərbaycanda isə hələlik sakitçilikdir...

Azərbaycanda “JEK”lərin həm də başqa missiyası var. Onlar seçki dövrünün əsas iştirakçılarından biridir. İstər imza toplanması mərhələsində, istərsə də səs yığılması prosesində bu qurumların rolu əvəzedilməzdir. Yəqin ki, “JEK”lərin bu günə qədər mövcudluğunun səbəbini onların siyasi “əhəmiyyəti”ndə axtarmaq daha düzgün olardı.


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir