Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Hüquq
print

“MƏNİM İÇİMDƏ BİR YANĞI VAR”

2011-07-28 - 18:27:00

Bu günlərdə “İnsan Haqları Uğrunda” İctimai Hərəkat yaratdığını açıqlayan jurnalist Eynulla Fətullayev “Media forum” saytının suallarını cavablandırıb.

- “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın əsas fəaliyyət istiqamətləri hansılardır?

- Bizim fəaliyyət istiqamətimiz həm hüquqi, həm də ictimai mübarizədən ibarət olacaq. Çalışacağıq ki, haqqı tapdanmış insanların hüquqlarını müdafiə edək. Şübhəsiz ki, bu, böyük ictimai mübarizə olacaq.

Digər tərəfdən həbsxanalardakı vəziyyətin monitorinqi aparılacaq. Mən dörd ildən artıq həbsdə yatmışam və hələ də o auradan ayrıla bilmirəm. Məhbusların, xüsusilə siyasi məhbusların vəziyyəti məni çox narahat edir.

Üçüncü istiqamət Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması mexanizminin formalaşdırılması, yəni beynəlxalq təşkilatlarla ciddi iş birliyinin qurulması və məhz Azərbaycan gerçəkliyinin beynəlxalq təşkilatlara çatdırılmasıdır. Faktiki olaraq bu gün Azərbaycanda bu işlə peşəkar və vicdanlı şəkildə Arzu Abdullayeva və Leyla Yunus məşğul olur. Bu fəaliyyət sahəsi institusionallaşmalıdır.

Daha sonra biz məhkəmələrdə monitorinqlərin aparılması fəaliyyətinin bünövrəsini qoyacağıq. Çünki ortalıqda çox maraqlı situasiya var. Bizdə xüsusilə ictimai əhəmiyyət kəsb edən məhkəmə proseslərini bir çox təşkilat, hüquq müdafiəçisi izləyir, amma heç bir prosesin monitorinqi aparılmır, sənədləşmə yoxdur. Bu, çox ciddi problemdir, mən bunu Avropa Şurasında səfərim zamanı da hiss etdim. Hər hansı bir şəxsin məhkəmədə haqlarının tapdanmasından danışanda ortalığa heç bir sənəd qoyulmur. Söhbət bu barədə informasiya bazasının formalaşdırılmasından gedir. Bu, çox mühüm istiqamətdir. Hər bir fəaliyyət istiqaməti üzrə “İnsan Haqları Uğrunda” İctimai Hərəkatda departamentlər yaradılacaq və ciddi fəaliyyət aparılacaq.

Daha bir təşəbbüsümüz Azərbaycanda vətəndaş azadlıqlarının pozulması ilə bağlıdır. Burada söhbət İnsan Hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasında təsbit olunmuş insan haqlarının pozulması hallarının aradan qaldırılması, fundamental insan hüquqlarının bərqərar olunmasından gedir. Bu, çox iddialı layihədir və hesab edirəm ki, mən bunu gerçəkləşdirə biləcəm. Ən azı bunun uğrunda mübarizə aparacam.

- Hərəkatın strukturu necə olacaq?

- Fərdi üzvlük olacaq və yaxın günlərdə bununla bağlı Azərbaycan vətəndaşlarına çağırışım olacaq. Haqları tapdanmış (istər siyasi, istər sosial, istərsə də digər vətəndaş hüquqları olsun) şəxslərə də fərdi şəkildə bizim hərəkata qoşulmaq imkanı yaradılacaq.

Hərəkatımızın nizamnaməsi var, fəaliyyət nizamnaməyə əsasən həyata keçiriləcək. Təsisçi mənəm. Artıq iyulun 25-də ilk iclasımız olub və mən hərəkatın sədri seçilmişəm. Çox yaxın zamanda hərəkatın təqdimatını keçirəcəyik və idarə heyətinə daxil olan insanlar görüləcək əsas işləri açıqlayacaqlar.

- Nəyə görə təşkilatın fəaliyyəti məhz insan hüquqları ilə mübarizə sahəsinə köklənib? İşə başlamaq üçün ətrafınızda müəyyən komanda formalaşıbmı?

- İşə başlamazdan öncə mən xeyli məsləhətləşmə aparmışam və ortalıqda konkret nəticələr var. Mən həbsxanada olanda 1970-ci illərdə Şərqi Avropa ölkələrində, 1990-cı illərdə Mərkəzi Avropada, 2000-ci illərdə bəzi MDB ölkələrində gedən prosesləri, dəyişiklikləri çox dəqiq və diqqətlə təhlil etmişəm. Məndə belə bir təəssürat formalaşıb ki, əsas mübarizə xətti, mübarizənin platforması məhz insan haqları üzərində qurulub və nəticə etibarı ilə cəmiyyəti mübarizəyə inandırıb, ona kömək edib.

Axı birqütblü və avtoritar cəmiyyətdə hansı ideya müxtəlifliyindən danışmaq olar? Bu cür cəmiyyətdə sosial demokratiya ilə liberal demokratiya arasında mübarizə qeyri-mümkündür, çünki ölkədə ümumiyyətlə demokratiya yoxdur.

Yaxud ümumiyyətlə siyasi palitra mövcud deyilsə, onda hansı sağ və sol təmayüllər arasında rəqabətdən danışmaq olar? Belə vəziyyətdə yalnız ictimai-siyasi mübarizədən söhbət gedə bilər ki, bu da insan haqları uğrunda mübarizədir. Azərbaycanın demokratikləşməsini, hansısa sahədə dəyişiklikləri təmin etmək istəyən insanlar məhz insan haqlarının müdafiəsi platformasında birləşməlidirlər. Biz ilk olaraq insanlara öz haqları uğrunda mübarizə aparmağı öyrətməliyik.

Əslində, “Realnı Azerbaydjan” qəzetində bununla bağlı müəyyən layihələr həyata keçirilirdi. Məsələn, 2006-cı ildə iş adamı İsgəndər Xəlilov Bakının 19 qədim, nadir memarlıq üslubunda tikilmiş binalarını sökəndə “Realnı Azerbaydjan” qəzeti böyük bir kampaniyaya start verdi ki, Bakının özünəməxsusluğunu qoruyaq. Həmin kampaniyada biz böyük nəticə əldə etdik, İsgəndər Xəlilovu vadar etdik ki, ikitərəfli komissiya formalaşsın və bəzi binaların sökülməsi komissiyanın rəyinə qədər dayandırılsın. Bunun ardınca ölkədə polis özbaşınalığına qarşı geniş kampaniya aparıldı və sair. Əslində bizim bu sahədə fəaliyyətimiz var idi, amma bu fəaliyyət daha çox maarifçilikdən ibarət idi. Hesab edirəm ki, Rusiya və başqa ölkələrlə müqayisədə bu işlə Azərbaycanda heç kim məşğul olmur və məşğul olmaq istəmir.

Mən keçmiş təcrübəmə əsaslanaraq, eyni zamanda həm nəzəri, həm təcrübi biliklərimdən çıxış edərək bu işi qura biləcəm. Məsələn, artıq Norveç İnsan Haqları Evinin keçmiş rəhbəri Vüqar Qocayevlə, hüquq müdafiəçiləri Fuad Həsənov, Mətləb Mütəllimli ilə danışmışam və hər kəs bu ideyanı dəstəkləyir. Komandamızda kimlərin olduğunu ictimaiyyət biləcək. Sadəcə bəzi hadisələri qabaqlamaq istəməzdim.

- Hərəkatın ofisi harada yerləşir?

- Artıq ofis və avadanlıq problemləri həll olunub. “İnsan Haqları Uğrunda” İctimai Hərəkatının ofisi vaxtilə “Monitor” jurnalının redaksiyasının fəaliyyət göstərdiyi ofisdə yerləşir. Ofis avadanlıqla təmin olunub və bütün minimal məsələləri həll etmişik. Hərəkatın rəsmi qeydiyyata alınması üçün lazımi sənədləri Ədliyyə Nazirliyinə də göndərmişik.

- İşin maliyyə tərəfi həll olunubmu?

- Biz ancaq beynəlxalq donorların dəstəyinə arxalanacağıq. Amma ola bilər, hansısa sahibkarlar elə layihələri reallaşdırmaq istəsin ki, biz onları qəbul edək. Bizim üçün önəmli olan ilk növbədə beynəlxalq donorların dəstəyidir. Bununla bağlı danışıqlara başlamışam və nəticələr də var. Əslində, bu elə bir fəaliyyət sahəsidir ki, çox böyük maliyyə resursu tələb olunmur. İnandırım sizi, şəxsən mən bəzi fondlara layihələri təqdim edəndə öz maaşımdan ümumiyyətlə imtina etmişəm. Adətən layihələrdə çoxları öz maaşını hətta şişirdilmiş şəkildə göstərsə də, mən sadəcə olaraq prinsiplərimin müdafiəsi, gerçəkləşdirilməsi naminə bu işlə məşğul olacağımı bildirmişəm. Fəaliyyətimiz şəffaf olacaq. Bizim əsas məqsədimiz Azərbaycan vətəndaşına xidmət etməkdir. Mənim içimdə bir yanğı var, haqqın pozulmasını öz dərisində çox böyük acıyla hiss etmiş insan kimi görəcəyim işi öz borcum sayıram.


"Media forum"
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir