Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Sosial
print

NEFT PULLARININ BƏLASI

2011-05-02 - 14:05:00

Nazirlər Kabinetinin 26 yanvar 2011 tarixli 21 saylı sərəncamı… İctimai əhəmiyyətli və  ictimaiyyət üçün qeyd-şərtsiz açıqlanmalı olan sənəd dövlət sirri kimi gizli saxlanır. Həmin sənəd 3 milyard 380 milyon manat dövlət vəsaitinin taleyini həll edən 2011-ci il üzrə investisiya proqramının təsdiqlənməsi haqdadır. Nazirlər Kabineti sərəncamı da, proqramı da cidd-cəhdlə gizlədir. Niyəsini də açıqlamırlar...

Amma “Budget.az” saytı bu ilin investisiya proqramını əldə edə və yayımlaya bilib. Proqramda diqqət çəkən xeyli məqam var. Məsələn, bu ilin investisiya siyasətində hökumətin yeni və böyük layihələrə ehtiyatlı münasibəti hiss edilir. Demək olar ki, heç bir yeni iri infrastruktur layihəsinə maliyyə ayrılmayıb. Bəzi ekspertlər deyir ki, Azərbaycanda iri infrastruktur layihələri azalmağa doğru gedir. Yəni əsas infrastruktur layihələri artıq reallaşdırılıb, ona görə də investisiya proqramında yeni iri layihələrə rast gəlinmir.

Lakin məsələ ondadır ki, indiyədək görünməmiş dərəcədə iri layihələrin anonsunu eşitmişik. Məsələn, yaxın aylarda Bakı ətrafında dağların altından, dənizin altından sualtı yollar salınacağı haqda rəsmi açıqlamalar səsləndi. Avtomobillərin paytaxta girişini asanlaşdırmaq məqsədilə şəhərə dağ tunelləri çəkilməsi planlaşdırılır. Yeni layihəyə əsasən, avtomobillərin Bakıya girişi üçün bir neçə istiqamətdən tunellər çəkiləcək. Artıq konkret layihələr də açıqlanıb. İlk belə tunel Bayılda olacaq. Uzunluğu 800 metr olacaq bu tunel Şıx çimərliyi ilə Bayıl qəsəbəsindəki 20-ci sahəni birləşdirəcək. Paytaxtın qərb istiqamətindən şəhərin mərkəzinə gələn avtomobillər tunel vasitəsilə 20-ci sahə deyilən əraziyə daxil ola biləcəklər.

6 il ərzində bulvarda uzunluğu 16 kilometr olan müasir sualtı avtomobil yolu da inşa ediləcək. Rəsmi açıqlamalara görə, artıq hesablamalar aparılıb və bulvarın 100 metr dənizin içinə çəkilməsinin burada eni 7 metr, uzunluğu 16 kilometr olacaq sualtı avtomobil yolunun tikilməsinə imkan verdiyi məlum olub. Tunel Neftçilər və Nobel prospektlərindən keçən avtomobil yollarına alternativ kimi çəkiləcək. Bu məqsədlə Bayıldan başlayaraq Zığ qəsəbəsinədək uzunluğu 16 kilometr olan sualtı tunel qazılacaq. Deyilənlərə görə, tikinti işlərinə sentyabrda start veriləcək və hətta bu məqsədlə Azərbaycana tunel qazan maşınlar da gətirilib. Düzdür, tikiləcək tunellərin dəyəri açıqlanmayıb, lakin nəzərə alsaq ki, Azərbaycanda yerin üstü ilə yol çəkmək digər ölkələrdə salınan yeraltı yollardan bir neçə dəfə baha başa gəlir, mənzərə aydın olar.

Bir neçə ildir anonsu verilən, müzakirə olunan layihələrdən biri də Bakı buxtası üzərindən asma körpünün inşasıdır. Artıq neçə ildir bu istiqamətdə qızğın müzakirələr gedir. Hətta Koreya şirkətləri ilə razılıq əldə olunduğu və layihənin hazırlığının getdiyi bildirilir. Uzunluğu 14,5 km olan körpünün 2015-ci ilə qədər tikilib başa çatdırılıması planlaşdırılır. Körpü barədə hələ ilkin söz-söhbət çıxanda qeyd edilirdi ki, layihənin dəyəri 3 milyard dollar təşkil edəcək.

Göründüyü kimi, iri infrastruktur layihələri ideyası yox deyil və deməli, 2011-ci ilin investisiya proqramında yeni layihələrə rast gəlinməməsi ilə bağlı şübhələnməkdə haqlıyıq. Təəssüf ki, aidiyyəti qurumlardan bu suala doğru-düzgün cavab almaq qeyri-mümkündür. Ortada bir arqument var: böhrandan sonradır. Amma əks-arqument də olmamış deyil. Əgər böhrandan sonrakı kasıbçılıqdırsa, o zaman niyə əvvəlki illərdə başlamış bir neçə layihəyə fantastik məbləğdə vəsait ayrılıb? Məsələn, Qusar Turizm Mərkəzinə bu ilin investisiya büdcəsindən 245 milyon manatın ayrılması nəzərdə tutulur. Buna qədər isə həmin layihəyə 279,6 milyon manat istifadə edilib. Digər böyük həcmdə vəsait ayrılan layihə hava limanı-Mərdəkan dairəsi-Bilgəh yoludur. Həmin yola bu ilin büdcəsindən 120 milyon manat ayrılması planlaşdırılır. “Gənclik”də inşa edilən körpü-tunel kompleksinə isə 80 milyon manat nəzərdə tutulub. Heydər Əliyev Mərkəzi büdcədən daha 88 milyon manat alacaq.

Göründüyü kimi, bunlar əvvəlki illərdən başlayan və tikintisi davam edən layihələrdir, hansı ki, hər birinə bir neçə on milyon, bəzən isə yüz milyon manatlarla vəsait ayrılıb. Deməli, yeni iri infrastruktur layihələrinin olmaması ilə bağlı səsləndirilən “böhrandan sonra” məsələsi sadəcə bəhanədir.
 
Bu il yanvarın 14-də prezident İlham Əliyevin sədrliyi ilə hökumətin müşavirəsi keçirildi və həmin toplantıda ölkə başçısı korrupsiyaya qarşı sərt çıxış etdi.  Mövzu ilə bağlı araşdırma aparan ekspertlərimizə maraqlı bir məlumat verilib. Bildirilir ki, həmin tədbirdən investisiya proqramının təsdiqləndiyi 26 yanvar tarixinə qədər ötən 12 gün ərzində proqrama ciddi dəyişiklik edilib. Belə ki, proqramda yeni iri infrastruktur layihələri ixtisara salınıb və vəsait digər layihələr arasında bölüşdürülüb.  

Bu istiqamətdə tez-tez müqayisələr aparılır, biz də eyni mövzuya toxunmaq istədik: Azərbaycanın investisiya proqramının reallaşmasına ayrılan vəsait Gürcüstanın dövlət büdcəsindən (3,8 milyard dollar) çoxdur. Lakin Azərbaycanın Qərb rayonlarında əhali gündəlik bazarlığını Gürcüstandan edir. Səbəb isə çox sadədir: qonşu ölkədə ucuzluqdur, bizdə isə kasıbçılıq. Hamısı da neft pullarının bəlasıdır...

Müəmmalar təkcə neft pullarının xərclənməsi ilə bağlı deyil, elə qazanılması ilə bağlı da var. Parlamentin iqtisadi siyasət komitəsinin üzvləri, hökumət rəsmiləri birinci rübdə neftin büdcə qiyməti ilə (2011-ci ilin büdcəsində bu hədd 60 dollar götürülüb) dünya bazar qiymətləri arasında yaranmış fərqdən ölkəyə əlavə olaraq 2 milyard dollara yaxın vəsaitin daxil olduğunu deyirlər. Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə sorğumuza cavab olaraq ötən müddət ərzində təxminən 1,5 milyar dollar əlavə gəlirin daxil olduğunu bildirib. Fond rəhbərinin açıqlamasında müəmmalı görünən məqam I rübdə “AzəriLight” markalı neftin dünya bazarında orta satış həddi ilə bağlıdır. Şahmar Mövsümovun sözlərinə görə, bu, 95 dollar təşkil edib. Ortaya sual çıxır: brend markalı neftin rüb üzrə orta satış qiyməti London birjasında 105,18 dollar təşkil etdiyi və bu iki markanın satış qiymətləri arasında 10 dollarlıq fərqin heç vaxt qeydə alınmadığı, hətta bəzi vaxtlarda “AzəriLight”ın brenddən baha satıldığı halda 10 dollar fərqi haradan yaranıb? Təəssüf ki, bu suala cavab almağa ümidimiz yoxdur.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının ekspert qrupu


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir