Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Analiz
print

AZADLIQ NƏZARƏTƏ QARŞI: KİBERMƏKANIN GƏLƏCƏYİ

2011-03-24 - 13:32:00

İnsan ixtirası ilə texnologiyanın vəhdətindən yaranan sosial dəyişikliklərin yeni nümunələri az qala hər gün ortaya çıxır. İrandakı “yaşıl hərəkat”ın qızğın çağı bu işi “Tvitter” görürdü, Birmadakı Zəfəran İnqilabında “YouTube”, keçmiş sovet məkanındakı rəngli inqilablar zamanı isə mobil telefon. Qaydaların məhdudiyyətindən, nəticələrinsə ağırlığından asılı olmayaraq dünyadakı icmalar azadlıqlarını ifadə edə bilmək üçün məhdud texnoloji imkanlarla son dərəcə böyük yaradıcılıq nümayiş etdirirlər.

Sosial innovasiyaların sonsuz nümunələrinə baxanda asanlıqla ehtimal etmək olur ki, kiber texnologiyalar özündə “azadlıq texnologiyası” adını almağa layiq gücü daşıyır. Bəşər tarixində elə bir rabitə vasitəsi yoxdur ki, kommunikasiyanın demokratikləşməsini bu dərəcədə asanlaşdıra bilsin. Hələ tarixdə heç bir texnologiya belə sürətlə böyüməyib və bu qədər qısa vaxt ərzində belə böyük coğrafi əraziyə yayılmayıb. Məsələn, son kiber imkanlardan təkcə biri olan “Tvitter”ə baxaq. 2007-ci ilin ikinci rübündə sayı orta hesabla 500 min olan tvitterçilərin sırası 2010-cu ilin birinci rübünədək dörd milyon nəfərəcən genişləndi. Rəqəmsal kommunikasiyadakı davamlı innovasiya misli görünməmiş uzaq mənzilli effektə nail olub.

Amma bəzi müşahidəçilər deyirlər ki, avtoritar idarəçilik şəraitində yaşayan demokratiya fəallarına qol-qanad verən həmin o texnologiyalardan istifadə üçün şəraiti elə onların narazı olduqları qüvvələr də yarada bilər. Kiber kommunikasiyalar sosial nəzarətin çox geniş və səmərəli şəkildə aparılmasına imkan verir. Demokratik ölkələrdə belə nəzarət sistemi etirazsız-filansız, bəlkə də insanların öz razılıqları ilə şəxsi həyatın bütün sahələrinə nüfuz edir. Rəqəmsal informasiya asanlıqla izlənə və yoxlana, sonradan isə özləri də müəyyən zaman-məkanda olan konkret fərdlərə bağlana, daha sonra onları keçmişdəkilərlə müqayisədə görünməmiş tirana çevirə bilər. Beləliklə də bu texnologiyalar nədir - azadlıq, yoxsa nəzarət texnologiyaları?

Bu dixotomiyanın (ardıcıl surətdə ikiyə bölünmə - red.) özü də yanlışdır, baxmayaraq ki, xeyir və şər qüvvələri arasında ziddiyyəti dəqiq göstərir. Faktiki olaraq bu mənzərənin özü çoxnüanslıdır və onun bir neçə istiqamətdə təsnifatlandırılmasına ehtiyac var. Kommunikasiya texnologiyaları nə insan üçün vacib ərzaqlarla doldurulmuş boş gəmi, nə də hansısa bədheybət varlıqla yüklənmiş bir qüvvədir. Məsələ göründüyündən daha mürəkkəbdir və bəlli zaman-məkan kəsiyində sosial qüvvələrin davamlı inkişafının təzahürüdür. Texnologiya insanların mübadilə perspektivlərinin daim təkrarlanan şəkildə məzmun və limitini formalaşdırır. Məsələni sonradan qəlizləşdirən şey isə mürəkkəb vəziyyətlərdə də mövcud ola bilmənin qaçılmazlığıdır. Texniki innovasiyalar konkret məqsədlər üçün yaradıla, sonda isə yaradıcılarının nəzərdə tutduğu təyinatdan çox fərqli məqsədlərə yönəldilə bilər. Amma bu “alternativ rasionallıqlar” - əsasən dünyanın inkişaf etmiş hüdudlarında yerli mədəniyyət və normalara uyğun istifadə sistemi - çox vaxt texnologiyaların təkamülü ətrafında yaranmış, sonra isə ya gözlənilməz məqsədlər, ya da yeni innovasiyalar zamanı sıradan çıxan paradiqmaya çevrilir.

“Azadlıq” və “nəzarət” konsepsiyalarının özü də təsnifatlandırma tələb edir. Hər ikisi sosial yönlü ideyadır, məna və təyinatları isə məzmundan asılı olaraq dəyişə bilər. Fərqli şeylərdən (məsələn, kolonial idarəçilikdən, gender və yaxud dini ayrı-seçkilikdən) azad olmaq üçün müxtəlif icmalar müxtəlif cür işləyir. İctimai nəzarət isə bir çox şəkildə həyata keçirilə bilər və bu həm onları idarə edən dəyərlərdən, həm də nəzarət obyektinin nədən ibarət olmasından asılıdır.

Saysız-hesabsız azadlıq hərəkatları və sosial nəzarət mexanizmləri ümumi çərçivədə birgə mövcuddur, amma müxtəlif zamanlarda davamlı inkişafda olan kommunikasiya məkanını paylaşırlar. Bu isə istənilən texnologiyanın təsvirini həm azadlıq, həm də nəzarətə qarşı qərəzli edir. Bu sosial mürəkkəblik bütün texnoloji sistemlərin universal xarakteristikasıdır, ancaq bir neçə səbəb üzündən kommunikasiya sahəsinə xüsusi olaraq aid edilir. Kiberməkanın məhsulu və töhfəsi sayılan qloballaşma prosesləri, iştirakçıların müxtəlifliyinin artması, mədəniyyətlər, maraqlar və ideyalar kommunikasiya hövzəsində sıxlığı artırır. Necə deyərlər, indi planetin bir yarısındakı hadisələrin əks-sədası o biri yarısına işıq sürəti ilə çatır. Bu “dinamik sıxlıq” həm də kiberməkana xas dəyişikliklərin sürətini artırır və onun hərəkətini hədəfə çevirir.

Potensial olaraq kiberməkandakı milyonlarla iştirakçı hər gün innovasiya yarada bilər. Bu isə o deməkdir ki, kiberməkanı statik bir orqana yox, daim inkişafda olan sahəyə - fiziki infrastrukturun çoxbucaqlı ekosisteminə, proqram təminatına, şərait və ideyalara bənzətmək lazımdır.

Kiberməkanın sosial mürəkkəbliyi onun böyük bir hissəsinin minlərlə fiziki şəxsin mülkiyyəti olaraq idarə edilməsi və bəzi əməliyyatların milli çərçivədən çıxması ilə gərginləşir. Kommersiya prinsiplərini rəhbər tutaraq bu təşkilatlar sonda ciddi siyasi nəticələrə gətirib çıxaran qərarlar qəbul edir. Misal üçün, onlayn çat xidməti istifadəçinin məlumatını elə şəkildə yaya bilər ki, bu, xidmətdə təklif olunan yurisdiksiyadan asılı olaraq istifadəçini təhlükə qarşısında qoya bilər. Belə mülahizələr bugünkü “dumanlı hesablamalar” və proqram təminatının xidmət-biznes modelinin inkişafı fonunda xüsusilə əhəmiyyətlidir. Bu cür modellərdə istifadəçilərin paylaşdıqları məlumat və proqram təminatı fiziki olaraq onların şəxsi kompüterlərində deyil, çox vaxt başqa dövlətlərdə yerləşən özəl şirkətlərdədir. Nəticədə biz elə maraqlı vəziyyətə düşmüş oluruq ki, fərdlərin şəxsi məlumatları onları bir vətəndaş kimi söz demək hüququndan məhrum edən qanun-qaydalarla müəyyənləşir. Bu isə hakimiyyətin özəlləşdirilməsinin mövcud tendensiyasını sürətləndirir.

Kiberməkanın, necə deyərlər, cəbhəboyu operatorları olan biznes qurumlarının qəbul etdiyi qərarlar əhəmiyyətli rol oynayır; amma kiberməkanı həm də dövlətlərin fəaliyyəti, vətəndaş cəmiyyəti və hətta fərdlər formalaşdırır. Korporasiyalar işlədikləri ərazilərin qanunları çərçivəsində fəaliyyət göstərdikləri halda dövlətlərin tətbiq etdiyi norma və qaydalar informasiyanın ümumi sərvət kimi bölüşdürülməsinə bilməyərəkdən xidmət göstərə bilər. “OpenNet” Təşəbbüslər Korporasiyasının araşdırmasına görə, çoxu demokratik olmaqla qırxdan artıq ölkə hazırda internet məzmunlu filtrasiyaya qoşulub. Burada vətəndaş cəmiyyətlərinin də fəaliyyəti əhəmiyyətlidir. Şəbəkələrdə təkbaşına, ya da kollektiv şəkildə işləyənlər ümumsistem nəticələri olan proqram təminatı, seçənəklər və mobilizasiya formaları yarada bilirlər. Onların heç də hamısı xoşxassəli deyil. Faktik olaraq kiberməkanda cinayət və casusluq üçün yaradılmış gizli altsistem mövcuddur.

Sözün qısası, biznes sahələrinin, dövlətlərin, vətəndaş cəmiyyətlərinin, cinayətkar təşkilatların və milyonlarla fərdin fəaliyyəti kiberməkana həm təsir edir, həm də ondan asılı vəziyyətdədir. Kiberməkanı idarəolunmaz sahədən çox yəqin ki, Nyu-Yorkun qanqsterlərlə dolu versiyasına bənzətmək daha uyğun görünür: rəqib ictimai və şəxsi hakimiyyətlər, mülki cəmiyyətlər, cinayətkar şəbəkələr və kölgə iqtisadiyyatının dolaşıq toru. Bu cür mürəkkəb şəbəkə quru, dəniz və hava bölgüsü kimi “azadlıq” və ya “nəzarətin” birölçülü mənada dəqiq təsvirinə də bənzəmir. O, daha çox nəbzi fasiləsiz vuran, rəqabətdə olan qüvvə və məhdudiyyətlərin haradasa nizamsız birləşməsindən ibarətdir.

Azadlıq: nədən və kim üçün?

Kiberməkan və sosial səfərbərlik haqqında yazılmış yazılar liberal-demokratik dəyərlərlə qarışdırılır. Əgər Afrika, Birma, yaxud İrandakı sosial hərəkat zamanı tərəfdar toplamaq üçün kompüter imkanları və rəqəmsal texnologiyalardan istifadə olunursa, məqalələr bütün dünya mediasında yayımlanır və sonra hərəkat hüquq müdafiəçiləri tərəfindən müdafiə olunur. Təəccüblü deyil ki, belə nümunələr bir qayda olaraq norma kimi ümumiləşdirilir və dəqiq öyrənilmədən yenə təkrar olunur. Sosial səfərbərlik çoxlu mümkün bəraətlərlə motivasiya olunub müxtəlif formada təzahür edə, bəziləri isə heç də “proqressiv” olmaya bilər. Həm mətbuatın qərəzi, həm də ilkin araşdırma aparmağın çətinlikləri üzündən bu rasionallıqlar bir qayda olaraq mətbuatın əli ilə ictimai baxışdan gizlədilir, ekspertlər tərəfindən isə az araşdırılır.

Misal üçün, kiberməkandakı nəhəng cinayət aləminə baxaq. Kiberkriminallar onlayn innovasiyanın ən iti nöqtəsində bu davamlı dumanlanan ərazidə açılan və heç də təhlükəsiz olmayan çatlara hücum çəkib kiberfəzanın hüdudlarında böyük gizli parazitar ekosistemi işğal ediblər. Kiberkriminallar kiçik spam şəklində (arzuolunmaz mesajların elektron yayımı) olsalar da, bu gün onların saxtalığı və hər yerə çatımlığı adamı heyrətə salır. “Zərərli proqramların” istehsalı rəqəmsal dünyanın həqiqi sahəsinə elə yayılıb ki, heç kim onun incəliklərindən tam baş çıxara bilmir. Təhlükəsizlik mühəndisləri hər ay qorxunc templərlə artan milyonlarla zərərli proqram tapıb məhv edirlər.

Kiberkriminalın çox hiyləgər və geniş yayılmış formalarından biri “saxta klık”dır; qurbanlıq kompüterlər zərərli proqramla yoluxdurulur və kiberkriminalların yaratdığı onlayn reklam səhifəsinə birdəfəlik pullu ziyarətə bələdçilik edir. Hər belə ziyarət qəpiklə ölçülsə də, “botnet” (milyonlarla viruslu kompüterlər qrupu “zombi” də adlanır) cinayətkarlara milyonlarla dollar gəlir gətirir.

Oxşar təşəbbüslərdən biri olan “Koobface” (“Facebook”un anaqramı) istifadəçi kompüterlərinin zəif tərəflərini istismar edir, ardınca da “Facebook” və başqa sosial şəbəkələrdəki şəxsi informasiyanı sözün əsl mənasında biçir. O, hər gün minlərlə bədniyyətli “Facebook” profaylları yaradır, sonra onların hər birini saxta səhifələrə, ya da Troya atlarını (doğruçu təsir bağışlayan virus yükləmələri) yükləməyə vadar edən qurama saytlara yönəldir. Sonuncu hərəkəti ilə “Koobface” hər şeydən xəbərsiz istifadəçilərin kompüterlərindən kredit kartlarındakı məlumatları, məxfi və özəl bilgiləri əldə eləyir, yaxud da paylaşdırılmış kompüter şəbəkəsi hücumlarını gerçəkləşdirmək üçün kompüterləri zombi kimi botnetlərdə yerləşdirir. “Koobface” sosial şəbəkələrdə misilsiz ixtiraçılıq nümayiş etdirsə də, tamamilə saxta məqsədlərə işləyir.

Proqram təminatlarında olduğu kimi sosial şəbəkə platformaları və istehlakçı yönlü başqa rəqəmsal media da siyasi səfərbərlik məqsədləri üçün ayrıla bilər. Kiber cinayətkarlığa xidmət göstərməkdən ötrü ixtira olunmuş innovasiyalar çox vaxt siyasi fəaliyyətlərdə istifadə edilir. Araşdırmalar casusluq və başqa siyasi məqsədlər üçün işlədilən kiber cinayətkarlıq alətləri barədə dərin həyəcan siqnalı verir.

Son iki ildə düz iki dəfə “İnformation Warfare Monitor” onlarla yüksək səviyyəli ictimai-siyasi instansiyaya, o cümlədən xarici işlər nazirlikləri, səfirliklər, beynəlxalq təşkilatlar, maliyyə qurumları və kütləvi informasiya vasitələrinə soxulan nəhəng qlobal kibercasus şəbəkəsini ifşa edib. “Tracking GhostNet” və “Shadows in the Clouds” təşkilatlarının hesabatlarında yer almış bu araşdırmalar Dalay Lamanın ofislərindən tutmuş Hindistanın Milli Təhlükəsizlik Şurasına qədər son dərəcə konfidensial sənəd və plan oğurluğunun üstünü açıb.

İşğalçıların istifadə etdikləri vasitə və metodların kökü kiber cinayətkarlıqda və internetin qara bazarındadır. Həqiqətən də, kiber casusluq şəbəkəsinin istifadə etdiyi ən əsas alət - “Gh0st Rat” pulsuz yüklənir və müxtəlif dillərə tərcümə edilib. Fəaliyyətləri araşdırılmış bu şəbəkələr birbaşa cinayətkarlıqla deyil, əsasən siyasi motivli casusluqla məşğuldur. Araşdırmalar göstərir ki, bu hücumçular birbaşa dövlət agentləri deyillər. Onlar ya Çinin cinayətkar aləminin bir parçası, ya da Çin məmurlarının muzdla saxladığı, yaxud himayə etdiyi qruplardır.

Bundan başqa, “OpenNet İnitiative” 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstanın dövlət saytlarına kiber hücümların olduğunu da analiz edib. Əslində həmin vaxt saytların xidmət göstərməkdən imtina vəziyyətinə gətirilməsi üçün bir yerə toplanmış kompüterlər kiberkriminalistika və saxtakarlıq sahəsini öyrənən mütəxəssislərə yaxşı məlum olan botnetlər idi. Əvvəllər isə elə həmin botnetlərdən pornoqrafiya və oyun saytlarından pul oğurluğunda da istifadə olunub.

Rəqəmsal ixtiranın ən bariz nümunələrini pornoqrafiyanın qaranlıq tərəflərində, düşmənçilik, ekstremizm və nifrət yayan saytlarda tapmaq olar. Kölgədə qalmaq və onları izləyənlərin fövqündə durmaqdan ötrü daim manevrlər etməyə məcbur olub daha çox insanı tələyə salmağa cəhd edən bu qara şəbəkələr öz proqressiv rəqiblərindən daha fəndlə və daha sürətlə şəraitə uyğunlaşır, yeniləşirlər.

Dolayısıyla bu gün “Əl-Qaidə”nin özü cihad əhval-ruhiyyəli internet saytları, “YouTube” kanalları və hamısının fiziki görüşmə nöqtələri olan sosial şəbəkələrin təsiri ilə mövcuddur. Necə ki, hüquq müdafiəçiləri qrupları aid olduqları sosial şəbəkə xidmətləri və çat platformaları kimi müxtəlif çətirlər altında tanınırlar, eynilə də cihad tərəfdarları və döyüşçüləri internetdən qidalanan vahid “xəyali icma”nın ətrafında səfərbər olunublar.

Ola bilər ki, azadlıq texnologiyalarının liberal-demokratik dəyərini təhdid edən cinayətkar və anti-sosial davranışın kökü inkişaf etməkdə olan ölkələrin, eləcə də post-kommunist ölkələrinin gənclərindən qaynaqlanır; onların böyük əksəriyyəti avtoritar quruluşda yaşayır və iqtisadi bərabərsizlikdən əziyyət çəkir. Bu gənc “rəqəmsal sənətkarlar” üçün elektron poçtda fırıldaqçılıq etmək, botnetlər, viruslar və zərərli proqramlar yaymaq iqtisadi baxımdan dirçəlmək imkanıdır.

Qlobal təminat zəncirlərini ələ keçirmək, yerli yoxsulluq şəraiti və siyasi qeyri-bərabərlikdən qopmaq perspektivinin özü də azadlığın bir formasıdır.

Müşahidəçilərin müxtəlif texnologiyalara verdiyi tərifdən asılı olmayaraq insan ifadəedilməz və innovativ məxluqdur. Texnologiyanın yalnız bir məqsəd üçün yaradılması heç də o demək deyil ki, onu yaradanlar digər ağlagəlməz istifadə növləri də fikirləşib tapmayacaqlar. Bu, cinayət aləmi, casusluq və vətəndaş münaqişələri sahəsində (o yerlərdə ki, innovasiya sadə əməliyyat prosedurları və qanuna hörmətlə əngəllənməyib) özünü xüsusilə doğruldur.

Nəticə: növbəti nəslin nəzarəti

Kiberməkan nəzarətlərinin indiki inkişafını nəzərə alaraq yeni texnologiyaları “azadlıq”la əlaqələndirən arqumentləri dəqiqləşdirmək lazımdır. Vaxt vardı kiberməkanı nəzarətdə saxlamaq dövlətlər üçün mümkünsüz görünürdü, indi isə onlayn informasiya axınını formalaşdırmaq və məhdudlaşdırmaq üçün onların ixtiyarında bol çeşidli texniki və qeyri-texniki imkanlar var. Yuxarıda qeyd edildiyi kimi, rasionallıqların alternativi kimi qəbul olunduğu üçün onlar çox vaxt mətbuatın və müşahidəçilərin nəzarətindən yayına bilər. Nəzarət mexanizmləri isə kiberməkan idarəçiliyinin və bu məkanda kütləvi silahlanmanı vüsətləndirən bütöv bir sıçrayışın miqyasları ilə yanaşı böyüməkdədir.

Kiberməkan nəzarətlərini anlamaqdan ötrü əvvəlcə dövlətlərin bu sahəyə yanaşmasındakı kardinal dəyişikliyə nəzər salmaq vacibdir. 90-cı illərin “nöqtə.com” bumunda hökumətlər əsasən iqtisadi paradiqmaya müdaxilə etməmək yolunu tutub internetə əl qoymamağa çalışsalar da, bəzi dəyişiklikər tədricən başlamışdı. Bazar konsepsiyası üstün gəlsə də, kiberməkanda ciddi risklərin artımı artıq qəbul edilir. Bu risklərin öhdəsindən gəlmək ehtiyacı elementar azadlıqlar üzərində ciddi nəzarətlə nəticələnən təhlükəsizlik tədbirləri dalğasına rəvac verdi. Misal üçün, müəllif hüquqları və intellektual mülkiyyəti qorumaqdan ötrü bir sıra təhlükəsizlik qaydaları və tədbirləri gerçəkləşdirildi.

Təhlükəsizlik kimi təqdim olunsa da, bu qaydalar dövlətlərin kiberməkana müdaxiləni legitimləşdirməsinə kömək etdi, özü də o ölkələrdə ki, onlardakı rejim mülkiyyəti qorumaqdan çox özünümühafizəyə maraq göstərir. Əgər Kanada, Almaniya, İrlandiya və digər sənayeləşmiş demokratiyalar kiberməkanda davranışın əsaslı tənzimlənməsini həmin dövlətlərin milli qanunvericiliyinə uyğun səviyyədə nizamlaya bilirsə, onda kim deyə bilər ki, Belarus, Birma, Tunis, yaxud Özbəkistan dövlətin təhlükəsizliyini və ya digər milli dəyərləri qorumaqdan ötrü eyni şeyləri edə bilməz?

Kiberməkanın təhlükəsizləşdirilməsi əsasən “qoruyucu” şüarla gündəmə gəlib, mühüm infrastruktur obyektlərinin mühafizəsi və kiber cinayətkarlığa qarşı hüquq mühafizə orqanlarının monitorinqini daha effektiv təmin etməkdən ötrüdür. Hərçənd elələri var ki, “aqressiv” tədbirlərin eyni dərəcədə vacibliyinə israr edirlər. Arqumentlər səslənir ki, strateji infrastrukturları daha yaxşı mühafizə etmək üçün dövlətlər həm də hücumların intiqamını necə almağı bilməlidir, bunun üçün isə rəsmi aqressiv ruh lazımdır. Dünyadakı bir çox silahlı qüvvələr kiber komandanlıqlar və kiber mübarizə kompleksləri yaradıblar, yaxud yaratmaq ərəfəsindədirlər. Bunlardan ən ambisiyalısı ABŞ Milli Təhlükəsizlik Agentliynin generalı Keyt Aleksandrın başçılıq etdiyi və amerikan kiber qüvvələrini əlahiddə komandanlıq altında birləşdirən Amerika Kiber Komandanlığıdır. Fövqəldövlətin silahlı qüvvələrindəki bu cür institusional innovasiya digər dövlətlərin də hərbi sistemlərində analoji modelə çevrilir.

Təəccüblü deyil ki, son illərdə Birma, Çin və Tibetin insan hüquqları təşkilatlarına, eləcə də keçmiş sovet respublikalarındakı müxalifət qruplarına qarşı bir çox siyasi məqsədli kompüter-şəbəkə hücumları baş verdi. Bu insidentlərlə ABŞ Kiber Komandanlığının yaradılması arasında birbaşa əlaqə görmək düzgün olmazdı. Ona görə ki, bu təcrübələrin çoxunun təməli Birma, Çin, Rusiya və onların qəfil ortaya çıxmış kiberkriminal əlaltılarının təhlükəsizlik xidmətləri, eləcə də dövlət və özəl strukturları arasında elan edilməmiş innovativ əməkdaşlığı tərəfindən qoyulub. Onu da demək ədalətli olardı ki, sistemin qurucusu bu cür hərəkətlərin qəbul edilən və hətta həvəsləndirici olmasına şərait yaradan normativ standartlar da yaradır. Dövlətlərin kiberməkanda kəskin hərəkətlər strategiyasını açıq elan etməsi ilə bu cür hücumların çoxalacağını gözləməliyik.

Təhlükəsizləşdirmə tendensiyasının bir əlaməti də budur ki, kiberməkanın ciddi infrastrukturlarına qarşı hər gün artan hücumlardan qorunmanın ağır yükünü (və maliyyə tərəfini) öz üzərində daşıyan özəl sektorun aparıcıları bu yükün daşınmasının ictimai maraq kimi qəbul olunması üçün öz hökumətlərinə getdikcə daha çox müraciət edirlər. Təkcə ABŞ-da hər il 40-60 milyard dollar arası pul ayırmaq məqsədilə kiber təhlükəsizlik xidmətlərinin nəhəng bazarı yaradılıb. Hazırda bu sahəni dolduran şirkətlərin çoxu kiber müharibəni qızışdırmaqla qazanmaq kursunu tutub.

Bəzi müşahidəçilər bu şirkətlərin müxtəlif təhlükələrin ağırlığı və təbiəti barədə yaratdıqları qiymətləndirməni şübhə altına alırlar. Bu cür tənqidlər nadir hallarda səslənir və kiber təhlükəsizliklə bağlı qorxulu şayiələrə müqavimət göstərmək üçün az iş görülür. Təhlükəsizləşdirmə məsələləri dövlətlərin kiberməkana daha yaxından cəlb olunmasına yol açır və bu müdaxiləni legitimləşdirməyə kömək edir. Biz “gələcək nəslin” nəzarətindən danışdıq, bunlar isə adi filtrasiya çərçivəsindən kənara çıxan müdaxilələrdir. Bu nəzarət elementlərinin çoxunun texnologiyalara dəxli azdır, əksinə, daha çox yumşaq davranış, yol qaydaları kimi normaların tətbiqini tələb edir; bunların hamısı isə çoxsaylı səbəblərdən doğub.

Hüquqi ölçülər

Kommunikasiyanı və onlayn fəaliyyəti məhdudlaşdırmaq üçün dövlətin kiberməkana müdaxiləsi böhtan, iftira, müəllif haqları pozuntularının yer almasından başlayıb. Hakimiyyətlər kiberməkana qaydaları tənzimlənmiş nəzarət şəklində tətbiq etməyə can atır və bu cür qanunların qəbulu təbii prosesin yetişdiyini əks etdirir. Bəzən bu özünü düşünülmüş sıxışdırma taktikası kimi göstərir. Amma bir şey var ki, zərərli informasiyanın üzə çıxmasını ənğəlləmək üçün hüquqi tədbirlər daha çox iş görə bilər, nəinki internet saytları qadağan etməklə həyata keçirilən passiv filtrasiya metodları. Belə qanunlar qorxu, təhdid və nəticədə daxili senzura yarada bilər.

Kiberməkan üçün normativ bazanın yaradılması məqsədilə yeni qanun layihələri işlənsə də, bəzi hallarda internetdə köhnə nəzarət qaydalarının tətbiqinə bəraət donu geyindirilir. Məsələn, Pakistanda guya Məhəmməd peyğəmbərin karikaturası ətrafında qrupun yarandığını əsas gətirərək, kafirlik haqqında köhnə qanundan istifadə edib “Facebook”u yasaqladılar.

Hökumətlər geniş miqyaslı senzura hallarına bəraət qazandırmaqdan ötrü hətta milli təhlükəsizlik qanunlarını tətbiq etməyə hazır görünürlər. Məsələn, Banqladeşdə baş nazir Şeyx Hasinin qiyamçı qvardiya ilə danışıqlara getmək qərarını müdafiə edən video klipin nümayişindən sonra “YouTube” saytı ləğv edildi. Banqladeşin Telekommunikasiya Şurasının rəhbəri Ziya Əhməd həmin qərarı dəstəkləyərək belə demişdi: “Dövlətin milli birlik və toxunulmazlığa təhlükə törədən istənilən fəaliyəti dayandırmaq haqqı var”.

Livanda isə söz azadlığının konstitusiya ilə təsbitlənməsinə baxmayaraq ölkə prezidentini tənqid etdiklərinə görə üç nəfər “Facebook” istifadəçisinin həbsi üçün nadir hallarda tətbiq edilən diffamasiya qanununa istinad edilmişdi. Bir müddət əvvəl isə ölkənin bank sistemini “Tvitter”də tənqid etmiş bir neçə nəfər Venesuelada həbs olundu. Həbslər ölkənin bank sisteminə aid qanununda “yalan məlumatın yayılması” müddəasına əsaslanaraq həyata keçirilib. Dövlətlərin kiberməkana nəzarətin texniki qadağalar çərçivəsindən kənara çıxan üsulları və getdikcə artan normativ müdaxiləsinin təsvirini verən onlarla misal göstərmək olar. Vaxtilə bu cür normativ müdaxilələr istisna hal və səhv hesab olunurdusa, indi sürətlə normaya çevrilir.

Qeyri-rəsmi tələblər

Hüquqi ölçülər qadağa üçün normativ şərait yaratdığı halda daha təcili ehtiyaclar vaxtı hakimiyyətlər özəl şirkətlərdən qeyri-rəsmi “xahişlər” edə bilir. Tez-tez belə tələblər guya “milli təhlükəsizlik” və ya “mədəni həssaslığa” təhlükə törədən məlumatları silməkdən ötrü internet provayder və onlayn hostinq xidmətlərinə qarşı təzyiq formasında olur.

“Google” şirkətinin Çinlə bağlı xidmətlər təklifini yenidən gözdən keçirmək haqqında son qərarı bəlkə də şirkətin Çin hökumətindən həmin xidməti ləğv etməklə bağlı aldığı göstərişdən doğan məyusluğunu əks etdirir. Bəzi dövlətlər bir az da irəli gedib internet provayderləri və mobil operator şirkətlərindən müxalifət qrupları və fəallarının xidmətlərdən istifadəsini dayandırmaq üçün xidməti yararsız hala gətirmələrini tələb edirlər. Məsələn, İranda kütləvi aksiyalar zamanı bəzi şəhər və rayonlarda, hətta qonşu ərazilərdə internetin və digər kommunikasiya vasitələrinin sürəti müəyyən müddətə yavaşıyır, bəzən isə uzun müddətə tamamilə dayandırılır.

Qeyd eləməyə dəyər ki, İran İnqilab Keşikçiləri Korpusu İranın əsas internet provayder xidmətinin, yəni Telekommunikasiya Şirkətinin sahibidir. Bəzi hesabatlarda göstərilir ki, korpus rəsmiləri ölkədəki son iğtişaşlar zamanı internetə bağlantını dayandırmağı tələb edibmiş. Dövlətlə özəl şirkətlərin, mütəşəkkil cinayətkarlıqla rəsmi orqanların qaranlıq işlərdə əlbir olduğu avtoritar ölkələrdə bu cür tələb-təzyiqlər səmərə verir və ictimaiyyətdən gizlin qala bilir.

Başqasına həvalə

Qeyd etmək vacibdir ki, kiberməkanı əsasən özəl qurumlar idarə edir. Məzmuna nəzarətlə bağlı bu şirkətlərin qəbul etdiyi qərarlar dövlətin analoji qərarları qədər mühümdür. Çox vaxt özəl qurumlar hüquq çərçivəsində fəaliyyət göstərmək üçün internetin fəaliyyətinə nəzarət və senzura qoymağa məcbur olur. Bunun ən bariz nümunəsi bu il yanvarın 20-nə kimi “Google”, “Microsoft” və “Yahoo”nun Çində internet senzurasını həyata keçirmək üçün bağladıqları gizli anlaşmadır. Müxtəlif ölkə və regionlarda 41 dildə işləyən nəhəng axtarış xidməti olan “Microsoft”un “Bing” məhsulunda da bir sıra ölkələrin istifadəçiləri üçün açar sözlər səviyyəsində məlumat filtrasiya sistemi quraşdırılıb. “

OpenNet İnitiative” təşkilatının əməkdaşı Helmi Nomanın araşdırmasına görə, ərəb ölkələrində istifadəçilər internetdə ərəb və ingilis dillərində seks və digər məzmunlu axtarışlar aparmaqdan məhrumdurlar. “Nəyə görə bəzi açar sözlərin axtarışı çox az və ya heç bir nəticə vermir?” sualını “Microsoft” belə izah edib: “Yerli təcrübə, qanun və normalara uyğun olaraq arzuolunmaz məzmunu pozmaqdan ötrü bəzi internet saytları axtarış səhifələrindən bilərəkdən çıxarılıb”. Məlum deyil ki, “Bing”in ərəb dünyasında filtrasiya sistemini işlətməsi Microsoftun öz təşəbbüsüdür, yoxsa ərəb dünyası özü bunu Microsoftdan xahiş edib.

Başqasının əli ilə senzura və nəzarətin ən kobud nümunələri ya qanunsuz, ya da icitmai normalarla müəyyən olunan əməliyyat prosedurları və şəxsi məxfiliyə zidd formada olub. Bunun dramatik təsviri “Tom-Skype” hadisəsidir. Belə ki, “Skype” çatının çinli tərəfdaşı çatdan təşviqat kimi istifadə edən demokratiya fəallarını izləmək üçün gizli müşahidə sistemini işə salmışdı. Sistem təsadüfən “Tom Onlayn”a məxsus serverlərdə təhlükəsizlik səhvi baş verərkən üzə çıxmışdı.

2009-cu ilin mayında Çin höküməti kompüter istehsalçılarından ölkə ərazisindəki bütün kompüterləri filtrasiya proqramları ilə təchiz etməyi tələb edən qanun ortaya çıxardı. Əksər şirkətlər müqavimət göstərsə də, yerdə qalanları buna həvəslə əməl etdi. Tədricən həmin tələb unudulsa da, hər halda dövlətin özəl qurumların əli ilə kiberməkana giriş nöqtələrini idarə etdiyini isbatlayan hallardır.

İnternet kafelər avtoritar dövlətlərin ən sevimli hədəfləridir. Belarusda qanun tələb edir ki, internet servis provayderləri və internet kafelər istifadəçilərin siyahısını tutub təhlükəsizlik orqanlarına təhvil versinlər. Oxşar qanunvericilik başqa ölkələrdə də var.

Dövlətlə özəl sektor arasında hələ neçə belə üstü açılmamış anlaşmaların olduğunu təxmin etmək çətin deyil. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər senzura və nəzarəti özəl sektora həvalə etməklə internetə əsas giriş nöqtələrinin subyektlərini, hostinq platformalarını və nəzarəti cəbhə boyu əllərində saxlayır. Bu tendensiya davam etsə, onda özəl qurumların, internet provayderlərinin, kompüter xidmətlərinin, internet mübadilə və telekommunikasiya şirkətlərinin üzərinə daha çox senzura və müşahidə məsuliyyətinin qoyulmasını gözləmək lazımdır.

Nəzarətin bu cür olması bütün dövlətlərin vətəndaşları qarşısına ictimai məsuliyyət və şəffaflıq məsələlərilə bağlı ciddi suallar çıxarır. Bu mənada “Google” şirkətinin Çinin internet məkanında axtarış saytına qoyduğu senzuranın ləğvi barədə verdiyi elan dönüş nöqtəsi sayıla bilər. Görəsən, digər şirkətlər də “Google” şirkətinin arxasınca gedəcəkmi və yaxud Çin, yerdə qalan dövlətlər və beynəlxalq ictimaiyyət bütövlükdə reaksiya verəcəkmi? Bunlar kiberməkanın özəl oyunçularının ictimai məsuliyyətini formalaşdırmağa kömək edə bilən ciddi və açıq suallardır.

Vaxtında qadağa qoymaq

Vacib informasiyanı vaxtında, məsələn, seçkilər və kütləvi aksiyalar zamanı ləğv etmək kiberməkanda siyasi nəticələrə təsir göstərə bilən ən effektiv alətlərdən biridir. Bu gün şəbəkə infrastrukturunun zəif olduğu inkişaf etməkdə olan dövlətlərin əsas informasiya mənbələrinə qarşı “xidmət göstərməkdən imtina” tipli hücumları asanlıqla tətbiq edib onları hədəfə çevirmək olar. Bu gün botnet hücumlarında istifadə olunan alətlərin quraşdırılma halları qorunmayan serverlər, fərdi kompüterlər və sosial şəbəkə platformalarında sanki eyni hüquqlu parazitlər şəklində artmaqdadır. Botnetlər pulu olan istənilən kəs tərəfindən istənilən hədəfə qarşı aktivləşdirilə bilər.

Vaxtında qadağan etməyin daha kobud formaları da var; məsələn, informasiyanın lazımi ünvana çata bilməməsi üçün serverlərin yerləşdiyi binalarda elektrik şəbəkəsini kəsmək. Bu cür vaxtında qadağa üsullarını “OpenNet İnitative” təşkilatı Belarus, Qırğızıstan, Tacikistan və onlarla digər ölkədə qeydə alıb.

Vaxtında qadağan etmək üsulu onunla cəlbedicidir ki, konkret informasiya yalnız sərf eləməyən məqamda qadağan olunur, bununla da İnternetdə senzura ittihamlarından yayınmaq imkanı verir. İnternet şəbəkəsi fasiləsiz işləməyən bölgələrdə vaxtında qadağa üsulu asanlıqla şəbəkədə növbəti texniki qüsur kimi qələmə verilə bilər. Belə hücumlar cinayətkar dairələrlə əlbir aparılanda isə əməliyyatın müəlliflərini üzə çıxarmaq mümkün olmur.

Vətənpərvər xakerlik

Kiberməkanın qeyri-adi xüsusiyyətlərindən biri də insanların bəzən öz ölkələrinin milli təhlükəsizlik maraqlarına zidd saydıqları hadisələrə qarşı yaradıcı hərəkətləridir ki, bu da bütün sistemə öz təsirini göstərir. Xaricdən ölkənin daxili işlərinə qarışmaq və ya dövlətin tənqid olunması vətəndaşların xətrinə dəyə bilər. Halbuki həmin dövlət xaricdəkilər üçün qüsurlu görünə bilər. Az-çox texniki qabiliyyəti olan insanlar həmin informasiya mənbələri ilə mübahisəyə girişməyi, qabaqlayıcı, yaxud da provakasyon mesajlar buraxmağı öz öhdələrinə götürürlər.

Belə hərəkətlər hücumun hardan gəldiyini müəyyənləşdirməkdə çətinlik yaradır. Bu işləri azad şəkildə görmək kimin işidir - dövlətin, yoxsa vətəndaşların? Bəlkə hər ikisinin? Bəzi təhlükəsizlik xidmətləri belə hərəkətləri formal olaraq həvəsləndirir, bəzən isə susmaqla onlara rəvac verib aranı qatır. Məsələn, Çində Vu Mo Danqın 50 Sent Partiyası (partiyanın adı guya üzvlərinin internetdən hər istifadəyə görə 50 sent ödəməsi şərəfinə qoyulub) çat və forumlarda rejimin xeyrinə, tənqid edənlərinsə əleyhinə məlumatlar yerləşdirir.

Rusiyada geniş yayılmış belə bir fikir var ki, təhlükəsizlik xidmətləri mütəmadi olaraq xaker qruplarını kiberməkanda vətən uğrunda mübarizəyə ruhlandırır, tanınmış milliyyətçi sayt və forumları təlimatlandırır. 2009-cu ilin sonlarında İranda Kiber Ordu kimi tanınan gizli qrup “Tvitter”i və bir neçə müxalifətçi saytı ələ keçirərək ana səhifələrinə öz mesajlarını yerləşdirə bilmişdi. İranın rəsmi dairələri ilə heç bir əlaqə yaratmasa da, dağıdılmış saytlarda iqtidaryönlü mesajlar yerləşdirməyin məsuliyyətini bu qrup daşıyır.

Məqsədyönlü nəzarət və sosial təhlükəli hücumlar

Düşmənlə bağlı konfidensial informasiya əldə etmək siyasi nəticələr formalaşdırmağın ən vacib alətlətindən biridir və elə buna görə də casusluqla mübarizəyə böyük əməyin sərf edilməsinə təəccüblə baxılmamalıdır. Yuxarıda xatırladılan “Tom Skype” nümunəsi gələcək nəsil örnəklərindən yalnız biridir və bu gün kiber ekosistem üçün adi hala çevrilib. Məqsədyönlü “sosial zərərli” proqramlar (xəbərsiz istifadəçinin kompüterinə müdaxilə edən proqram təminatı) və “drive-by” şəbəkə alətlərinin müdaxiləsi (qorunmayan brauzerləri hədəfə almış viruslu internet saytları) interneti qaranlıq qatları boyunca yoluxdurmaqdadır. Analoji müdaxilənin ən hay-küylü nümunəsi Google infrastrukturuna edilən hədəfli casus hücumudur. Şirkət bu haqda 2010-cu ilin yanvarında ictimaiyyətə açıqlama vermişdi.

Bu cür hücumlar vətəndaş cəmiyyəti və insan haqları təşkilatlarının təcrübəsizliyi sayəsində meydana çıxır. Nart Vilnev və Qreq Valtonun “İnformation Warfare Monitor”dakı sonuncu hesabatında göstərilir ki, əksər vətəndaş cəmiyyəti təşkilatları ən bəsit internet hücumları qarşısında duruş gətirmək üçün elementar təlim və mənbələrdən məhrumdur.

Bundan əlavə, belə təşkilatlar bir qayda olaraq sosial şəbəkələrdə və elektron poçt vasitəsilə maarifləndirmə və təşviqatla inkişaf etdiklərindən özləri də bilmədən tez-tez siyasi motivli olmasa belə hücumlara məruz qalırlar. Ən kobud hadisə “Sərhədsiz reportyorlar” təşkilatının bilməyərəkdən Tibet fəallarından biri Dhondup Vanqşenin azadlığa buraxılmasını təşviq edən saxta “Facebook” səhifəsinə yönəlməsi idi. ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin keçmiş direktoru Dennis Bleyer son çıxışlarından birində deyirdi ki, Amerika kiberməkanda məxfi məlumatın həm özündən, həm də başqalarından oğurluğu məsələsində aqressiv olmalıdır.

Dəqiq anlayış

Burada qaldırdığımız məsələlərdən bir neçə nəzəri və siyasi nəticə çıxır. Əvvəla, fəaliyyət göstərdiyimiz kommunikasiya sahəsindəki mürəkkəbliyi daha dəqiq anlamağa ehtiyac var. Biz texnologiyanın birölçülü və anti-tarixi görünüşünün yalnız bir fırça ilə təsvir olunmasına skeptik yanaşmalıyıq. Kiberməkan daim dəyişən imkanlara özək, sosial güc və ideyalara isə məhdudiyyətlər yaradan intensiv rəqabət məkanıdır. Əgər yaxın gələcəkdə kiberməkanın xarakterində radikal dəyişiklik, qlobal mədəniyyətdə isə monolitlik olmasa, texnologiyanın azadlıq və nəzarət kimi vahid sosial ünsürlə birləşməsi böyük şübhə altında qalacaq.

İkincisi, biz mürəkkəb siyasi problemlərin həllində möcüzəli vasitə kimi təqdim olunan “azad” proqram təminatı və başqa texnologiyaları təqdir edən siyasətlə ehtiyatlı olmalıyıq. Əvvəllər interneti dövlətin əli çatmayan əsl demokratik arena sayırdılar. Bu fikri aydınlaşdıran misallar informasiyaya çatımlığı filtrasiya etmək üçün göstərilən sərt səylərlə bağlıdır, halbuki bunun daha asan yolları var. Bu da axırda dövlətin guya internetdə senzuraya birdəfəlik son qoyacaq qabaqlayıcı proqramlar və texnoloji “gümüş güllələri” maliyyələşdirməsinə aparıb çıxardı. Bu sadə fikir ümumi dəyərləri manipulyasiya etməkdən ötrü işə salınmış daha vacib və güclü nəzarətləri diqqətdən yayındırır.

Azadlıq və demokratiya sosial baxımdan mübahisəli anlayışlardır, elə ona görə də siyasi və sosial vasitələrlə qorunmalıdır. Texnoloji layihələr lazımi qədər dəstəklənsə də, onlara məsələnin tam həlli variantı kimi yox, ümumi strategiyanın bir əlavəsi olaraq baxmaq lazımdır. Bu gün kiberməkanı başına almış söz və məlumat azadlığı, məxfiliyin qorunması və digər insan haqları uğrunda mübarizə məsələləri köklü fikir ayrılıqlarına gətirən siyasi problemlər törədir. Nə qədər unikal olsa da, yeni kompüter proqramları bu problemlərin öhdəsindən gələ bilməyəcək.

Üçüncüsü, biz kiberməkanın tənzimlənməməsi, ya da tənzimlənməyə tabe olmaması fikrindən uzaqlaşmalıyıq. Heç bir şey həqiqətdən uzağa gedə bilməz. İstənilən halda kiberməkan onun şəffaflığını və məsuliyyətini azaldan şəkildə və onun xarakterini formalaşdıracaq qərarlar verən çoxlu subyekt tərəfindən həddini aşma dərəcəsində tənzimlənir. Məsələ onda deyil ki, kiberməkan tənzimlənməlidir, yoxsa yox, məsələ onu necə etməkdədir, özü də hansı dəyərlər, mühit və hansı subyektlər tərəfindən. Kiberməkan ictimai diskussiyanın nəticəsində olmaqdan daha çox özəl sektorun qəbul etdiyi qərarlar əsasında qaranlıq mühitdə tənzimlənir. Kiberməkanın özəlləşdirilməsi və təhlükəsizləşdirilməsi ənənəsi davam etdikcə bu problemlər bir az da çoxalacaq ki, azalmayacaq, hətta kəskinləşəcək.

Nəhayət, kiberməkanı səmərəli idarə etməkdən ötrü internetin orta statistik istifadəçiyə görünməyən üst qatlarında baş verənlərin üstünü açmaq lazımdır. Bu gün əsas məhdudiyyətlər də, seçim də məhz orada öz işini görməkdədir və əgər İnternetdə insan haqları müdafiə olunmalıdırsa, onda birinci onların kökünü qazıb çıxarmaq lazımdır. Bu yeraltı nəzarətin texnologiyaya heç bir dəxli yoxdur və kommunikasiya sahəsinin mürəkkəb təbiəti ilə bağlıdır. Yeni texnologiya icad etsək belə əhəmiyyətli dəyişiklik bir gecənin içində baş verməyəcək. Əksinə, bu, liberal demokratik məhdudiyyətləri gerçəkləşdirən, ixtiraçılığı məhsuldar məcraya yönəldən və maarifləndirməni gücləndirən yavaş proses tələb edəcək.

Ronald DEYBERT
Rafal ROQOZİNSKİ

Siyasi elmlər üzrə professor Ronald Deybert Toronto Universitetinin Munk Qlobal Münasibətlər Məktəbi nəzdindəki Citizen Lab şöbəsinin direktorudur.

Rafal Roqozinski Kembric Təhlükəsizlik Proqramının Çağdaş Şəbəkə Araşdırmaları Qrupunun keçmiş direktoru, SecDev qrupunun rəhbəridir.


“Toplum” jurnalı, Qış, 2011
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir