Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Analiz
print

HƏRB və İNFORMASİYA: DÜNYADA NECƏDİR, BİZDƏ NECƏ?

2011-02-18 - 13:17:00

Cəsur SÜMƏRİNLİ
Doktrina” Jurnalistlərin
Hərbi Araşdırmalar
Mərkəzinin sədri

Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərin mediada işıqlandırılması vəziyyəti daim müzakirə olunan məsələlərdəndir. Ölkənin Ermənistanla müharibə şəraitində olması, torpaqların işğalı bu istiqamətdə müəyyən problemlər və məhdudiyyətlər yaratsa da, irəliləyişlər nəzərə çarpır.

Xüsusilə də 2005-ci ilin may ayında Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa Dair Əməliyyat Planı (İPAP) imzalandıqdan sonra ordu islahatlarının kütləvi informasiya vasitələrində işıqlandırılması daha intensiv hal aldı. Bu da həmin sənədin mahiyyətindən irəli gəlirdi. Əvvəllər media hərbi islahatların işıqlandırılması prosesində informasiya mənbəyi problemi ilə üzləşirdi. İPAP isə yeni informasiya cığırı açdı: NATO ekspertləri, Qərb mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrində islahatlar prosesi ilə bağlı geniş və aktiv müzakirəyə start verdilər.

İPAP çərçivəsində mövcud öhdəliklər sırasında güc strukturlarının informasiya siyasətinin gücləndirilməsinə dair çoxsaylı müddəalar yer alır. Sənədə görə, güc strukturları KİV-ə silahlı qüvvələrdə həyata keçirilən islahatlarla bağlı mütəmadi olaraq məlumatların ötürülməsi prosesinə dəstək verməlidirlər. Sözsüz ki, bu məqamlar Azərbaycan mediasının işinə yarayır.

Araşdırmalar göstərir ki, NATO ölkələrində və alyansa tərəfdaş ölkələrdə medianın silahlı qüvvələrdə bir sıra proseslərin işıqlandırılması hədəfi var. Ordunun quruculuq strategiyası, güc strukturlarında baş verən proseslər və hərbi qulluqçuların xidmət şəraiti, orduda insan haqlarının qorunması sahəsində baş verən proseslər, müdafiə xərclərinin şəffaflığı, parlament və ictimaiyyət qarşısında hesabatlılıq problemləri, hərbi çağırışçıların (müqaviləli heyətin) hüquqlarının müdafiəsi problemləri və s. bu hədəflər sırasındadır.

NATO-da ümumilikdə mövcud olan islahatlar fəlsəfəsinə görə, medianın islahatlar prosesində rolu çox mühümdür. Birincisi, media həyata keçirilən islahatlara cəmiyyətin dəstəyini təşkil etmək gücünə malikdir. İkincisi, mediadan yaxşı effektiv monitorinq qurumu hələlik tapılmayıb. Alyans ölkələrində hərbi-siyasi rəhbərlik silahlı qüvvələrdə baş verən problemlərin aşkarlanması və çıxış yolunun araşdırılaraq ortaya çıxarılması istiqamətində medianın xüsusi fəallığına ümid bəsləyirlər və buna dəstək verirlər.

Medianın daha bir vacib əhəmiyyəti ordu quruculuğuna dair ictimai fikir və rəylərin, baxışların icmal şəklinə salınması qabiliyyətinə malik olmasındadır. NATO ölkələrində hərbi islahatlar prosesi daim medianın müzakirəsinə çıxarılır və bu prosesə cəmiyyətin, ayrı-ayrı ekspertlərin və mütəxəssislərin baxışları öyrənilir və sonradan onlardan istifadə olunur. Bu proses milli hərb elminin inkişafı üçün də əsas prioritetlərdən hesab olunur.

Mətbuat həmçinin hərbi qanunvericiliyin monitorinqinin həyata keçirilməsi prosesində də ciddi rola malikdir. Media daim axtarışdadır - dünya ölkələrinin hərbi qanunvericilik təşəbbüsü öyrənilir və bunun milli ordulara tətbiqi yolları araşdırılır, sonda isə müdafiə və təhlükəsizlik sahəsinə uyğun gələn qanunvericilik məqamları toplanaraq cəmiyyətin, ən sonda isə parlamentin müzakirəsinə çıxarılır.

ABŞ-da silahlı qüvvələrdə islahatlar prosesinin mediada işıqlandırılması qaydalarının daim təkmilləşdirilməsi və “daha çox açıq olmaq” siyasətinin yürüdülməsi güc strukturlarının, xüsusilə də Pentaqonun dəyişməz hərbi-siyasi prioritetləri sırasındadır. “Hadisə varsa, məlumatı birinci sən yay, yoxsa başqası yayacaq. Başqasının bu informasiyanı yayıb qazanmağındansa sənin yayıb uduzmağın daha faydalıdır və bu, sənin təhlükəsizliyinə az ziyan gətirəcək”. Bu yanaşma ABŞ-da hərbi informasiya siyasətinin əsas şüarlarından biridir.

Pentaqonun fəaliyyətini işıqlandıran Amerika mətbuatının əhəmiyyətli hissəsi müxtəlif ictimai təşkilatlara məxsusdur. Həmin təşkilatlar bu nəşrləri öz vəsaitləri hesabına maliyyələşdirir. Bu gün ABŞ Müdafiə Nazirliyinin hərbi mətbuatın idarə edilməsi orqanlarının fəaliyyətinə dair çoxlu təlimatları, direktivləri, nizamnamələri mövcuddur. Bu istiqamətdə aparıcı rol Pentaqonun ictimaiyyətlə əlaqələr şöbəsinə verilib. Onun başlıca məqsədi mülki və hərbi auditoriyaya istiqamətlənmiş informasiya siyasətini həyata keçirməkdir. Bu, ABŞ Silahlı Qüvvələrinə müsbət münasibətin formalaşdırılması məqsədilə həyata keçirilir.

NATO sıralarına qatılmaq niyyətində olan Gürcüstanda KİV-in daimi məlumatlandırılması siyasəti prioritetdir. Gürcüstanın Avroatlantik İnteqrasiya Nazirliyi yanında yaradılmış şuraya həm də KİV-lər daxildir. Bu şura müdafiə və təhlükısizlik sektorunda həyata keçirilən islahatları daxil olmaqla ümumilikdə Gürcüstanın NATO-ya inteqrasiyasını nəzarətdə saxlayır.

Son 12 il ərzində Gürcüstanda güc strukturları ilə KİV-lər arasında konstruktiv münasibətlər yaranıb. Gürcüstanda jurnalistlərin hər şeyin yaxşı olduğunu yazmaq barədə öhdəlikləri yoxdur, problemlər barədə yazmaq, sadəcə, nüfuzu artırır. Hərbçilərin jurnalistləri məhkəməyə verməsi ənənəsi yoxdur. Sadəcə olaraq onlara iradlar tutulur.

Müdafiə Nazirliyinin 2004-cü ildən bəri hərbi saytı var. Nazirlikdə 2007-ci ildə ictimai əlaqələr departamenti yaradılıb. Bu nazirlik həm müxalif mövqeli, həm də hakimiyyətyönlü KİV-lə işləyir. İki həftədən bir nazir və onun müavinləri səviyyəsində mətbuat konfransları keçirilir. Jurnalistlərin hərbi hissələrə səfərlərinə məhdudiyyət yoxdur. 2007-ci ildə Gürcüstanın 600 milyonluq hərbi büdcəsinin 7,8 milyon dolları informasiya texnologiyaları sisteminin inkişafına xərclənib.

Hərbi təşkilat üzərində ictimai nəzarətin gerçəkləşməsində müəyyən təcrübə əsasən Ukraynada mövcuddur. MDB ölkələri içərisində yeganə olaraq Ukraynada güc strukturları üzərində ictimai nəzarət haqqında qanun var. 2003-cü ildə Ukrayna Ali Radasında “Dövlətin hərbi təşkilatları və hüquq mühafizə orqanları üzərində demokratik mülki nəzarət haqqında” qanun qəbul edilib. Qanuna görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə naziri və digər rəhbər postlarına, eləcə də hüquq mühafizə orqanlarının rəhbərliyinə mülki şəxslər təyin edilə bilər. Silahlı qüvvələrdə və hüquq mühafizə orqanlarında insan haqlarına nəzarət etmək üçün Ukrayna parlamentinin hərbi qulluqçuların hüquqlarını müdafiə məsələləri üzrə təmsilçisi vəzifəsi yaradılıb.

Müşahidələr göstərir ki, mediada hərbi informasiyaların yayılmasına məhdudiyyət qoyulması bir sıra hədəflər güdür. Bu sırada hərbi sektorda şəxsi maraqların qorunması, korrupsiya və rüşvət hallarının gizlədilməsi, bir sıra generalların vəzifə maraqlarının qorunması, silahlı qüvvələrin hərbi qulluqçularının basqı altında saxlanması, ordunun seçki prosesində azad və demokratik səsverməsinə imkan verməmək, silahlı qüvvələrin daxili sabitliyin qorunmasında rolunu möhkəmləndirmək və s. hədəflər yer alır.

Təəssüf ki, Azərbaycan da bir sıra istiqamətlər üzrə bu kateqoriyaya aid olan dövlətlərdəndir. Azərbaycanın kütləvi informasiya vasitələrinin güc strukturları ilə münasibətlərində çoxsaylı problemlər qalmaqda davam edir. Hərbi sahədə məlumat əldə etmək mədəniyyətinin inkişafına, informasiya azadlığının təmin olunmasına dəlalət edəcək mövcud qanunvericilk aktları qənaətbəxş hesab edilmir.

Güc strukturlarında cəmiyyətlə, xüsusilə KİV-lə əlaqələr üzrə xüsusi mexanizmlər hələ də işlənilməyib. Güc strukturlarının bir çoxunun, xüsusilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifələri hələ də yaradılmayıb. KİV bu qurumların internet səhifələrindən yararlanmaq hüququndan məhrum olub.

Güc strukturlarının, xüsusilə Müdafiə Nazirliyinin yüksək rəhbər vəzifəlilərinin mətbuatla təmasa girməkdən çəkinməsi problem xarakteri daşıyır. Müdafiə Nazirliyi KİV-lə əlaqələrində yalnız bir rəsmi mənbəni - mətbuat xidmətini təqdim edir ki, bu da əksər hallarda bir çox jurnalistlərin spesifik sahələrdə məlumatsız qalmasına səbəb olur.

Azərbaycanın güc strukturlarının rəsmi mətbuat orqanlarının təkmilləşdirilməsi istiqamətində problemlər qalmaqdadır. Beynəlxalq təşkilatlarla, xüsusilə orduda həyata keçirilən islahatları diqqət mərkəzində saxlayan NATO ilə əməkdaşlığı çərçivəsində imzalanmış sənədlər KİV-dən qapalı saxlanılır. Hələ də bir çox hərbi məmurlar "dövlət sirri" ilə "informasiya əldə etmək hüququ" anlayışlarının mahiyyətini anlamır, yaxud anlamaq istəmirlər. Bu sahədə mövcud qanunlar çox "dişsiz"dir.


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir