Xəbərlər

POLİS GENERAL-MAYORU MİRQAFAR SEYİDOV: “TERRORÇUDURLAR, DANIŞIRLAR DA”

2011-01-28 - 14:51:00

Mirqafar Seyidov

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov yanvarın 28-də “Media forum” saytına açıqlama verib.

Polis general-mayoru Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən kütləvi qətllə bağlı təqsirli bilinən Nadir Əliyevin Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə dediklərinə münasibət bildirib: “Azərbaycan Dövlət Neft Akademiyasında törədilən kütləvi qətlə görə həbs olunanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqları dövrdə müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dəfələrlə görüşüblər, sorğu-sual ediliblər. Əgər belə bir məsələ, şikayətləri vardısa, niyə burada saxlandıqları müddətdə QHT-lərə müraciət etmirdilər? Qəti formada bildirirəm ki, hər hansı işgəncə halı olmayıb”.

Hazırda Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu il aprelin 30-da törədilmiş qırğında təqsirli bilinən şəxslərin şikayətinə baxılır. Təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Nadir Əliyev 2011-ci il yanvarın 26-da keçirilən prosesdə bildirib ki, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Məndən ifadəni işgəncələr altında alıblar. Bu ifadələrin alınması üçün məni göydən asıblar. Üç gün məni döyüblər, Fərda Qədirovun silahı hardan aldığını soruşublar. “Bilmirəm” deyəndə məni döyüblər. Axırda məcbur olub Fərda Qədirovun silahı Bakıdan aldığını demişəm. Üç gün məni Bakıda olan ovçular mağazalarını gəzdirdilər. Sonradan sübut etdilər ki, Fərda Qədirov silahı Gürcüstandan alıb.

Dövlət Neft Akademiyasının yaxınlığında olmağım barədə ifadəni də məndən göydən asılı vəziyyətdə alıblar. Məni asmaqla, işgəncə verməklə ürəkləri soyumadı. Cinsiyyət orqanlarımı toka verdilər. Namusuma toxunublar, məni butulka üstündə otuzdurub ifadə alıblar. Dözə bilmədim, onların mənim adıma yazdığı ifadəyə qol çəkdim. Bunları da “Bandotdel”də Teyyub, Müzəffər adlı şəxslər edib”.

Yanvarın 28-də “Media forum” saytına danışan Mirqafar Seyidov bildirib ki, həmin şəxslər istintaq zamanı könüllü formada ifadə veriblər: “Onlardan təzyiq altında ifadə alınmayıb. Burada hər hansı işgəncə, təzyiq, pis rəftar halları olmayıb, ola da bilməz. Bu mümkün deyil. Mən bu məsələlərə başımla cavab verirəm. Terrorçudurlar, danışırlar da. Onlara hər hansı işgəncə verilməyib”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-08Manat
1 Avro0.964
1 ABŞ dolları0.7845
1 Rusiya rublu0.0149
1 Türk lirəsi0.3472

Hava proqnozu

Arxiv

Səsvermə

Hansı ali məktəb daha yaxşı təhsil verir?
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Tibb Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Dillər Universiteti
Bakı Musiqi Akademiyası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Dövlət İdarəçilik Akademiyası
ADA Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Ali Hərbi Məktəbi
Qərb Universiteti
Qafqaz Universiteti
Xəzər Universiteti
Bakı İslam Universiteti
Başqa ali məktəb
        Rambler's Top100