Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Monitorinq
print

DAŞQINDAN 7 AY SONRA

2010-12-24 - 11:11:00

Oqtay GÜLALIYEV
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru

Mayda baş verən Kür daşqınlarından 7 aydan artıq vaxt keçir. O zaman dövlət başçısı, hökümət rəsmiləri oktyabr ayına kimi fəlakətin nəticələrinin aradan qaldırılacağını, təsirə məruz qalmış insanlara dəyən ziyanın ödəniləcəyini, “Kür qaçqınlarının” evlə təmin olunacaqlarını, onların digər sosial problemlərinin həll olunacağını bildirmişdilər. Amma təəssüf ki, vədlər özünü doğrultmadı.

Fəlakətlə bağlı yaradılmış hökumət komissiyasının verdiyi məlumata görə, Kür daşqınları nəticəsində ölkənin 40-a yaxın rayonunda 20 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura böyük həcmdə ziyan dəyib. Bildirilib ki, bərpası mümkün olmayan 3205 fərdi yaşayış evinin tikilməsinə, 3222 fərdi yaşayış evinin cari təmir edilməsinə, 700 fərdi yaşayış evində isə bərpa-gücləndirilmə işlərinin aparılmasına ehtiyac var. Təəssüf ki, hökumət komissiyası bu günə qədər ictimaiyyətə yeni inşa olunan, təmir və bərpa edilən evlərin sayı, eləcə də daşqınların təsirinə məruz qalmış nə qədər insana, hansı həcmdə kompensasiya ödənilməsi barədə heç bir məlumat verməyib.

Görülən işlərə gəlincə, Kür daşqınlarının təsirinə məruz qalmış insanlar üçün 2 qəsəbə salınıb. Bunlar İmişlinin Telişli və Allahmədətli kənd sakinləri üçün 104 , Saatlının Novruzlu kənd sakinləri üçün 178 fərdi yaşayış evindən ibarət eyni adlı yeni qəsəbələrdir. Hər iki qəsəbənin salınması üçün xərclənən ümumi vəsait, eləcə də 2 otaqlı, 3 otaqlı və 4 otaqlı hər bir evin tikilməsi üçün ayrılan vəsaitin həcmi, tikinti işlərini həyata keçirən şirkətlər, onların seçilmə proseduru (tenderlərin keçirilməsi) barədə də heç bir məlumat verilməyib.

Eyni zamanda ayrı-ayrı kəndlərdə fərdi yaşayış evləri tikilib, müxtəlif insanlara kompensasiyalar verilib. Təəssüf ki, ayrılan xərclər, bu evləri tikən şirkətlər, eləcə də daşqınların təsirinə məruz qalan insanlara verilən kompensasiyaların həcmi və təyinatı, kompensasiya alanların sayı, kimliyi barədə məlumat almaq mümkün olmayıb.

“Kür qaçqınları” üçün tikintisinə 2010-cu ilin avqust-sentyabr aylarında start verilən Allahmədətli (İmişli) və Yeni Novruzlu (Saatlı) qəsəbələrinin açılışı 7 noyabr parlament seçkisindən bir neçə gün öncə həyata keçirilib. Hər iki qəsəbənin açılışında dövlət başçısı iştirak edib. Amma maraqlıdır ki, Novruzlu kənd sakinləri üçün salınmış qəsəbədə bu gün bir nəfər də olsun insan yaşamır. Bunun səbəbi odur ki, yaşayış qəsəbəsi hələ hazır deyil.

Digər tərəfdən Novruzlu kəndinin bəzi insanları otaqlarının darısqal, həyətyanı sahəsinin az olmasını (cəmi 8-12 sot), dolanışıq üçün imkanların məhdud olduğunu nəzərə alaraq yeni qəsəbəyə köçmək istəmirlər. Sakinlər bildirirlər ki, onlar əkin- biçinlə, mal-qara ilə dolanan insanlardır. 12 sotluq həyətyanı təsərrüfatda hansı əkin- biçindən, maldarlıqdan danışmaq olar?

İmişlinin Allahmədətli kəndində isə vəziyyət daha dözülməzdir. Bizimlə söhbət zamanı kənd sakini Surxay Quliyev bildirdi ki, onun 14 nəfərlik ailəsinin yarısı yeni evdə, yarısı isə qamışdan, şiferdən düzəldilmiş uçuq evdə yaşayır. Evlərdə istilik sistemi olmadığından insanların böyük bir qismi yeni qəsəbəyə köçmək istəmir. Yeni qəsəbədə qazlaşdırma, istilik sistemi olmadığından şəhərciyə köçmüş az saylı insanlar əlavə problem yaşayırlar.

Ən acınacaqlı vəziyyətlə Hacıqabul rayonun Meyniman kəndində rastlaşdıq. Həyat yoldaşı Qarabağ savaşında şəhid olmuş Göyərçin Quliyevanın yaşadığı “bina”nın (əgər buna bina demək mümkündürsə) bir otağında heyvanlar, digərində isə o, 2 az yaşlı övladı ilə qalır. Arakəsmə açıq qapıdır ki, buranı da ot presi ilə “hörüblər”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mənzərəni videolentə köçürərkən ot presinin arasından iri siçovullar qaçmağa başladı.

Meyniman sakinlərinin verdiyi məlumata görə, evlərin yarısı su altında qalıb. 130-dan artıq ev qəzalı vəziyyətdədir. Həmin evlərin hamısının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulsa da, bu günə qədər cəmi 36 yeni fərdi yaşayış evi tikilib. Qalan evlərin nə zaman tikiləcəyi heç kimə bəlli deyil.

Oktyabr ayından başlayaraq Kür çayının Xəzər dənizinə tökülən hissəsində lillənmə sürətlə artmağa başlayıb. Buna səbəb ərazidə liltəmizləmə gəmilərinin öz işlərini qeyri-müəyyən vaxta qədər dayandırmaları ilə bağlıdır. Lilsoran “İnam” gəmisindən verilən məlumata görə, təmizləmə işləri sentyabr ayından dayandırılıb, buna səbəb deltada işləyən briqada ilə müqavilənin başa çatmasıdır. Yeni müqavilə imzalanmadığından işlər dayandırılıb. Kürün Neftçala hissəsində lillənmə o qədər artıb ki, çayın dərinliyi 30 sm qalıb. Bu isə o deməkdir ki, yaxın zamanlarda Kürün lildən təmizlənməsi işi bərpa edilməsə, yeni daşqınlar qaçılmazdır. Hazırda heç bir dövlət strukturu yeni fəlakətlərin baş verməsi ehtimalı ilə bağlı hər hansı narahatlıq keçirmirlər.

Nazirlər Kabinetinin sərəncamı ilə Sarısu gölü ətrafında olan dağılmış torpaq bəndlərinin bərpası və yenidən qurulması üçün 17,7 milyon manat, digər ərazilərdə isə sel sularından dağılmış torpaq bəndlərinin bərpası və yenidən qurulması üçün 9,2 milyon manat pul ayrılıb. Hazırda nəzərdə tutulan bənd vurma işləri həyata keçirilsə də, bu işlərin keyfiyyətli və etibarlı aparılması üçün ayrılan vəsaitlərə uyğun addımlar atılmır. Ucuz və keyfiyyətsiz iş metodlarından istifadə olunur. Belə ki, bənd vurmaq üçün Kür boyunca yaxın ərazilərdə yerləşmiş Tuqay meşələrindən gətirilmiş münbit torpaqlardan istifadə olunur. Münbit torpaqlardan qurulmuş bəndlər zəif və etibarsızdır, digər tərəfdən də bu, təbiətə böyük ziyan vurur. Belə ki, Tuqay meşələrindən torpaqlar daşınarkən həm ağaclar qırılır, həm də torpağın üst qatı məhv edilir. Eyni zamanda meşənin flora və fauna balansı pozulur.

Sentyabr ayından başlayaraq “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı daşqınların baş verdiyi bölgələrdə ictimai rəy sorğusu keçirib. Bir neçə gün öncə yekunlaşan sorğunun nəticələri ürək açan deyil. Belə ki, rəyi soruşulanların 78%-i daşqınlar nəticəsində dəymiş ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində hökumət komissiyasının fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Sorğuda iştirak edənlərin 88%- i onlara verilən kompensasiyanın həcmindən narazı olduqlarını bildirirlər.

P.S. Yazı hazırlanarkən Meyniman kəndində yaşayan şəhid ailəsindən xəbər verdilər ki, səfərimizdən bir neçə gün sonra onlar üçün 2 otaqlı fərdi yaşayış evinin tikintisinə başlayıblar. Xəbərə sevindik, həm də bu xəbər səfər boyu və səfərdən sonra bizi sevindirən yeganə hadisə oldu...


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir