|


|
 |
Müzakirə
SEÇKİ LƏTİFƏLƏRİ
2010-10-05 - 11:16:00
Lətifəsi bu seçkidən uzaq, amma bizim seçkilərdən qanqaralıq əskik olmadığı kimi, lətifələr də heç vaxt əskik olmayıb. Hansısa məntəqə seçki komissiyası sədrinin, bazburudlu bir kişinin səsvermə gününün axşamı özünü seçki qutusunun üstünə atıb, Allaha-peyğəmbərə, balalarının canına and verib komissiya üzvlərindən qutunu açmamağı xahiş eləməsi həm komediya, həm də tragikomediyadır. Bu cür hadisələri indiyədək lətifə kimi danışanlar var.
“Media forum” saytı seçki lətifələrinə və bu lətifələrin müzakirəsinə meydan vermək qərarına gəlib. Bu məqsədlə saytın “Müzakirə” bölməsində “Seçki lətifələri” müzakirəyə qoyulur. Hər bir oxucu bildiyi, eşitdiyi, şahidi olduğu seçki lətifəsini danışa və ya başqalarının yazdığı lətifəni müzakirə edə bilər.
“Media forum” saytı şübhə etmir ki, oxucular seçki lətifələrini yazarkən ayrı-ayrı vətəndaşların şərəf və ləyaqətinə sayğı göstərəcək, bu yumor meydanında kimlərinsə aşağılanmasına rəvac verməyəcəklər.
İlk üç lətifəni də elə “Media forum”çular yazır.
"Media forum"
Müzakirə başa çatıb.
| | Şərhlər 1-20 (Cəmi 22) | növbəti  | | Ad: Anonim | Məkan: Baki | 2010-11-10 02:00:19 | | 2010 parlament seckileri sonrasi qerbin yekun reyi_yene oz bildiyivizi elediz da)))))))))))) |
| | Ad: FUAD | Məkan: BAKİ | 2010-11-08 14:53:23 | | SAĞ OLUN DEPUTATLAR! SİZ XALGA QALİB GƏLDİZ! |
| | Ad: samir | Məkan: sami | 2010-11-07 16:24:38 | | fuad muradov yek necesen fuad muallim ne var ne yox |
| | Ad: vusal LENBERANLI | Məkan: BERDE | 2010-10-31 14:02:51 | | BERDEDE 2008-CI IL SECKILERINDE MENTEQENIN BIRINE UKRATOR YAP-CI BIR BANK MUDURUNU TEYIN EDIRLER.AXSAM SESLER VE ISTIRAKCILARIN ISTIRAK FAIZI HESABLANANDA HEMIN UKRATOR ICERI GIREREK BILDIRIRKI CENAB PREZDENTE SESLER 100 FAIZ CIXMALI ISTIRAKCILARIN SAYI 100 FAIZ OLMALI.NEDENINI SORUSDUQDA BILDIRIBKI BURA MENE TAPSIRILIB LAZIMDIRSA BIR AZDA PUL XERCLEYIM ANCAQ MEN DEYEN OLSUN.CUNKI QOY YUXARIDA HORMETIM ARTSIN ADIM CIXSIN. |
| | Ad: Samir Əliyev | Məkan: Bakı | 2010-10-23 10:46:29 | Tülkü ağzında pendir olan qarğaya yaxınlaşır və soruşur?
- Qarğa, YAP-ın namizədlərinə səs verəcəksən?
Qarğa susur.
Tülkü:
- Qarğa, xahiş edirəm. Sualıma cavab ver. Bilmək istəyirəm YAP-ın namizədlərinə səs verəcəksən, ya yox?
Qarğa yenə susur.
Tülkü:
- Bu qədər kinli olma, heç olmazsa bir sualıma cavab ver. Sən YAP-ın namizədlərinə səs verəcəksən?
Qarğa:
Hə-ə-ə-ə-ə-ə-ə-ə-ə-ə
Pendir qarğanın ağzında düşür. Tülkü onu göydəcə qapır və qaçır
Qarğa:
Guya, yox desəydim nəsə dəyişəsi idi? |
| | Ad: elman | Məkan: baki | 2010-10-11 18:32:13 | 07. noyabr 2010-cu il.
azerbaycanda parlament sekcileridir.
xalq ozune deputat sekir. HA HA HA
bundan boyuk sekci letifesi???? |
| | Ad: Əhməd | Məkan: Almaniya | 2010-10-07 18:23:22 | 1998-ci ilin prezident seçkisi. Şəmkirdə yerləşən hərbi hissələrdən birində səsverməyə hazırlıq gedir. Hərbi hissə komandiri səsvermədən bir gün əvəl bütün zabit və əsgərləri sıraya düzüb deyir:
-Bilirsiz də sabah seçkidir. Kimə səs vermək lazımdır?
Heç kimdən səs çıxmır.
Komandir davam edir:
- Təbii ki,ali baş komandana, prezidentimizə. (Heydər Əliyevi nəzərdə tutur)
Komandir dövlətçilikdən və sairdən bir xeyli də danışandan sonra hamı dağılır. Komandirlə yola getməyən əsgərlərdən bir yoldaşlarında deyir ki, acığa onun dediyini etməyəcəm və Etibar Məmmədova səs verəcəm.
Sabahı gün səsvermə olur. Əsgər dediyini edir və Etibar Məmmədova səs verdiyini dostlarına da söyləyir.
Seçki qurtarır. Lakin komandir Etibar Məmmədova səs verən əsgəri bir həftə axtarır. Bunun üçün əsgərləri çağırıb bir kağıza seçki bülleteniə qoyulan işarədən yazdırırlar. Lakin bunun da bir nəticəsi olmur.
Çünki həmin əsgər yoldaşlarına deyir ki, seçki büllüteninə işarəni sol əli ilə yazıb. Bu isə komandirin ağlına gəlməyən variant olur.
|
| | Ad: Seyid | Məkan: Bakı | 2010-10-07 14:39:09 | | Tanışlarımdan bir resmi işde işlediyi üçün YAP-a üzv yazılmışdı. O hem de Seçki Komissiyasında bu partiyanı temsil edirdi. Amma Etibar Memmedova reğbet edenlerden idi. 1998-ci il prezident seçkilerinde Komissiya sedri hemen tanışıma tapşırır ki imkan olan kimi 20-30 bülüteni brden qutuya salsın. Tebii ki Heyder Eliyevin xeyrine. Hemin qohumum da bundan istifade ederek bülütenleri Etibar Memmedovun lehine işareleyerek qutuya salırmış. Hemin gün o menteqede Etibar Memmedov Heyder Eliyevi böyük ferqle üsteleyir. Tanışım deyirki Komissiya sedri bu meseleye gore ondan deyil basqa bir YAP üzvünden şübhelenib. |
| | Ad: Ləman | Məkan: Sumqayıt | 2010-10-07 14:15:48 | - Mən zarazat etməyi çox xoşlayıram. Biz, bax beləcə, öz həmkarlarımızla bir masa arxasına yığışıb elə hey zarafatlaşırıq...
- Siz harda işləyirsiz ki?
- Mən deputatam...
|
| | Ad: Fatimə Şərifova | Məkan: Bakı | 2010-10-07 12:34:55 | Jurnalistlər deputatlığa namizəddən soruşurlar:
- Siz nə məqsədlə namizədliyinizi irəli sürürsünüz?
- Siz görürsünüz ki, hakimiyyətdə nələr baş verir: məmurlar oğurluq edir, rüşvət alır!
- Siz bunların hamısına qarşı mübarizə aparmağa hazırlaşırsınız?
- Yox, nə danışırsınız? Mən bunların hamısında iştirak etmək istəyirəm!
|
| | Ad: Məlahət | Məkan: Bakı | 2010-10-07 12:18:59 | İki nəfər söhbətləşir:
- Bu namizədlər haqqında nə düşünürsən?
- Nə? Bizim bəxtimiz gətirib ki, bunlardan biri seçiləcək!
|
| | Ad: DSK nümayəndəsi | Məkan: Baki | 2010-10-06 12:26:25 | | Bu günlərdə 25 saylı Nizami İkinci Seçki Dairəsində Elxan Şükürlünün Rauf Arifoğlunun Seçki Məcəlləsini pozaraq vaxtından qabaq seçicilərlə görüş keçirməsi haqda şikayətinə baxılırmış. Faktlar ortaya qoyulduğundan işinin çətinə düşdüyünü görən Rauf Arifoğlu nümayəndəsinə tapşirır ki, elə edin, iclasın gedişində E.Şükürlü əsəbləşsin və onun səsini gizlicə yazın. İclasın gedişində R.Arifoğlunun nümayəndəsi ha çalışsa da, bir şey alınmır, sonda E.Şükürlünün ərizəsinə baxıb "bu şikayət YAP-ın qərargahında yazılıb" - deyir. Bayaqdan səbrini basıb gözləyən E.Şükürlü daha dözmür və ayağa qalxıb etirazını bildirir, qarşı tərəfi lənətləyir. Etirazını bildirərkən o, bunları da deyir: "Heç YAP-da mənim kimi yazı yazmağı bacaran var? Ola bilsin, onlar ərizənin mətnini məndən köçürüblər". R.Arifoğlunun nümayəndəsi tez DSK sədri Heydər Vəliyevə rəsmi müraciət edir ki, E.Şükürlü etirazını bildirərkən onu təhqir edib, bu səbəbdən də onun namizədliyi ləğv olunmalıdır. |
| | Ad: Usi-musi | Məkan: Seki-menteqesi | 2010-10-05 23:52:03 | 2003 il Prezident Seckileri zamani Nerimanov rayonu erazisindeki bir menteqede "Musavat ve AXCP" Partiyalarindan olan nezaretciler qutunun basinda nobe cekirler.Min cidd cehdle seffaf secki teleb edirler.Daire secki komissiyasinin sedrinin tezyiqi dusur ve tecili tibbi yardima muraciet edir. Sonda qutu acilir ve sesler sayilir.Neticede qutudan cixan bulletenlerde 95% Ilham Aliyeve verilen sesler cixir.Muxalif partiyanin numayendelerinin sesi cixmir ,pert olurlar.Birden biri qayidirki, dedim- o pulu goturek de neyine bes doyuldu...Evde usaqlar gozdeyir...Exxxxx...
(Imam ucun aglayanda Yezid ucun de aglamaq lazimdi)
P.S. Bu hadise heqiqeten olub. |
| | Ad: Xaqani | Məkan: Lənkəran | 2010-10-05 14:51:49 | | 2003-cü il prezident seçkilərində Etibar Məmmədovla Əli Kərimli Lənkərana gəlmişdilər. İcra Hakimiyyəti onların əleyhinə kampaniya apararaq xeyli adamı Həzi Aslanov bağına yığmışdı. Bizim kəndçimiz vardı İsmayıl adında. Bu dilsiz-ağızsız, nə baş verməsindən ümumiyyətlə xəbərsiz bir adam idi. Ona yekə bir şüar vermişdilər "Rədd olsun Etibar Məmmədov". Qısası. böyük qarşıdurmadan sonra admlar polsi sıxışdırdılar və mitinq-yürüşə çevrildi. İsmayıl da elə bilir ki bu adamların dalınca getmək lazımdı. Təsəvvür edin, müxalifətin mitinqi, İsmayıl da əlində "Rədd olsun Etibar" şüarı, özü də Etibar Məmmədovun tərəfdarlarını təkrarlaya-təkrarlaya “Etibar, Etibar” çığıraraq yürüşçülərə qoşulub gedir. Nəhayət, mitinq zamanı tribunadan (Etibar Məmmədovla Əli Kərimli də tribunadadır) baxıb "Rədd olsun Etibar" şüarını görüb təəccüblənirlər. İsmayılı tanıyanlar başa salırlar ki, şüarı daşıyan siyasətdən, seçkilərdən xəbərsiz bir insandı, şüarı ona icra hakimiyyətindən veriblər. Bunu biləndə hamı gülüşür... |
| | Ad: Protokol | Məkan: Seçki qutusu | 2010-10-05 13:47:55 | | Əslində Seçki qutularına və bülletenlərə heç vaxt Azərbaycanda ehtiyac olmayıb. Çünki hər şeyi protokollar həll edib. |
| | Ad: Lətafət | Məkan: Bakı | 2010-10-05 13:24:19 | Milli Məclisin iclası başlanır. Deputatlardan biri təklif irəli sürür:
- Gəlin xalqın arzularını həyata keçirək – onların əmək haqlarını verək!
Zaldakı digər millət vəkilləri narazılıqla: “Sən xalqın arzularını öldürmək istəyirsən?!
|
| | Ad: Samirə | Məkan: Bakı | 2010-10-05 13:14:56 | | Deputat evindən çıxaraq qarğanın qonduğu ağacın altında oturur. Qarğa budağın üstündən onun pencəyini batırır. Deputat fikirləşir: “Qəribədir... Seçki qurtarıb, piar isə hələ davam edir!!!”. |
| | Ad: Hazırcavab oxucu | Məkan: | 2010-10-05 13:13:06 | Hörmətli Mediaforum. Siz bizdən üç lətifə vermisiniz. Mən də sizdən bir lətifə verirəm. Aşağıdakı lətifə sizin saytdan götürülüb:
http://www.mediaforum.az/articles.php?article_id=20061013090619060&page=04〈=az
“1995-ci ilin parlament seçkisi də yadıma gəlir. Evdəkilərin də pasportunu götürmüşdüm. Bülletenləri alıb kabinəyə keçmək istəyəndə bir müşahidəçi başımın üstünü aldı. Məni cinayət başında yaxalamış o cəbhəçi oğlan “Azadlıq” qəzetində işlədiyimi biləndən, beş-altı nəfərin yerinə kimə səs verəcəyimə əmin olandan sonra kirimişcə qayıdıb yerində oturdu”. (Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri” kitabından). |
| | Ad: Surxay Sultan | Məkan: Bak | 2010-10-05 11:50:54 | Seçici
Seçki mövsümüdür, gözlərin aydın,
Sənin də zamanın yetər, seçici.
Elə ki, səs verdin, nöqtəni qoydun,
Hörmət-izzətin də bitər, seçici.
Axtarıb taparlar qarındaşları,
Olanlar, keçənlər yaddaşı sıxar.
Tökərlər qutuya qara daşları,
De indi oradan ağ daşmı çıxar?
Sanki mələkdir başda duranlar,
Bu da bir xəstəlik, olub keçici.
Sudan quru çıxır oyun quranlar,
Sonda günahkar sənsən seçici.
Fərqinə varmadan, eynə almadan
Vədləri yağdırarlar bəhsəbəhslə.
Səni insan kimi saya salmadan,
Sayırlar səsini necə həvəslə.
Sənsən Allahın da yadından çıxan,
Seçkidən-seçkiyə yada düşürsən,
Özgə dönəmlərdə əşya tək baxan,
Sənə əl uzadır… Sən görüşürsən.
Zamanın dumanlı ab-havasında,
Boz-bulanıq suda balıq tutursan.
Kreslo, sərvət, karyera davasında,
Vasitə olduğunu tez unudursan.
Pərdə arxasında oyunlar gedir,
Bu şirma deyilən, o pərdə deyil.
Sən hardan biləsən kimlər nə edir,
Bunlar həm sənlikdir, həm sənlik deyil.
Elə qurublar ki, bu sirli toru,
Oradan çıxmaq da çox müşkül işdi,
Gələn seçkiyədək özünü qoru,
Kim bilir, bəlkə də dövran dəyişdi.
Beş ildən beş ilə aldanıb gedən,
Vədləri salımmı yadına sənin?
Sən səs verənsən, bilmirəm nədən,
Seçici deyirlər adına sənin.
Seçki mövsümüdür, gözlərin aydın,
Sənin də zamanın yetər, seçici.
Elə ki, səs verdin, nöqtəni qoydun,
Hörmət-izzətin də bitər, seçici.
|
| | Ad: Mediaforum.az | Məkan: Bakı | 2010-10-05 11:09:33 | Müxtəlif seçkilərdə Gəncədəki məntəqələrin birində bəzən müşahidəçi, bəzən komissiya üzvü kimi müxalifəti təmsil etmiş şəxslərdən biri 2010-cu ilin parlament seçkisində həmin məntəqənin yerləşdiyi seçki dairəsindən deputatlığa namizəd olmaq qərarına gəlir. O, sənədlərini verməyə gedəndə yaxşı tanıdığı məntəqə seçki komissiyasının üzvünə deyir:
- Neçə ildir bir-birimizi tanıyırıq. Səni and verirəm Allaha, atanın goruna, bu dəfə saxtakarlıq eləmə, qutuya bülleten atma.
Komissiya üzvü cavab verir:
- Atamın qoruna and olsun, əlim öyrəşib, qutuya bülleten atmasam, dayana bilmirəm. Amma söz verirəm ki, bu dəfə qutuya sənin xeyrinə bülleten atacam. |
| | | Şərhlər 1-20 (Cəmi 22) | növbəti  |
|
 |
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
“DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur.
O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər
ardı >>>
BAĞIŞLAMASA YAXŞIDIR2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU
Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi
ardı >>>
ƏQL və DİN2012-05-10 - 13:08:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Əql və din münasibətlər
ardı >>>
|