İdman

“ŞUŞA-09” FUTBOL KLUBUNUN PREZİDENTİ: “ƏN BÖYÜK ARZUMUZ RƏQİBLƏRİMİZİ ŞUŞADA QƏBUL ETMƏKDİR”

2010-09-01 - 13:20:00

2010-2011 mövsümündən Azərbaycanın milli futbol çempionatının I Divizionunda yeni komanda – “Şuşa-09” mübarizə aparacaq. İşğal altında olan şəhəri təmsil edən futbol klubu ötən ilin iyununda təsis olunub və bu ildən aşağı liqada oynamaq hüququ qazanıb.

“Şuşa-09”un təsisçisi, klubun prezidenti Azəri Hüseynov “Media forum” saytına açıqlamasında deyib ki, komandanın sükanı arxasında məşqçilər şurası dayanacaq. Klubun prezidenti kimi məşqçilər şurasının üzvləri də şuşalılardır – Əvəz Məmmədov və Əbilqasım Novruzov.

Azəri Hüseynov klubla müqavilə bağlamış 25 oyunçudan 6-7 nəfərinin Şuşadan olduğunu vurğulayıb: “Heyətimizdə biri iranlı, digəri türkiyəli olan iki legioner də yer alır”.

Komandanın müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşir, klub ev oyunlarını da orada keçirəcək. Azəri Hüseynovun sözlərinə görə, gələn mövsüm üçün komandaya yeni stadion tikmək nəzərdə tutulur: “Ən böyük arzumuz isə rəqiblərimizi Şuşada qəbul etməkdir”.

“Hədəfləriniz nədir” sualını prezident belə cavablayıb: “İlk mövsümdə komandanı tam komplektləşdirmək, təcrübə toplamaq məqsədi qoymuşuq. İnşallah, gələn mövsümdən yüksək liqaya çıxmaq uğrunda mübarizə aparacağıq”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

Sizcə, toya neçə qonaq dəvət olunsa yaxşıdır?
100-150 nəfər
200-250 nəfər
300-350 nəfər
350 nəfərdən çox
        Rambler's Top100