|


|
 |
Müzakirə
JURNALİSTLƏRİN EV MƏSƏLƏSİ
2010-08-16 - 10:17:00
“Media forum” saytı yeni müzakirəyə başlayır. Hansı jurnalistlərə ev verilməlidir? Konkret ad çəkə bilərsinizmi? Müstəqil və müxalifyönlü jurnalistlərə də ev veriləcəyinə inanırsınızmı? Ümumiyyətlə jurnalistin dövlətdən ev almasına necə baxırsınız? Sizcə, bu, jurnalistlərin müstəqilliyinə xələl gətirirmi?
Bu il iyulun 21-də prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
"Media forum"
Müzakirə başa çatıb.
| | Şərhlər 1-17 (Cəmi 17) | | | Ad: röya | Məkan: bakı | 2010-09-15 22:53:43 | | salam.mən də qeyri dövlət qəzetlərinin birində işləyirəm.ancaq qəzetimiz dövlətimizə xidmət edir.Jurnalistlərə göstərilən qayğı və diqqət hər zaman bizləri sevindirir. Mən çox şad olardım ki, dövlət üçün çalışdığımız kimi dövlət də bizə diqqət verir. Zəhmətimizi əvəzsiz qoymur. hərçənd ki.mən bu sənəti seçəndə bütün çətinliyi ilə birlikdə qəbul etmişdim.Ancaq bizlərə ev verilərsə mənim də bunda payım olarsa çox sevinərəm.sağ olun.qələminiz yalnız doğrular üçün yazar olsun. |
| | Ad: Zaur | Məkan: //azadblog.azersayt.com/ | 2010-08-27 01:17:19 | mence Jurnalistlere menzil verilmesi
anlayişi iki başlidir.
1-cisi ruşvet
2-cisi qazamat
|
| | Ad: Murad | Məkan: Baki | 2010-08-18 17:59:00 | | Gedin yazinizi yazin.. |
| | Ad: N. | Məkan: Baki | 2010-08-18 17:33:36 | Bahooo. Ne eceb...ne eceb jurnalistler barede dushunuldu. Tam raziyam pencereden dash gelen misalla. Heyirdi? yoxsam bayramdi? ne vaxtdan jurnalist haqda da dushunuldu (ozude yaxshi menada ) tesadufen o menzilin divarlarinda omurluk diktafonlar ve ona benzer yeni keshv olunan priborlar ekilib-bastirilmayacaq? ne ise... o ki galdi menzilin kime verilmesine- hechde onemli deyil ixtisasca jurnalist olmaqi. maddi durumu zeif olan ve peshesinin ucbatindan eziyyet chekenlere chatmalidir menzil.
P.S ay jurnalist kime ki chatacaq menzil, alandan sonra sat gedsin. |
| | Ad: Natiq | Məkan: Baki | 2010-08-17 13:18:51 | Mence,pul yariya bolunmelidir.Bir hissesine menzil tikilmeli, bir hissesi ise negd pul seklinde ehtiyaci olan jurnalistlere paylanmalidir.Meselen,ola biler ki hansisa jurnalist bir az pul yigib ve bir az da pula ehtiyaci var ki, gedib menzil alsin.Yaxud da fonddan aldigi pulu ipoteka ile alacagi menzilin ilkin odenisine serf ede biler.Ancaq negd verilen pulun sirf menzil almaq ucun xerclenmesine nezaret etmek lazimdir.
O ki qaldi hansi jurnalistlere menzil verilsin,elbette ki en azi 5 il is tecrubesi olanlara ve xususile de ixtisasca jurnalist olanlara ustunluk verilmelidir.Bir de ele olmamalidir ki,jurnalist ev aldiqdan sonra jurnalistikadan getsin ve basqa isle mesqul olsun.Menzil aldiqdan sonra bele en azi 5 il jurnalistika sahesinde fealiyyet gostermelidir. |
| | Ad: Vüqar | Məkan: Gəncə | 2010-08-16 22:27:29 | | Salamlar, mənim fikrimce regionda fəaliyyət göstərən müstəqil jurnalistlərə də ev verilməlidir |
| | Ad: elman | Məkan: baki | 2010-08-16 18:42:49 | pulu cox,qabiliyyeti olmayanlar öz məşuqələrinə ev bağışlayırlar.
hansı jurnalist hakimiyyətin adamı olacaqsa, ev de ona veriləcək |
| | Ad: Saya | Məkan: Bakı | 2010-08-16 18:02:33 | | Menim fikrimcə bu ev məsələsi haqqında proqnoz vermək çətindi. Təkcə onu bilirəm ki, galmagal olacaq. Deyişənlərlə mübahisə edənlərin sayı mənzil alanların sayından çox olacaq. |
| | Ad: Mən varam | Məkan: | 2010-08-16 17:58:44 | | Vallah-billah, mən dedim, özünüzü yormayın. Jurnalistlərə ev vermək pəncərədən gələn daşa oxşayır. Kim kiç ehtiyatsız başını pəncərənin qabağına sarı çevirdi, həmin ev daş olaraq onun başına düşəcək. Özünüzü yormayın. Evlər artıq səlahiyyətli adamların beynlərində tikilib də, paylanıb da. Vüqar müəllim her şeyi elə yerli-yerində edib ki, vallah jurnalistlərin heç ruhu da inciməyib. Gör bir səsləri çıxır? Bu jurnalistlər evsizliyə elə öyrəşiblər ki, evləri olsa, heç cür ilham alıb yaradıcılıqla məşğul ola bilməzlər. Bir növ evsiz olmağa adətkərd |
| | Ad: Paramilli | Məkan: Baki | 2010-08-16 17:52:19 | | Bezilerinden olsa deyecekler ki, Eynullaya da ev dushur. Eynulla ve onun kimi jurnalistlerin evi ele hebsxanadir. |
| | Ad: Arzu Heyderov | Məkan: Baki | 2010-08-16 17:39:25 | Fikrimce prezidentin bu diqqetini musbet qiymetlendirmek lazimdir. Her bir ishin arxasinda qaraguruhculuqla ne ise axtarmaq bizim bezi jurnalistlerimizin kohneki adetidir.
Dushunurem ki jurnalistlere hech bunu da etmek lazim deyil. Bele dovlet qurmaqdan, demokratik quruculuqdan danishirlarsa, getsinler ozlerine bir ev qursunlar, sonra gelib quruculara ders kecsinler. Her halda serencami icra eden struktur bu menzillerin kime verileceyini chox yaxshi bilir. Qezet koshelerinde agzina geleni yazanlar ise oz elleri ile yixdiqlari evlerine aglasinlar. |
| | Ad: Rufik İSMAYILOV | Məkan: Bakı | 2010-08-16 15:28:08 | | Mənim qənaətimə görə, mətbuat işçilərinin sosial təminatının yaxşılaşdırılması deyəndə ilk növbədə bu sahədə çalışanların aylıq məvacibinin artırılması gündəmə gətirilməlidir. Bunun ardınca əsl qələm sahiblərinə faizsiz və uzunmüddətli kreditlər verilməlidir. Belə olan halda hər bir jurnalist bu imkandan istifadə edib istədiyi məkanda istədiyi evi ala və ya tikə bilər. |
| | Ad: Azad | Məkan: Bakı | 2010-08-16 12:53:02 | | Milli mətbuatın 130 illiyi ərəfəsində qəzetçilər təklif etmişdilər ki, onlara maya dəyərindən bir az yüksək qiymətlərlə ev tikintisinə yardım edilsin. Ancaq Hacibala Abutalıbov dedi ki Bakıda torpaq yoxdur. Yeni açılın başımızdan. Ancaq 5 ildə Bakıda ən azı 500 binaya yer tapıldı. Bu kampaniya açıq-aşkar seçkiöncəsi qəzetçilərin indiyə qədər sarılmayanlarını almaq üçündür. Əsl jurnalistlərin ev alacağını güman etmirəm. Amaşov, onun ortağı Umud Rəhimov, MŞ-ın katibələri ev alanlar sırasında yene yuxarı başda olacaqlar. |
| | Ad: Ədil Hüseynli | Məkan: Bakı | 2010-08-16 11:38:50 | Məncə evsiz jurnalistlər yenə mənzilsiz qalacaq. Bu barədə na danışmaga nə də müzakirəyə ehtiyac var. Cunki nə qədər bu ishin bashinda eyni oyuncular var bu bele olacaq.
Qaldi ki jurnalistlərin dövlətdən ev almasına bu mümkün haldi. O qeder evsiz jurnalist var ki hansinin adını cekim. |
| | Ad: Boyuk | Məkan: Baki | 2010-08-16 11:00:36 | | Eger hakimiyyet hegigeten de jurnalistlerin menzil sheritini yaxshilashdirmag isteyirse o zaman sadece bu sahede calishan shexslere cox guzeshtli kredit shertleri ile menzillerle temin olunmasina yardim etmelidir. Meselen, ayda 150-200 manat odemekle. Tebii ki, indiki zamanda hec kim hec kese temannasiz hec ne vermir. O sebebden de jurnalistlere havayi verilecek evlerin arxasinda hakimiyyetin gulu, mirzesi olmag telebi durmamish deyil. Mence, nornal jurnalitsin ozu bu cur "mukafatlandirilmalardan" kenar durmalidir. |
| | Ad: Mən varam | Məkan: | 2010-08-16 10:33:13 | Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gəlir ay bəri bax, bəri bax.
Ay, jurnalist, başını gözlə. Dövlətin bağışladığı ev pəncərədən gələn daş kimi başına düşər. |
| | Ad: Müəllim | Məkan: Bakı | 2010-08-16 10:29:41 | Jurnalistlərə ənam paylamaq yox, onlara azad çalışmaq şəraiti yaratmaq lazimdir. Demokratiya olsa, azad iqtisadiyyat olsa, jurnalist özünə yaxşı, rahat ev almaq imkanında olacaq.
Bu şəraitdə ev-eşik kimlərə paylanacaq, aydındır. Arzu edək 5-10 nəfər əsl jurnalistə də(ehtiyacı olana)ev düşsün. Heç nə olmayan yerdə bu da nəsə deməkdir... |
| | | Şərhlər 1-17 (Cəmi 17) | |
|
 |
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
“DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur.
O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər
ardı >>>
BAĞIŞLAMASA YAXŞIDIR2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU
Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi
ardı >>>
ƏQL və DİN2012-05-10 - 13:08:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Əql və din münasibətlər
ardı >>>
|