
“N-media” qrupu rəsmi informasiyalar əsasında 2010-cu ilin mart-aprel aylarında baş verən avtomobil qəzalarının statistikasını aparıb. Qrupa daxil olan “Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıqlı “Media forum”a deyib ki, məqsəd hadisələrin, xəsarət alanların, dünyasını dəyişənlərin sayını, qəzaların xarakterini, həmçinin hansı avtomobillərin daha çox qəzaya uğradığını aşkarlamaq olub: “İki ay ərzində 95 nəqliyyat hadisəsi baş verib”.
Nəqliyyat hadisəsi baş verən avtomobillər:
|
Markası |
Sayı |
|
VAZ |
43 |
|
Mercedes |
23 |
|
KamAZ |
6 |
|
BMW |
7 |
|
Nissan |
4 |
|
Hundai Tucson |
1 |
|
Moskviç |
2 |
|
QAZ |
2 |
|
Oka |
1 |
|
Mikroavtobus |
3 |
|
Niva |
1 |
|
Toyota |
1 |
|
Toyota Prado |
2 |
|
QAZ-24 |
2 |
|
Hərbi maşın |
1 |
|
Hundai |
2 |
|
Volksvagken |
2 |
|
Subaru |
2 |
|
Mercedes (Avtobus) |
7 |
|
Tofaş |
2 |
|
Zil |
3 |
|
Ford |
1 |
|
Audi |
1 |
|
Fiat |
1 |
|
Daewoo |
3 |
|
Sərnişin avtobusu |
1 |
|
Range-Rover |
1 |
|
UAZ |
1 |
|
Mann |
1 |
Dünyasını dəyişənlər: 85 nəfər
Xəsarət alanlar: 131 nəfər
Toqquşuma: 56 dəfə
Aşma: 20 dəfə
Yanma: 7 dəfə
Piyada vurma: 21 nəfər
Dəm qazından boğulma: 1 nəfər
“N-media” qrupu bildirir ki, bu ilin yanvar-fevral ayına nisbətən mart-aprel ayında həm nəqliyyat hadisələrinin, həm də ölüm və xəsarət alma hallarının sayı çox olub: “Yanvar-fevral aylarında 72 nəqliyyat hadisəsi baş vermişdi. Dünyasını dəyişənlərin sayı 55 nəfər, xəsarət alanların sayı isə 97 nəfər olmuşdu. Qəzaya uğramış avtomobillərə gəlincə, yanvar-fevral aylarında da VAZ (38) və “Mercedes” (18) markalı avtomobillər daha çox qəzaya uğramışdı”.


