Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Müzakirə
print

MİTİNQ HARDA KEÇİRİLMƏLİDİR? (Hörmətli oxucular, burada şərhinizi yaza bilərsiniz)

2010-04-19 - 15:33:00

 

Bakıda hökumətin kütləvi aksiyalar üçün ayırdığı yerlərlə bağlı məsələ yenə gündəmdədir. Bu il ölkədə parlament seçkisi olacaq və sözsüz ki, siyasi qüvvələr, seçki blokları və seçkidə iştirak edəcək namizədlər kütləvi aksiyalar, mitinqlər keçirməyə də təşəbbüs göstərəcəklər. Ancaq müxalif qüvvələr və bir sıra vətəndaş cəmiyyəti institutları hökumətin ayırdığı yerləri mitinqlər üçün yararsız sayır və alternativ yerlər təklif edir. “Media forum” saytı hökumətin ayırdığı yerlərlə digər qüvvələrin təklif etdiyi alternativ yerləri oxucuların müzakirəsinə çıxarır. Sayt oxucuları məsələyə münasibət bildirməyə, öz düşüncələrini bir-biriləri ilə bölüşməyə dəvət edir.

Bakı Şəhər İcra Hakimiyyətinin mitinqlərin keçirilməsi üçün paytaxtın 11 rayonunda ayırdığı yerlər:
- Binəqədi rayonu - Binəqədi qəsəbəsi, 3-cü mədən, 120-ci korpusun yaxınlığında Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu;
- Səbail rayonu - 20-ci yaşayış sahəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionu;
- Nəsimi rayonu - 20 Yanvar küçəsi, 21 b, 4-cü mikrorayonda məhəllə stadionu;
- Xətai rayonu - Naximov yaşayış massivi, 6a, 6b, Naximov yaşayış massivindəki meydança; Zığ yolu küçəsi, 18, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança;
- Qaradağ rayonu - Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Sahil qəsəbə stadionu;
- Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Azneftgeofizika” trestinin qarşısındakı idman meydançası;
- Suraxanı rayonu - S.Bəhlulzadə küçəsi, 24, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin T.İsmayılov adına stadionu;
- Yasamal rayonu - M.Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu;
- Əzizbəyov rayonu - Türkan qəsəbəsi, Xanlar küçəsi, Türkan qəsəbə parkının yanındakı meydan;
- Nizami rayonu - Q.Qarayev prospekti, “Təbriz” kinoteatrının qarşısındakı meydan;
- Nərimanov rayonu - Araz küçəsi, 4, “Ulduz” metro stansiyasının qarşısındakı meydan.

Müxalifət partiyalarının və bir sıra vətəndaş cəmiyyəti institutlarının təklif etdiyi alternativ yerlər:
- Səməd Vurğun bağı;
- Füzuli meydanı;
- “Nərimanov” kinoteatrı qarşısındakı meydan;
- Hüseyn Cavid bağı;
- Keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan və s.

Bundan başqa, etirazçı dairələr dövlət qurumlarının paytaxtda yerləşən mərkəzi binalarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin 200 metrliyində etiraz aksiyaları keçirməyə icazə istəyir.
Onu da xatırladaq ki, istər xalq hərəkatı, istərsə də müstəqillik dövründə Bakıda Azadlıq meydanı, Sahil bağı, Motodrom, Ukrayna dairəsi kimi yerlərdə mitinqlər keçirilib.


"Media forum"
Müzakirə başa çatıb.

 Şərhlər 1-20 (Cəmi 29)növbəti
Ad: Sahib MammadovMəkan: Bakı2010-04-22 22:06:09
Qanunda nəzərdə tutulur ki, kütləvi tədbirlərin keçirilməsi üçün icra hakimiyyəti orqanları yerlər müəyyən etməlidir. Əslində qanun bunu məmurların üzərinə vəzifə kimi qoyurb məmurlar isə bu müddəadan hüquq kimi istifadə edirlər. Qanunun mahiyyətinə görə kütləvi tədbirlər qanuda qadağan olunan yerlər istisna olunmaqla bütün yerlərdə keçirilə bilər.

Ad: NahidMəkan: Baki2010-04-22 16:51:13
Sheherin merkezinde mitinq kecirmeye icaze verilmemesi eslinde ele muxalifetin ozu ucun serfelidi. Cunki her defe bunu behane edib geri cekilirler. Mitinq kecirmek isteyen partiya hec neye ferq qoymaz. elektorati varsa lazim gelse gedib lap iyul ayinda Kurdemirde de toplashar. Problem ondadi ki elektorat yoxdu

Ad: jurnalistMəkan: Bakı2010-04-22 15:20:40
Müxalifət hökumətin ayırdığı yerdə mitnq keçirməlidir. Çünki, nə hökumət, nə müxalifətin (elə mən özümdə) öz elektoratı əsasən siyasi tələblər irəli sürən müxalifətin aktiv elektoratının nə qədər olduğunu müəyyənləşdirə bilmir.
Əgər müxalifətin aktiv etiraçı elektoratı 100 min və ya daha çox olarsa yəqin hökumət onlarla hesablaşmalı olar.
Əgər bu elektorat onlarla və ya yüzlər olsa onda lap Prezident Administrasiyası və ya Azadlıq Meydanında keçirilsə belə onun əhəmiyyəti yoxdur.
Bir də müxalifət ayrı-ayrı mitinq keçirməkdənsə təmərküzlə&

Ad: OrxanMəkan: Azərbaycan2010-04-21 21:33:41
- Səməd Vurğun bağı;
- Füzuli meydanı;
- “Nərimanov” kinoteatrı qarşısındakı meydan;
- Hüseyn Cavid bağı;
- Keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan və s.

Bakıda Azadlıq meydanı, Sahil bağı, Ukrayna dairəsi

Ad: OrxanMəkan: Azərbaycan2010-04-21 21:14:27
- Səməd Vurğun bağı;
- Füzuli meydanı;
- “Nərimanov” kinoteatrı qarşısındakı meydan;
- Hüseyn Cavid bağı;
- Keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan və s.

Bakıda Azadlıq meydanı, Sahil bağı, Ukrayna dairəsi

Ad: ademMəkan: Rehimli2010-04-21 18:41:19
“Nərimanov” kinoteatrı qarşısındakı meydan

Ad: RaminMəkan: Isvec-sweden2010-04-21 17:53:33
azadliq meydani mence cunki 2003de azadliqda coxgözel miting alinmishdi yadinizdadisa hecmi qederde insan vardi

Ad: İLHAMMəkan: Azərbaycan2010-04-21 15:13:59
Ya Azadlıq Meqdanı, ya Sahil bagı. Bu millət üçün prinsipial məsələdir.

Ad: SeidMəkan: Baki2010-04-21 14:09:35
Azadlıq meydanı

Ad: SamirMəkan: Qızıldaş2010-04-20 20:37:55
AR Konstitusiyasına görə, sərbəst toplaşma azadlığı, etiraz edmək və s. var. Amma Bakı ŞİH konstitusiyanı kobud sürətdə pozur. İnsanlara, siyasi qurumlara fikirlərini etiraz aksiyaları formasında etməyə imkan vermirlər.
İstənilən yerdə mitinq keçirilə bilər, ən uyğun yer Azadlıq meydanıdır.

Ad: AytənMəkan: Baki2010-04-20 19:59:54
Mitinq şəhərin mərkəzində olmasa da olar. Cunki yollar onsuz da tixacdir.Kənarda təklif olunan yerlər də pis deyil. Təki istək olsun. Amma ona da inanmiram. Cunki indi o dövr deyil. İnsanlari meydana yigmaq cox da asan olmayacaq.

Ad: AydanMəkan: 2010-04-20 17:57:14
Ay millət, ay camaat, ay hökumət mininqin yeri dədə-babadan Azadlıq meydanı olub, bundan sonra da orada keçirilməlidir. Hökumət deyir ki, keçirilən aksiyalar nəqliyyata, gediş-gəlişə mane olmamalıdır. bu baxımdan Azadlıq meydanından ideal yer yoxdur. Heç kəsə mane olunmur. Get aksiyanı keçir, etirazını bildir, sonra da sakitcə dağılış. Gərək elə polislə kəllə-kəlləyə gələsən. Sual edirəm, kəllə-kəlləyə gəlməkdə kim daha çox maraqlıdır, hakimiyyət, yoxsa müxalifət?

Ad: CebhechiMəkan: 2010-04-20 16:24:15
AXCP aprelin 25-de miting edecek.

Ad: millətsevərMəkan: Quzey Azərbaycan2010-04-20 14:26:07
Mitinq vaxtı deyil. İndi Xalq Hərəkatı olmalıdır.

Ad: HecerMəkan: Baki2010-04-19 23:18:06
Men,bu cur ciddi meseleye lagnan baxan adamlara teessuflenirem.Mitinq xalqin bir etirazidir.Tebiidir ki,dunyanin cox yerinde oldugu kimi onu seherin merkezinde kecirmek lazimdir ki,istenilen her bir kes istirak ede bilsin.Hacibalanin teklif etdiyi yerleri o ozu tanimir,o ki qaldi camaat.

Ad: samiraMəkan: baki2010-04-19 18:56:58
Harda olur olsun. Teki mitinq baş tutsun.

Ad: İlqar HəmidliMəkan: Gəncə2010-04-19 18:34:46
Niyə lağ edirsiniz? Mediaforum ciddi mövzu qoyub. Mən hesab edirəm ki, mitinq şəhərin mərkəzində olmalıdır. azadlıq meydanı, sahil bağı, Füzuli meydanı uyğun variantlardır. Əhalinin mitinqə rahat gəlib-getməsini də düşünmək vacibdir.

Ad: BayMəkan: Baku2010-04-19 17:56:12
Bu da pis deyil

- Qaradağ rayonu - Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Sahil qəsəbə stadionu;

Ad: BayMəkan: Baku2010-04-19 17:54:44
Miting uchun en yaxchi yeri tapmisham:))

Əzizbəyov rayonu - Türkan qəsəbəsi, Xanlar küçəsi, Türkan qəsəbə parkının yanındakı meydan.

Sag olsun Hecibala muellim turkanlilari unutmayib!

Ad: BayMəkan: Baku2010-04-19 17:36:57
Belke hich miting etmeyek?

 Şərhlər 1-20 (Cəmi 29)növbəti

pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir