“Ruh” Jurnalistləri Müdafiə Komitəsi “Diffamasiya haqqında qanunun qəbulunda ictimai təşəbbüslərin rolu” layihəsi üzrə nazirliklər, dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş sorğunun nəticələrinə açıqlayıb. Anonim sorğuda müxtəlif qurumlardan 500-dək respondentin iştirakı təmin olunub.
Müsahibəli formada keçirilən sorğuda rəyi soruşulanlara 4 sual ünvanlanıb və onlara mövzu ətrafında əlavə fikir bildirmək imkanı yaradılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə azadlıqdan məhrum edilməsini nəzərdə tutan maddələrin mövcudluğuna münasibətiniz necədir?
a) Müsbət - 67%;
b) Mənfi - 17%;
c) Deyə bilmərəm - 16%.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə cəzalandırılması ilə bağlı nəzərdə tutulan tədbirlərlə razısınızmı?
a) Razıyam -37%;
b) Sərtləşdirilməlidir - 31%;
c) Yumşaldılmalıdır - 13%;
d) Deyə bilmərəm - 19%.
KİV-də barənizdə gedən böhtana, təhqirə qarşı hansı tədbirləri görərdiniz?
a) Məhkəməyə müraciət edərdim - 32%;
b) Azərbaycan Mətbuat Şurasına müraciət edərdim - 31%;
c) Redaksiya və müəlliflə əlaqə yaradıb məsələyə aydınlıq gətirilməsinə çalışardım - 15%;
d) Özüm cəzalandırardım - 0%;
e) Əhəmiyyət verməzdim - 22%.
KİV-də barənizdə gedən təhqir və böhtana görə məhkəməyə müraciət etsəydiniz, nə tələb edərdiniz?
a) Müəllifin azadlıqdan məhrum edilməsini - 23%;
b) KİV-in fəaliyyətinin müvəqqəti dayandırılmasını - 21%;
c) Müəllifin və KİV-in cərimələnməsini - 20%;
d) Təkzib və üzrxahlıq mətninin dərcini - 12%;
e) KİV-in fəaliyyətinin tamamilə dayandırılmasını - 24%;


