Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

BİR YOL AMERİKADA (İkinci yazı)

2008-12-12 - 20:05:00

ABŞ-ın bir dövlət kimi vahidliyini federal hökumətdən daha çox ölkəni hörümçək toru kimi bürüyən yol və mağaza şəbəkələri təmin edir. Amerikada yollar ayrı bir aləmdi. Bütün ölkə təkər üstündə hərəkətdədi. Məcburdular - şəhərlərinin çoxu əyalət şəhərləridi, nə dükan-bazarı, nə də iaşə obyektləri olmur. Küçədə gəzirsən, görürsən yanında dələ qaçır. Bir qutu kibrit almaq istəsən, ala bilməzsən, maşina oturub şəhər ətrafındakı şəbəkəyə getməlisən.

Amerikada hamının maşını var, maşın da çoxlu benzin və yaxşı yol istəyir. Ştatlar da yolların çəkilməsində maraqlıdı. Yollar çox və mürəkkəbdi deyə maşınlara xüsusi elektron xəritə də quraşdırılır.

Mağaza şəbəkəsi, yəni supermarketlər Amerika həyat tərzinin əsas elementidi. Şəbəkələr hərəsi bir xırda şəhərdi, adları da çoxdu – ROSS, Wal-Mart, Best bay, Marshal, Target, Macys. ABŞ, sözsüz, bahalı ölkədi, amma bu bahalıq şəbəkəyə aid deyil. Hər cür mal var, hər şey də ucuzdu. Şəbəkənin öz fəlsəfəsi var: mal satışa çıxarıldısa, onu hər vaxt eyni qiymətə satmaq olmaz, bir neçə aydan sonra satılmayan malın qiyməti aşağı salınacaq, şəbəkə satıcısı hətta 1 sent qalığı da sizə qaytaracaq. Şəbəkədə insanın ehtiyacını ödəyəcək hər şey var: yemək-içmək, ayaqyolu, oturacaqlar, kitab, qəzet-jurnal…

Ucuzluğun bir əsəs səbəbi var: Amerika iş adamları istehsalı ölkədən kənarda, harada işçi qüvvəsi ucuzdu, Çin, Malayziya, Banqladeş kimi ölkələrdə qurur, sonra malları öz ölkələrinə gətirirlər. ABŞ-ın öz istehsalı olan mallar, məsələn, kitab çox bahadı. Cins şalvarı ucuzlaşanda 10 dollara ala bilərsən, amma 10 dollara kitab tapmaq çətindi. «Tree dollar» adlanan bir dükanda isə aldığın hər bir mal cəmi 1 dollaradı.

Şəbəkələrin çoxunda olduq, Bakıda ala bilmədiyimizi də aldıq. Bir maraqlı hadisəni də xatırlayıram. Tədbirlərimiz çox olduğundan evində qaldığım Fil və Nensi Jiletlərlə adətən yalnız səhər ünsiyyət qura bilirdim. Nensi elə hey soruşurdu, nəylə məşğul olursan, nəyi sevirsən, hobbin nədi? Bir gün dedim, zəfəran dəlisiyəm, bu mövzuda yazılarım var, hətta kitab da yazıram, hansı ölkəyə getsəm, oradan müxtəlif ölkələrin istehsalı olan zəfəran nümunəsi gətirirəm.

Zəfəranın nə olduğunu anlatmaqçün onların saysız-hesabsız ədviyyə qablarından ispan zəfəranını tapıb göstərəsi də oldum. Nensinin bu işdə mənə böyük yardım etdi, maşınla bir neçə supermarket gəzdik, Amerikada qablaşdırılmış cəmi bir zəfəran nümunəsi tapdıq. Düşündüm, buna da min şükür.

Qrupumuzun Vaşinqtona səfəri zamanı Nensi bir yeri təkidlə göstərirdi, mən də Fii və Nensinin ardınca getdim. Böyük bir supermarket idi. Demə, Nensi burada zəfəran olduğunu bilirmiş. İki zəfəran nümunəsi də tapdıq. Pulunu da Nensi özü ödədi, dedi, qoy məndən sənə yadigar olsun. Əvvəllər sosial işçi kimi çalışan Nensini həyat fəlsəfəsi də elə digərlərinə yardım etməkdi. Belə həssas yanaşma məni təsirləndirdi.

70 dollara ABŞ-da 1 aya 700 dəqiqə danışmaq mümkündü

Amerikalıların məişətinin də maraqlı tərəfi az deyil. Hər səhər amerikalı mütləq qəzet oxuyur, bir növ adətkarda olduqlarına görə. Həm ölkədə baş verən hadisələrlə maraqlanır, həm də ətraf marketlərdə keçirilən kampaniyaları izləyirlər. Hər hansı ucuzlaşmasa mütləq qəzetdə əksini tapır, hətta zarafatla «amerikalı bir həftə reklamı izləməsə, başını itirər» deyirlər, nəyi haradan, necə almağı bilməz. Qəzetlərdə xüsusi kuponlar da olur, kəsib mağazaya təqdim edəndə qiymətdə düşürlər.

Hər gün evlərə ətək-ətək məktublar da gəlir, biri mal təklif edir, başqası xidmət. Bəzən elə məktub olur, heç ağzını açmadan belə çölə atırlar. Məktublarsa gəlməkdə davam edir.

Fil mənə aylıq xərclərindən də danışdı. Qiymət göstəricisi orta olsa da, maraqlı görünə bilər: işıq – 40 dollar, qaz – 15 dollar, kabel televiziyası və yüksək sürətli internet – 90 dollar, ev pulu – 400 dollar.

Ev pulu anlayışına isti və soyuq su, kanalizasiya, istilik, zibilin daşınması, ev ətrafı ərazilərin yığışdırılması, evin xalça döşənmiş pillələrinin təmizlənməsi və ümumi təmir işləri də aiddi. Səki və ətraf ərazilər ideal təmizdi, yerdə yarpaqdan başqa zibilə rast gələ bilməzsən.

Evdə də hər texnika var, qabları da maşın yuyur. Darıxırsansa kinoya gedə bilərsən, biletin qiyməti 5-6 dollardı, lap yeni superfilmlərdə qiymət 10 dollara yüksəlir. DVD filmin kirayəsi günü 1 dollaradı.

Mobil danışıqlar elə də baha deyil, Jiletlərin istifadə etdiyi mobil telefon şəbəkəsinin aylıq haqqı 70 dollaradı, ABŞ-da 1 aya 700 dəqiqə danışmaq mümkündü. Xariclə danışmaqçün ayrıca kartlar satılır, məsələn 10 dollarlıq kartla Azərbaycanla 20 dəqiqə danışa bilərsən. Seneka bizə belə kartlardan paylaraq hamımıza evə zəng imkanı yaratdı.

ABŞ-da evdə yemək bişirilmir, nadir halları çıxmaq şərtilə. Yemək hazır alınır və qızdırılır. Doğrusu, yeməklə bağlı problemlərimiz az olmadı. Yad yeməklərə öyrəşmək çətin idi, üstəlik də bu ayaqüstü, tələm-tələsik yemək mədəniyyətinə. Hansı görüşə gedirdiksə, hər yerdə çay, kofe, şirə, su, buterbrodlar vardı. Ürəyin nə istəyir, götür ye, sonra qabını tulla zibil vedrəsinə. Ət və tərəvəzləri elə də dadlı deyildi, qidaya hormon qatırlar, hamısı şişir, böyüyür. Bizə Vaşinqtonda bir icmanın insanlarını – emişləri (amish) göstərdilər. Onlar elə dədə-baba qaydasıyla yaşayır, əvvəlki kimi kənd təsərrüfatı məhsulu istehsal edirlər. Müasir dünyanın verdiyi bütün imkanlardan, həmçinin hökumətin işığından belə imtina ediblər. Di gəl, icmanın ekoloji təmiz məhsulları ABŞ-da çox tələb olunandı, baha qiymətə alınır.

Amerikalıların masalarında meypl adlı şirəyə rast gəlinir. Bunun ağcaqayın ağacı olduğunu sonradan bildim, onun özündən şirin, haradasa qoz mürəbbəsinin sərbətini xatırladan şirə vermək xüsusiyyəti var. Ekoloji təmiz məhsuldu. Hətta geri dönərkən Nensi bir qab şirəni və ağacın yarpağını mənə bağışladı.

İtalyan mətbəxindən streyk və göbələk pitsası da ABŞ-dan yeməklə bağlı ən xoş xatirə kimi yadda qaldı.

Əhalinin 63 faizi protestant, 25 faizi katolikdi

Amerika əhalisi çox dindardı. Əhalinin 63 faizi protestant, 25 faizi katolikdi. Qalan hissəni kifayət qədər böyük yəhidi, müsəlman icması və digər dinlərin nümayəndələri təşkil edir. Hər bazar xristian əhali mütləq kilsəyə baş çəkir. Bizdən çox ehtiyatla soruşuldu, siz bizim kilsəyə gedərsinizmi, yəni sizin dini baxışlarınız bunu qadağa etmir ki? Kilsədə olduq. Kilsələr təkcə ibadət yeri deyil. Xorun yerləşdiyi və pastorun moizə oxuduğu məkanda sakinlər toplaşır, ibadətlə məşğul olurlar. Yuxarı hissədə çoxlu xeyriyyə ofisi, uşaq otaqlarına rast gəldim. Ofisin birində isə dairə boyunca 20-yə yaxın adam toplanmışdı, qarşıdakı prezident seçkisini müzakirə edilirdi. Bir nəfər aparıcı olur, mövzunu bildirir, sonra isə yeri gələndə söhbətə müdaxilə edə bilər. Hamı növbə ilə danışır, fikrini bildirir.

Fil məni toplaşanlara təqdim etdi. Bu əslində bir hadisəydi, kiçik şəhər, ünsiyyət az və Azərbaycandan gəlmiş jurnalist. İngilis dilini bilməməyim işə əngəl oldu, Azərbaycan jurnalisti ilə təmas qurmaq klubun üzvlərinə maraqlıydı. Nensi də toplantıdan sonra yorulmadan fəxrlə məni hamıya təqdim edirdi, baxın, bizə Azərbaycandan qonaq gəlib.

Ünsiyyətin azlığı istər-istəməz insanları bir yerə toprayır, onlar elə hey danışır. Amerikalılar danışmağı sevir, həmişə natiqlik bacarığını artırmağa çalışırlar.

Ştatın Nyuport Univetsitetinin müəllimləri ilə göruş elə Amerikada din mövzusuna həsr edilmişdi. Müzakirələrimiz maraqlı və yaddaqalan oldu.

Kiçik yaşlı uşaqlara hər şey maraqlıydı, bayrağımız, müstəqilliyimiz, mətbəximiz…

Virciniyanın bir neçə təhsil ocağında olduq, tələbə və müəllimlərlə görüşlərimiz baş tutdu. Vesleyn kolleci, Norfolk Universiteti , Medovbrukdakı Beynəlxalq Təhsil Mərkəzində göruşlərimz təşkil olunmuşdu.

Təhsil və səhiyyə məsələsi amerikalıları daha çox maraqlandırır. Elə tələbələrin sualları bunu təsdiqləyirdi, gənclər bu haqda çox düşünür.

ABŞ-ın təhsil sistemi çox çətin və qarışıqdı, hər ştatın öz qanun və xüsusiyyətləri var. Bir ştatda diplom alan tələbə digər ştatda işə düzələrkən çətinliklə üzləşir, təhsildəki fərq burada öz rolunu oynayır.

Medovbrukdakı Beynəlxalq Təhsil Mərkəzindəki görüşümüz səfərin ən gözlənilməz hadisəsiydi. Bu, məktəb uşaqları və qismən onların valideynləri ilə bir ünsiyyət idi. Bunu sözlə demək olmur, gərək özün olub, görəsən. Kiçik yaşlı uşaqlara hər şey maraqlıydı, bayrağımız, müstəqilliyimiz, mətbəximiz…

Gözləri gülürdü, ardı-arası kəsilmədən elə hey soruşurdular. Heç bir kompleks hissi yoxuydu, hərdən düşünürdüm, sual verəcəklər, cavabını bilməyəcəyik. Köməyimizə elə müəllimləri gəldi, dedi sonuncu sualı verin, və göruş bitdi. Bir-bir yaxınlaşıb bizimlə görüşür, əl verir, şəkil çəkdirirdilər. Qiyamət idi…

Generalı Yaponiyada gəzdirən 50-ci ilin krayslerini də qoruyub saxlayırlar

Mədəni proqramımız çox yaxşı təşkil olunmuşdu. Muzeylərə, konsertə, dəniz gəzintisinə, qədim muzey-şəhər Vilyamsburqa da getdik.

Amerika gənc ölkədi, qədim tarixi yoxdu, nəyi varsa, onu bərk-bərk qoruyur. Norfolkun mərkəzində 2-ci Dünya müharibəsi qəhrəmanı, Koreya müharibəsi iştirakçısı general Duqlas Makarturun xatirəsinə gözəl bir muzey kompeksi yaradılıb. Hətta generalı Yaponiyada gəzdirən 50-ci ilin krayslerini də qoruyub saxlayırlar.

Qədim muzey-şəhər Vilyamsburq isə bir tarix parçasıdı, burada hər şey elə bil 18-ci əsri xatırladır. Hətta dükandakı satıcılar o dövrə uyğun geyimdə alver edirlər. Bu şəhərdə ABŞ-a üç prezident bəxş etmiş Vilyam və Meri Kollecində də olduq.

Virciniya-biç şəhərinin Sandler mərkəzində pianoçu Corc Vinstonun konsertini dinlədik. Bir pianoçu kimi çox virtuoz ifaçı Vinstonun repertuarı o qədər də maraqlı deyildi, tez-tez təkrarlanma və yalnız texnikanın nümayişinə yönəlmiş halları müşahidə etdik. Formaca mükəmmməl, mahiyyətcə zəif bir çıxış oldu.

Amerikada mətbuat tam müstəqildi, o pulunu özü qazanır

Əlbəttə, media qrupu jurnalist həmkarlarıyla, mətbuatla bağlı müzakirələri səbirsizliklə gözləyirdi. Həmkarlarla da göruşduk, onların öz aralarında müzakilərini də dinlədik, Amerika mətbuatının problemlərini də bildik.

Mətbuatla əlaqəli 4 tədbir keçirildi – «Virciniya Paylot» qəzeti, Vaşinqtonun Xəbərlər muzeyi, Old Dominyon Universiteti və Arlinqton Müstəqil Media Mərkəzində.

«Virciniya Paylot» Virciniya ştatının qəzetidi. Tirajı 200 min, işçilərinin sayı 1100 nəfərdi, onlardan cəmi 210-u xəbərlərdə, yəni jurnalist kimi çalışır. Sualımıza cavab verən baş redaktor heç özünün belə bu qədər işçinin şirkətdə nə ilə məşğul olduğunu bilmədiyini söylədi. Bəzi şöbələrin – reklam, yayım, tiraj və digər inzibati adını çəkdi. Qəzet kifayət qədər yaxşı satılır, gəlirin 80 faizi reklamdandı. İnternet səhifəsi də var, bəzi materialların statistikası da göstərildi, ən baxılan yazıya 98000 giriş olub bir ay ərzində. Qəzet bütün gücünü ştatın öz problemlərinə yönəldir, beynəlxalq problemlər oxucunu bir o qədər də maraqlandırmır.

Vaşinqtonun Xəbərlər muzeyi 2008-ci il aprelin 11-dən fəaliyyət göstərir, dünyanın müxtəlif yerlərindən buraya qəzet gəlir. Media qrupuyla görüşə tanınmış jurnalist Cin Meyter gəlmişdi, Xəbərlər muzeyinin işindən, ABŞ-ın mətbuat tarixindən xeyli danışdı. Onun bildirdiyinə görə, Amerikada mətbuat tam müstəqildi, o pulunu özü qazanır, heç bir dövlət idarəsindən maliyyə ala bilməz. Dövlət heç bir halda mətbuatın işinin tənzimlənməsi ilə məşğul ola da bilməz, yəni qəzet, televiziya və radiolara heç bir lisenziya verilmir. Mətbuat öz işini Amerika Konstitusiyasına uyğun qurur, qanunu pozan mətbuat orqanı başqa qurumlar kimi məhkəmə qarşısında cavab verir. Elə Xəbərlər muzeyi də özəl kapital qoyuluşu ilə ərsəyə gəlib. C.Meyter mətbuatın maliyyə tərəfinin əslində azad sözə aparan ən vacib ünsür olduğunu dəfələrlə söylədi. Pul qazana bilmirsənsə, səni kimsə maliyyələşdirirsə, xüsusən də dövlət, deməli, azad deyilsən, asılısan.

Old Dominyon Universiteti və Arlinqton Müstəqil Media Mərkəzindəki görüşlər mövzu baxımından bənzəyirdi. ABŞ mətbuatının qarşılaşdığı problemlər müzakirə edilirdi. Forma fərqi vardı. Universitetdə bir qrup media eksperti bizim qarşımızda mətbuatın problemlərindən danışdı, media mərkəzində isə sadəcə tok-şou çəkilişində iştirak etdik və eyni müzakirələrə qatıldıq.

ABŞ mediasını problemləri nədi və bu müzakirələr nəyi əhatə edirdi? Mətbuatın və pulun hakimiyyəti Amerikada sonsuzdu, heç bir dövlət idarəsinin, məmurun, prezidentin belə gücü-qüvvəsi yoxdu. Jurnalilistlər Birləşmiş Ştatlarda ən nüfuzlu, ən varlı, ən təkəbbürlü təbəqədi. Biz özümüz jurnalist olsaq da, jurnalist həmkarlarımızın soyuq, yuxarıdan aşağı münasibətini hiss edirdik. Hətta universitetdəki media ekspertləri müzakirələr zamanı heç Azərbaycandan gəlmiş qonaqların fikrini öyrənməyə cəhd belə etmədilər, özləri danışdı, özləri də eşitdi.

Amerikanın elitar, isteblişment jurnalistikası hazırda bir qədər qorxu içindədi. Qəzetlərin tirajları düşür, televiziya və radio ənənəvi auditoriyasını itirir. Səbəb isə internetdə yaranan alternativ xəbər mənbələrindədi. Hazırda «Vətəndaş və ya xalq jurnalistikası» anlayışı əmələ gəlib, yəni ənənəvi professional informasiya mənbələrinə qarşı bir rəqabət dalğası yaranıb. Vətəndaşlar baş verən hadisəni ən adi vasitələrlə – mobil telefon, rəqəmsal diktofon, sadə videokamera ilə çəkib öz bloqlarında yerləşdirirlər. Beləliklə, bloqlar da alternativ informasiya mənbəyitnə çevrilir, böyük insan kütləsi də bu bloqların oxucusuna çevrilirlər. Əlbəttə, belə vəziyyət professional jurnalistləri heç də sevindirmir. Sonsuz hakimiyyət, yaxşı maaş əldən çıxır axı…

Media ekspertləri maraqlı bir mövzuya da toxundu. Jurnalist təcrübəsi, təhsili olan insanların çoxu heç də müasir tələblərə cavab verə bilmir, hətta buna cəhd belə etmir. Çətinləşən kompüter avadanlığı və digər texnikanı öyrənmək əsil probelmə çevrilir. Jurnalistlərin xüsusi kurslarda əlavə təhsil almaq, texniki savadı artırmaq kimi tələblərdən çəkinmələri elə bloq jurnalistikası ilə rəqabətdə uduzmalarına gətirir.

Eh… bu özündən razı ekspertlər bizim dərdimizi hardan bilsinlər, Azərbaycanda jurnalist kursa-zada getmir, elə texnikanı barmaqlayıb öyrənir. Məcburdu, ailə dolandırmalıdı. Onları isə hansısa uşaq-muşaqla rəqabət aparmaq qorxusu bürüyüb.

C.Meyterlə söhbətdə də bir məsələ yaxşı yadda qaldı, ona dəfələrlə sual verdik, Azərbaycan mediası çox zəifdi, pis gündədi, söz azadlığı ilə problemlər var. Nə etməli? O isə deyirdi, çalışmaq, pul qazanmaq, mətbuatı gücləndirmək lazımdı. Pul qazanmaq ABŞ mətbuatının əsas atributudu, deyir siz də qazanın, o vaxt gücünüz də olar. Bu pul qazanmaq ideyası Amerikada yüksək bir zirvəyə qaldırılıb, qalan hər şeyi kənara itələyib. Qəzetlərin 70-80 faizi reklamdı, maraqlı və zəngin yazılara da rast gəlmədik. «Virciniya Paylot» qəzetində 210 nəfər xəbərlər bölməsində nə hazırlayır, anlamaq belə olmur, oxumağa bir şey tapmırsan. Pul qazanmaq həvəsi ictimai maraqları da kənara itələyir.

Son qonaqlıq

Norfolkda son gecəmiz Senekanın evində yaddaqalan bir ziyəfətlə bitdi. Milli mətbəximizdən kabab və doğramacı əl-ələ verib hazırladıq. Qonaqlar çox bəyəndilər. Seneka bir neçə dəfə ağlamsındı, hər birimiz danışdıq, kim nə istəyirdisə dedi. Amerikanı biz bu insanların qismində yenidən kəşf etdik. Virciniyanın isti cənub qonaqsevərliyini Azərbaycanın media qrupu, yəqin uzun müddət unuda bilməyəcək.

İsmayıl İSMAYILOV
ismail_i@rambler.ru 

Mövzu ilə əlaqədar bax:
BİR YOL AMERİKADA

İtalyan mətbəxindən streyk və göbələk pitsası da ABŞ-dan yeməklə bağlı ən xoş xatirə kimi yadda qaldı

 
 

Kilsədə olduq

 
 

Medovbrukdakı Beynəlxalq Təhsil Mərkəzi. Bunu sözlə demək olmur, gərək özün olub, görəsən

 
 

«Virciniya Paylot» qəzeti

 
 

Vaşinqtonun Xəbərlər muzeyi

 
 

Media mərkəzində isə sadəcə tok-şou çəkilişində iştirak etdik

 
 

Arlinqton Müstəqil Media Mərkəzi

 
 

Qədim muzey-şəhər Vilyamsburq isə bir tarix parçasıdı

 
 

Vilyam və Meri Kollecində

 
 

Son qonaqlıq


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir