Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

ZƏFƏRAN. RAHAT HƏYAT BİTKİSİNİ XALQA NECƏ QAYTARMALI

2008-05-01 - 14:34:00

İsmayıl
İSMAYILOV
ismail_i@rambler.ru 


Kənd Təsərrüfatı Nazirliyi qeyri-neft sektorunun 2008-2012-ci illərə hesablanmış inkişafı dövlət strategiyasına uyğun olaraq zəfəran bitkisinin əkin sahələrini artırmağı planlaşdırır. İqtisadi İnkişaf Nazirliyi də zəfərançılığın inkişafında maraqlıdır və fermerlərə bu məqsədlə güzəştli kreditlər veriləcəyini bəyan edib. Lakin şəxsi təsərrüfatlarda dünyanın ən bahalı ədviyyatının yetişdirilməsində insanlar maraqlıdırlarmı? Dünya bazarında zəfəranı sata bilərikmi? Bu suallar zəfərançılığa maraq göstərənləri düşündürməyə bilməz.

Zəfəran xərçəng hüceyrələri ilə uğurlu mübarizə aparır

Zəfəran Azərbaycanda əsrlərlə yetişdirilən və sevilən ədviyyatlardan biridir. 9-cu əsrdən becərildiyi bəlli olan zəfəran yerli əhali üçün ən gəlir gətirən sahələrdən olub. Bir sıra statistik məlumatlara görə, 19-cu əsrdə Bakıdan xarici ölkələrə 1000 pud (16 ton) hazır məhsul yollanırdı. Dünyanın zəfəran nəhəngi – İspaniya müasir texnologiyaların köməyi ilə bu rəqəmdən aşağı göstəriciyə malikdir. Zəfəran dünyada ən bahalı ədviyyatdır. Onun bir qramı keyfiyyətindən asılı olaraq dünya bazarında 5-25 dollar arası dəyişir.

Neft sənayesinin 19-cu əsrdən başlayaraq sürətli inkişafı zəfərançılığa ciddi zərbə vurdu. Zəfəran yığımı elə bugünədək ildən-ilə azalmaqda davam edir.

Doğrudur, SSRİ zamanı, 1927-ci ildə Bilgəh kəndində 90-cı illərin ortalarınacan mövcud olan «Zəfəran» sovxozu yaradıldı. Ancaq sovet illərində də zəfəranın yığımı azalan xətt üzrə gedib. Zəfəranın keyfiyyəti çox yüksək olsa da, mövcud ənənələrlə müqayisədə kəmiyyəti son dərəcə az idi. Sovxoz yaradılanda 242 hektar sahədə yerləşirdi və 1941-ci ildə 429 kq. quru məhsul yığıldığı haqda məlumatlar var. Lakin sovxozun torpaq sahələri artıq 1970-ci illərdə 130 hektaracan, məhsul yığımı isə orta hesabla 150 kiloyacan azalır. Özü də zəfərana cəmi 55 hektar sahə ayrılmışdı, qalan torpaqlar bitkiçilik, heyvandarlıq, bağçılıq məqsədilə istifadə edilirdi. Zəfərana 50 nəfərə yaxın adam qulluq edirdi, lakin məhsul yığımı zamanı işə yerli əhali cəlb olunurdu. Əhali əsasən zəfəranın yığımı və təmizlənməsində iştirak edirdi. Zəfaran deyəndə sonda bitkinin çiçəyindən alınan 3 al-qırmızı tellərin qurudulması zamanı alınan ədviyyat nəzərdə tutulur. Sovet dövrundə qramı 55 sovet qəpiyinə satılan zəfəran daha çox dövlət sifarişi ilə paylanırdı. Hazırda sovxozun, demək olar ki, bütün torpaqları əhaliyə paylanıb.

O illərdə Bilgəhdə quru buxar vasitəsilə zəfəranı qurudan xüsusi sex, zəfəran üzərində tədqiqat aparan elmi laboratoriya da vardı. Elə o zaman Bakıda bioloji elmlər doktoru Fikrət Abdullayev də fəaliyyət göstərib. Sonralar o, Meksikaya gedərək Mexiko Tibb Universitetinin «Eksperimental onkologiya» laboratoriyasına rəhbərlik edib. F.Abdullayev əmin idi ki, zəfəran xərçəng hüceyrələri ilə uğurlu mübarizə aparır. Onun bütün tədqiqatları zəfəran vasitəsi ilə xərçəngə qarşı dərman hazırlanmasına yönəlmişdi. Təəssüf ki, 2006-cı ildə alim dünyasını dəyişdi və tədqiqatlarını sona yetirə bilmədi.

Dünya zəfəran bazarının vəziyyəti

Zəfəran İspaniya,Yunanıstan, İtaliya, Hindistan, Əfqanıstan, Fransanın cənubu, Krım, Azərbaycanda yetişdirilir. Bəzi ərəb ölkələri, həmçinin Çin zəfəran istehsalını qurmağa çalışır. Burada Əfqanıstanın uğurları göz qabağındadır, taliblərin hakimiyyəti devriləndən sonra bu ölkədə «Zəfəran narkotiklərin əvəzinə» proqramı çərçivəsində əsil zəfəran bumu yaşanır. Əfqan kəndliləri heroin yetişdirməkdən imtina edərək Qərb dövlətlərinin dəstəyilə vur-tut 5-6 ilə zəfərançılıq sahəsində böyük uğurlar əldə ediblər. İndi Əfqanıstan dünya bazarında ildə bir tona yaxın qurudulmuş zəfəran satır.

Lakin dünya bazarına ən çox zəfəran çıxaran ölkə İrandır. Burada ildə 200-230 ton hazır məhsul istehsal edilir. İran zəfərançılığının ən ciddi problemi isə məhsulun lazımi qablaşdırmasının olmamasıdır, lakin bu sahə üzrə son 5-6 ildə dövlət inkişaf proqramı qəbul edildib. İranda zəfərançılıqla bağlı problemləri işıqlandıran informasiya strukturları, zəfəran istehsalçılarının müxtəlif qurumları, zəfəranı qablaşdıran infrastruktur yaradılıb. Son zamanlara qədər dünya zəfəran alverçiləri İran zəfəranının 1 kiloqramını 300 ABŞ dolları civarında alıb 10 dəfə baha satırdılar.

İranda alverçilərin yerli məhsulun ucuz və nəzarətsiz alışına qarşı mübarizə aparan Zəfəran İxracatçılar Birliyi də fəaliyyət göstərir, çünki məhsulun ucuz satılması yerli İran fermerlərini müflisləşdirir, ölkədə işsizliyi artırır. 2005-ci ildə Məşhəd şəhərində qeyri-dövlət Zəfəran İxracı İnkişaf Fondu da yaradılıb. Bu qurumu yerli şirkət və istehsalçılar İran zəfəranını dəyər-dəyməzinə alan nəhəng xarici monopoliyaların qarşısında davam gətirmək üçün yaradıb.

İranda zəfərançılığın dövlət inkişaf proqramının işinin nəticələri özünü artıq 2006-2007-ci illərdə göstərdi, yəni ölkədə zəfəranın qiymətini artırmaq mümkün oldu. Problemlərsiz də ötmədi. Qablaşdırılmış halda bir qədər bahalı zəfəranı almaq, görünür ki, zəfəran sahəsinə nəzarət edən təşkilatlara o qədər də əl vermir. Hazırda onlar əfqan zəfəranını dünya bazarına çıxarırlar. Əfqanlar özləri də, lazımı qədər zəfəranları olmasa da, İrandan qaçaqmalçılıq yolu ilə qablaşdırılmamış zəfəran alaraq onu həmin təşkilatlara satırlar.

İran KİV-lərinin məlumatına görə, zəfəran yetişdirən fermer təsərrüfatlarında 120 min insan çalışır. Orta hesabla da 1 hektar sahədən 2,5-6 kq. qurudulmuş məhsul yığılır. Ən yüksək göstərici isə İranın Xorasan əyalətində əldə edilir. Bu yerlərin zəfəranı öz keyfiyyətinə və müalicəvi xüsusiyyətlərinə görə dünyada adla tanınır.

İran KİV-lərinin zəfəran ixracı haqqında yaydığı məlumatlarda kifayət qədər ziddiyyətlər olsa da, bir məsələ tam aydındır: böyük ərazilərdə zəfəran yetişdirən İran məhsulun qablaşdırılması, reklamı və satışı ilə bağlı çoxlu problemlərlə üzləşir.

İrandan fərqli olaraq İspaniya xeyli az zəfəran yetişdirir, lakin onun məhsulu çox keyfiyyətli və bahadır. Elə həmin İran mənbələri bildirir ki, ispan şirkətləri yüksək keyfiyyətli Xorasan zəfəranını ucuz qiymətə alıb Avropa bazarında baha qiymətə ispan zəfəranı adı altında satırlar. İspaniya bu məsələyə çox ciddi yanaşır, bu bahalı ədviyyatın müalicəvi xassələrini laboratoriya şəraitində öyrənir və ən müasir üsulları tətbiq edir. Məsələn, ispanlar 1 hektar sahədən 20 kilo məhsul alırlar. Azərbaycan üzrə məlum olan ən yüksək göstərici 1878-ci ilə təsadüf edir – 11 kq. Hazırda isə həm İran, həm də Azərbaycanda 1 hektardan 5-6 kilodan artıq quru zəfəran almaq mümkün olmur.

Zəfərançılığın canlanması Abşeron əhalisinin işsizlik probleminə ciddi təsir edə bilər

Son zamanlar mətbuatda zəfərançılığın bərpası haqda çoxlu yazılara rast gəlinir. Zəfəran qeyri-neft sektorunun inkişafı proqramında, sözsüz ki, ən ümidverici sahələrdəndir. Zəfərançılığın canlanması ən azı Abşeron əhalisinin işsizlik probleminə ciddi təsir edə bilər. Abşeronda zəfərançılıq ənənələri güclüdür, lakin başqa bölgələrdə də sahəni inkişaf etdirmək olar. Ağcabədi, Ucar, Masallı kimi rayonlarda zəfəran yetişdirilir, lakin zəfəranın məhsuldarlıq və keyfiyyət məsələləri hələ kifayət qədər öyrənilməyib.

Zəfəran təssərrüfatlarının bərpası elə də çətin proses deyil, çünki Azərbaycanda bu məhsulun yetişdirilməsi üçün ideal şərait var. O, sulamaya ehtiyac duymur, yağışla qidalanır. Zəfəran əkinçiliyində heç bir kimyəvi maddənin tətbiqi mümkün deyil, bu halda soğanaqlar məhv olur və ya bitki gül açmır. Bu faktlar zəfəran tətqiqatları vasitəsiylə tam təsdiqlənib. Zəfəran ekoloji cəhətdən tam təmiz, müalicəvi bitkidir.

Lakin zəfəran istehsalının da öz çətinlikləri var. Hazırda ölkəmizdə kifayət qədər zəfəran soğanağı yoxdur. Soğanaqları xaricdən almaq lazım gələcək, bu da vaxt itkisi deməkdir. Zəfərançılıqla məşğul ola biləcək mütəxəssislərin sayı kifayət qədər deyil, dünya bazarında rəqabət apara biləcək təsərrüfatlar yaratmaq üçün zəfəran əkininə min hektarlarla torpaq sahələri ayırmaq tələb olunur. Ən yüksək keyfiyyətli zəfəran isə Abşeronun Bilgəh kəndində yetişdirilir. Bu zonada boş torpaq sahələrini zəfəran əkininə hazırlamaq və zəfərançılıqda böyük səriştəsi olan, lakin satış bazarı olmadığından məsələyə elə də əhəmiyyət verməyən yerli əhalini bu işə cəlb etmək lazımdır.

Zəfərançılığın inkişafıyla bağlı ən ciddi problem onun dünya bazarında satışı ilə əlaqəli olacaq. Yuxarıda deyildiyi kimi, zəfəran biznesinin də öz problemləri var. İspaniya bu ədviyyatdan dünya zəfəranının 95 faizini istehsal edən İrandan daha çox maliyyə qazanır, çünki zəfəranın reklamı və yüksək keyfiyyət standartlarını təmin edə bilib. Buna görə də heç zəfəranın istehsalına belə başlamadan bizim zəfəranın adının tanınması və brendinin yaradılması üzrə işlər görmək lazımdır. 5-6 ilə zəfəran təsərrüfatlarını bərpa etmək olar, lakin bu müddət dünyanın bizim zəfəranı tanıması üçün kifayət etməz. Bu işə elə bu gün, bu saat başlamaq lazımdır.

Əlbəttə, zəfəranın hətta ölkə daxilində təbliğinə də ehtiyac var, çünki əhalinin bir hissəsi bu məhsulun istehsalının azalması və onun daha ucuz ədviyyatlarla əvəzlənməsi səbəbindən zəfərandan uzaq düşüb. Hətta biz ildə yarım ton zəfəran istehsal edə bilsək belə, ən azı daxili bazardan keyfiyyətsiz İran zəfəranını sıxışdıra bilərik. Həm də Azərbaycanda turizmin inkişafı da zəfərana olan tələbatı artıra bilər. Zəfəranın ölkənin milli sərvəti olması haqda həm daxili, həm xarici imkanlardan istifadə edərək məlumatlandırma işi aparmaq əhəmiyyətlidir.

İnternetdə heç olmasa bircə zəfəran saytımızın işləməsi pis olmazdı

Təbliğat işinin necə təşkil edilməsi də əhəmiyyət kəsb edir. İnternetdə heç olmasa bircə zəfəran saytımızın işləməsi pis olmazdı. Sonralar onu zəfəran məsələsini daha ciddi araşdıran böyük quruma da çevirmək olar. Bu qurum zəfərançılığın tarixi ilə bağlı materialların toplanması və zəfəran ənənələri güclü ölkələrlə əməkdaşlıq məsələləri ilə məşğul olmalıdır. Təbii ki, çox belə sayt yaratmaq olar, sadəcə bununçun dövlətin kiçik qrantlarına ehtiyac duyulucaq. Bəlkə də turist şirkətləri bu məsələdə maraqlı olmalıdır, çünki zəfəran öz gözəlliyi ilə hər bir xarici qonağı ölkəmizə cəlb edə bilər.

Zəfəranı ixrac edən ölkələrdə zəfərana həm dövlətin, həm də zəfəran şirkətlərinin dəstəyi çox güclüdür: laboratoriyalar, institutlar, onlarla və yüzlərlə sayt, informasiya qurumları, QHT-lər bu məsələ ilə məşğuldurlar.

Azərbaycanın dünyada zəfəranla bağlı adının hallanması heç də futbol yığmasının Avropa və dünya çempionatlarında uğur qazanmasından geridə qalan məsələ deyil. Sadəcə bu sahədə uğur qazanmaq daha asan və daha gəlirlidir.

Zəfəranın mental əhəmiyyəti

Azərbaycan xalqının milli şüurunda zəfəran həmişə əmin-amanlıq və daxili rahatlıq rəmzi olub. Təsadüfi deyil ki, Bakının qədim gerbində belində zəfəran çiçəyi olan dəvə təsvir edilib. İndi belə vacib əhəmiyətli bitki diqqətdən kənarda qalır.

Yaxın gələcəkdə xalqın sərvətini ona qaytarmaq, zəfəranın əhali arasında təbliği, bu sahə üzrə böyuk bir arxiv yaratmaq, təhqiqatlar aparmaq əslində rahat həyata, sakitliyə və əsil firavanlığa dönüş olardı.



Müəllifin mövzu ilə əlaqədar digər yazılarına bax:

BƏNÖVŞƏYİ SARI ÇİÇƏK

KEÇMİŞ «ZƏFƏRAN» SOVXOZUNUN SABİQ DİREKTORU VAQİF ZEYNALOV: «ZƏFƏRAN HARAMÇILIĞI SEVMİR»


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir