Xəbərlər

SONUNCU İRAN ŞAHININ AZƏRBAYCANLI XANIMI FƏRƏH PƏHLƏVİNİN «XATİRƏLƏR»i BAKIDA NƏŞR OLUNUB

2008-02-08 - 15:39:00

Sonuncu İran şahının xanımı Fərəh Pəhləvi həmişə diqqət çəkən şəxsiyyətlərdəndir. Əslən azərbaycanlı (atası Naxçıvandan İrana mühacirət edib), qızlıq soyadı Diba olan Fərəh 1938-ci ildə Tehranda doğulub. Sorbon Universitetində təhsil alıb.

1959-cu ildə şah Məhəmməd Rza Pəhləvi ilə ailə qurub, 1967-ci ildə İran tarixində ilk tac qoyan qadın kimi Şahbanu tituluna layiq görülüb. 20 il ərzində ölkənin siyasi həyatında mühüm rol oynayan Şahbanu 1979-cu ildə baş verən islam inqilabı nəticəsində əri ilə Misirə gedib, Baham adalarında və Meksikada mühacirət həyatı yaşayıb. 1980-ci ildə şah vəfat edəndən sonra övladları Rza, Fərəhnaz, Əli Rza və Leyla ilə ABŞ-da məskunlaşan Fərəh xanın bütün həyatını «Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti» adı altında fransız dilində qələmə alıb. Bestsellere çevrilən bu kitab artıq dünyanın bir çox dillərində nəşr olunub.

Kitabı 2005-ci ildə «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin təklifi ilə dilimizə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı çevirmiş, xatirələrdən parçalar qəzetin səhifələrində çap olunmuş, böyük oxucu marağı doğurmuşdu. «Adiloğlu» nəşriyyatının nəfis tərtibatla oxuculara təqdim etdiyi bu nəşrin məsləhətçisi və ön sözünün müəllifi Rəşad Məcid, redaktoru Yusif Rzayev, texniki redaktoru Qalib Bayramov, bədii redaktoru Aydın Bağırovdur. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsi də verilib. Həmin müsahibədə o, rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.

N.Əbdülrəhmanlı «Media forum»a açıqlamasında deyib ki, Fərəh Pəhləvinin çox oxunaqlı dillə qələmə aldığı bu kitab İran tarixinin 50 illik bir dövrünə işıq salmaq baxımından da maraqlıdır: «Güman edirik ki, bu nəşr Fərəh Pəhləvinin şəxsiyyəti və həyatı, eləcə də İran tarixi ilə maraqlananlar üçün gözəl mənbə olacaq».

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

İş yerini neçə dəfə dəyişmisiniz?
1 iş yerim olub
2 iş yerim olub
3 iş yerim olub
3-dən çox iş yerim olub
        Rambler's Top100