Xəbərlər

TƏBRİZDƏKİ BAŞ KONSULUMUZ QƏRBİ AZƏRBAYCAN OSTANDARLIĞINDA OLUB

2007-08-17 - 11:08:00

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Ayxan Süleymanov İran İslam Respublikasının Qərbi Azərbaycan Ostandarlığına ikigünlük səfər edib.

AzərTAc-ın məlumatına görə, A.Süleymanov Urmiya şəhərində Qərbi Azərbaycan ostandarı Qurbani ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasında baş verən proseslər, əldə olunmuş iqtisadi uğurlar, ölkənin regionda qüdrətli dövlətə çevrilməsi, onun iştirak etdiyi beynəlxalq iqtisadi layihələr, Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi kökləri, işğal altındakı torpaqlarımızda ermənilərin məscidləri, müsəlman qəbirlərini, dini abidələri vəhşicəsinə dağıtması barədə danışılıb, mədəniyyətimizin, müsiqimizin, mətbəximizin mənimsənilməsinə cəhd göstərdiklərindən söz açılıb. Dünyada, o cümlədən İran ətrafında baş verən hadisələrə dair fikir mübadiləsi aparılıb.

Ostandar əməkdaşlığın genişləndirilməsində mədəni əlaqələrin rolunu vurğulayıb.

Baş konsul İranın ali dini rəhbərinin Qərbi Azərbaycan üzrə nümayəndəsi, Urmiya dini elmlər mədrəsəsinin rəisi, imam-cümə hüccətülislam Həsəni, Mədəniyyət və İslam İrşad, Mədəni Miras və Turizm nazirliklərinin Qərbi Azərbaycan baş idarələrinin rəisləri Azər Qaffari və Əştari ilə də görüşüb. Görüşlərdə mədəniyyət sahəsində ikitərəfli əlaqələrin, turist mübadiləsinin genişləndirilməsi imkanları araşdırılıb, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında vizasız rejimin imkanlarından yararlanmağın məqsədəuyğunluğu vurğulanıb.

Qərbi Azərbaycanın Ticarət, Sənaye və Mədən Palatasında, Təbriz traktor zavodunun Urmiya şöbəsində keçirilmiş görüşdə qarşılıqlı idxal-ixrac imkanları müzakirə edilib.

.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

        Rambler's Top100