Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

YEMƏLİ SƏMƏNİ

2007-03-19 - 21:11:00

İsmayıl İSMAYILOV
ismail_i@rambler.ru

Novruz gəlir. Bayramı qarşılamağa hazırlaşanların hərəsi bir işlə məşğul olur. Sovet dövrundə yaddan çıxmış ənənələr, çoxdan bişirilməmiş şirniyyatlar ildən-ilə yenidən həyatımıza qayıdır. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür.

Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Məsələ orasındadır ki, ildən-ilə artan şirniyyat və qənnadı sənayesində məhsulların çoxu bir neçə emal mərhələsi keçmiş, qenetik dəyişikliyə məruz qalmış xammaldan istifadə olunaraq hazırlanır.

Tanrının mükəmməl dəqiqliklə yaratdığı insan orqanizmi bu ziyanlı təsirlərin nəticəsində müxtəlif xəstəliklərlə üz-üzə qalır. Yüz milyonlarla insanın tutulduğu şəkər diabeti elə mədəaltı vəzinin funksiyasının və umumilikdə maddələr mübadiləsinin pozulması ilə bağlıdır.

Yer üzündə milyon tonlarla şəkər tozu istehsal olunur və əslində bu şəkər tozunun belə nəzarətsiz istifadəsi şəkər diabetinə aparan yoldur. İnsan orqanizmi daha çox təbii şəkərləri yaxşı mənimsəyir. Belə şəkərlər, məsələn, cücərmiş buğdada, doşabda, şirin biyan kökündə, yeralmasında, qurudulmuş meyvələrdə olur. Belə məshullardan istifadə edən insanların şəkər diabetinə tutulma şansı xeyri azalır və insan normal, sağlam həyat tərzi sürür.

Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır.

Folklorşünas alim Azad Nəbiyev hesab edir ki, Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var. Halvanı bişirmək üçün yüksək keyfiyyətli, çox da köhnə olmayan buğda tələb olunur. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğda dəfələrlə yuyulmalıdır ki, suda qalıb iylənmasin. Bir-iki gün belə yuyulduqdan sonra buğdanın şişdiyini müşahidə edirik, bundan sonra buğda bir də yuyulur və yaş torbanın içinə qoyulur. Burda da buğdanın yuyulması və nəmlənməsi davam etdirilir. Buğdanın keyfiyyətindən asılı olaraq bu proses 2-7 gün arasında davam edə bilər.

Bu prosesin sonunda xeyli miqdarda özündən rişə vermiş buğda alınacaq. Nəzərə almaq lazımdır ki, halvanın keyfiyyətli olması üçün rişələrin göyərməsinə imkan vermək lazım deyil. Lap sonda rişələnmiş buğdalar bir də yuyulur və ət maşınında çəkilir. Klassik variantda, yəni keçmişdə aydın məsələdir ki, onları ət maşınında çəkməyiblər, taxtadan

olan tabaqlarda buğdanı əzib südünü çıxarıb istifadə edərmişlər. İndi rahatlıq üçün ət maşınıda çəkilir. Ət maşınında çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Məhz bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir.

Başqa variant da var. Bəzi insanlar buğdanı çəkəndən sonra bir qazana töküb üzərinə bir az su əlavə edirlər və bir gün soyuducuda saxlayırlar (çox saxlamaq olmaz, çünki turşuyar). Sonra qazandakı qarışığı tənzifdən keçirirlər.

Daha sonra alınmış mayedə unu yoğururlar. Artıq səməni halvasını bişirmək olar. Bunun üçün mümkün qədər yekə mis və ya çuqun tava götürülür. Bundan əlavə halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti burnu olan ərsin deyilən mis əşyadan istifadə edilir. Ərsin yoxdursa, onu əvəz edə bilən başqa alət gərəkdir. Əslində isə ərsinin olması çox vacibdir, çünki səməni halvası çox uzun müddətə əmələ gəlir və halvanı qarışdırmaq üçün ərsinin olmaması bu işi yerinə yetirən insanı yersiz əsəbləşdirir.

Beləliklə, səməni halvası mis tavada ərsin vasitəsilə daim qarışdırlmaqla hazırlanır. Halva yanmasın deyə ara-sıra halvanın altına kərə yağı vurulur. Bu qarışdırma prosesi 4-8 saatacan çəkə bilər. Sona yaxın xəmir qəhvəyi rəngə çalır.

Halva hazır olduqdan sonra ona doşab, bir qədər xırdalanmış qoz ləpəsi və müxtəlif ədviyyələr vurulur. Deyirlər ki, səməni və ya İsfahan halvasına bütün ədviyyələrdən bir qədər vurmaq lazımdır. Vurulması vacib olan ədviyyələr bunlardır: mixək, darçın, zəncəfil, qara istiot, sarıkök, zirə, cirə, razyana. Əl altda olan başqa ədviyyələrdən də qatmaq olar. Məsələn, cöhüz, qara çörəkotu, keşniş tumu və s. Maraqlıdır ki, bütün ədviyyələrin qatılması təklif olunsa da, səməni halvasına zəfəranın qatılması məsləhət bilinmir. Ola bilər ki, bu, zəfəranın başqa ədviyyələri sevməməsi və əsasən təklikdə yeməklərə qatılması ilə bağlıdır.

Bütün qarışıqlar halvaya qıtılandan sonra onu qoğal formasına salıb açıq yerə sərirlər. Ortasına də bəzək üçün qoz ləpəsi düzürlər. Səməni halvası artıq hazırdır.

Kulinariya dərsliklərində təklif olunan nisbətlər aşağıdakıdır: Buğda – 100 q., 1-ci növ buğda unu – 500 q., ərinmiş yağ – 100q., doşab – 200q., qoz ləpəsi – 100q., cirə – 2 q., istiot – 1q., darçın – 2q., razyana – 1q.

Səməni halvası ilə bağlı bəzi mərasimlər də olub. Məsələn, böyük çillənin başlanğıcında insanlar qışdan qorxmadıqlarını nümayiş etdirməkçün səməni halvası bişirərmişlər. Halvanın ununu 7 evdən götürərmişlər. Bişirəndə içinə badam, olmadıqda isə fındıq qoyarmışlar. Elə əsl mərasim də bundan sonra başlarmış. Qadınlar səməni tavasının başına dolanıb yallı gedər və səs-səsə verib oxuyarmışlar:

Səməni, saxla məni,
İldə cücərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam.
Səməni, bezana gəlmişəm,
Uzana-uzana gəlmişəm.

Halva hazır olandan sonra onu evlərə paylayarmışlar və çalışarmışlar ki, hər evə halvadakı badamdan pay düşsün, çünki xalq buna xeyir-bərəkət rəmzi kimi baxarmış.

 Fotolar müəllifindir

 
 
 
 
 
 
 


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir