|
 |
İdman
 |
“BEŞİKTAŞ” İSTANBULDA UDUZDU
2010-10-22 - 09:46:00 UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü tur arxada qalıb. Türkiyə təmsilçisi – İstanbulun “Beşiktaş” komandası oktyabrın 21-i L qrupunda keçirdiyi oyunda məğlub olub. “Beşiktaş” İstanbulda Portuqaliyanın “Portu” komandasına boyun əyib – 1:3. Qonaq komanda 43-cü dəqiqədən 10, 89-cu dəqiqədən 9 nəfərlə mübarizə aparıb. Əvvəl Maykon, daha sonra Fernandu meydandan qovulublar.
Qrupun digər oyununda da ev sahibi uğursuzluğa düçar olub. Bolqarıstanın SSKA komandası Avstriya “Rapid”inə 0:2 ...
|
 |
“BURSASPOR” YENƏ XALSIZ və QOLSUZ QALDI
2010-10-21 - 09:28:00 UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun oyunları başa çatıb. Türkiyənin “Bursaspor” komandası oktyabrın 20-si İngiltərədə keçirdiyi oyunda “Mançester Yunayted”ə məğlub olub – 0:1. C qrupunun digər matçı Şotlandiya paytaxtı Qlazqoda keçirilib. Yerli “Reyncers”lə ispan “Valensiya”sı hərəyə 1 top vuraraq xalları bölüblər.
3 turdan sonra “Mançester Yunayted” 7 xalla qrupda ilk pilləni tutur. “Reyncers”in 5, “Valensiya”nın 4 xalı var. Xalsız və qolsuz “Bursaspor” isə sonuncu yerdə ...
|
 |
TÜRKİYƏ AZƏRBAYCANDA 3 XAL QOYUB GETDİ (Avropa çempionatı seçmə mərhələsinin bütün qruplarında turnir vəziyyəti)
2010-10-13 - 09:16:00 2012-ci il Avropa çempionatının seçmə mərhələsində yarışan Azərbaycan milli futbol komandası oktyabrın 12-də A qrupunun favoritlərindən olan Türkiyə millisini məğlub edib. Bakıda, Respublika stadionunda keçirilən matçda Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun vurduğu qol yeganə olub - 1:0. Bu, Azərbaycan milli komandasının Türkiyə üzərində ilk qələbəsidir.
A qrupunun digər iki matçında isə üst-üstə 11 qol vurulub. Almaniya Qazaxıstan səfərində rəqibinə şans verməyib - 3:0. Belçika - Avs ...
|
 |
AZƏRBAYCAN AVSTRİYADA, TÜRKİYƏ ALMANİYADA MƏĞLUB OLDU
2010-10-09 - 14:32:00 Oktyabrın 8-də Avropa futbol çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. A qrupunda yarışan Azərbaycan milli komandası Vyanada Avstriya millisinə 0:3 hesabı ilə uduzub. Türkiyə yığması da həmin hesabla uduzub. Onlar Berlində Almaniya milli komandasına yeniliblər. Belçika isə səfərdə Qazaxıstandan üstün olub – 2:0.
...
|
 |
“BEŞİKTAŞ” AVSTRİYADA ZƏFƏR QAZANDI
2010-10-01 - 10:16:00 UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. Türkiyənin turnirdə yeganə təmsilçisi – İstanbulun “Beşiktaş” komandası sentyabrın 30-u L qrupunda keçirdiyi oyunda qalib gəlib. “Beşiktaş” səfərdə Avstriya “Rapid”indən üstün olub – 2:1.
İki turdan sonra türklər 6 xalla 4 komanda arasında 2-ci yerdə qərarlaşıblar. ...
|
 |
TÜRKLƏR ŞOTLANDİYADAN ƏLİBOŞ DÖNDÜ
2010-09-30 - 09:46:00 Türkiyənin “Bursaspor” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununu keçirib. Sentyabrın 29-da Şotlandiya paytaxtı Qlazqoda “Reyncers”in qonağı olan türklər 0:1 hesabi ilə uduzublar.
C qrupunun digər matçında da həmin hesab qeydə alınıb – İngiltərənin “Mançester Yunayted” komandası səfərdə ispan “Valensiya”sından üstün olub. ...
|
 |
“BEŞİKTAŞ” QƏLƏBƏ ÇALDI
2010-09-17 - 09:27:00 UEFA Avropa Liqasının qrup mərhələsi start götürüb. Türkiyənin turnirdə yeganə təmsilçisi – İstanbulun “Beşiktaş” komandası sentyabrın 16-sı L qrupunda keçirdiyi ilk oyunda qalib gəlib. “Beşiktaş” evdə Bolqarıstan paytaxtının SSKA komandasından üstün olub – 1:0.
Qrupun digər oyununda Potuqaliyanın “Portu” komandası öz meydanında Avstriya “Rapid”inin qapısına 3 cavabsız top vurub. ...
|
 |
BURSADA UĞURSUZ DEBÜT
2010-09-15 - 09:35:00 Türkiyənin “Bursaspor” komandasının UEFA Çempionlar Liqasında debütü uğursuz alınıb. Sentyabrın 14-ü qrup mərhələsinin ilk turunda “Valensiya”nı qəbul edən türklər ağır məğlubiyyətlə üzləşiblər. İspanlar Bursada 4 cavabsız top vurublar.
May ayında Türkiyə çempionu titulunu qazanmış “Bursaspor” indiyədək Avropa arenasında üç dəfə çıxış etmişdi - 1974/75 və 1986/87 mövsümlərində Kuboklar kubokunda, 1995-ci ildə İntertoto kubokunda.
...
|
“09” İXTİSARA DÜŞDÜ, OLDU “ŞUŞA”
2010-09-13 - 14:10:00 Azərbaycan milli futbol çempionatının debütantı – bu mövsümdən I Divizionda çıxış edən “Şuşa-09” komandası adında dəyişiklik aparıb. İndi komanda “Şuşa” adlanır. İşğal altında olan şəhəri təmsil edən futbol klubu ötən ilin iyununda təsis olunarkən Ədliyyə Nazirliyində “Şuşa-09” kimi qeydə alınmışdı. Klubun prezidenti Azəri Hüseynov sentyabrın 13-də “Media forum” saytına açıqlamasında deyib ki, komandanın adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nə ...
|
 |
MÖCÜZƏ OLMADI: ALMANİYA - AZƏRBAYCAN 6:1
2010-09-08 - 09:33:00
Sentyabrın 7-də 2012-ci il Avropa futbol çempionatının seçmə mərhələsində ilk oyununa çıxan Azərbaycan milli komandası Almaniya yığması önündə aciz qalıb. Kölndə keçirilən matç meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin yer aldığ A qrupunda Türkiyə - Belçika qarşılaşmasında 3:2, Avstriya - Qazaxıstan görüşündə 2:0 hesabı qeydə alınıb.
B qrupu
Rusiya - Slovakiya 0:1 Makedoniya - Ermənistan 2:2İrlandiya - Andorra 3:1
C qrupu
Serbiya - Sloveniya 1:1İta ...
|
 |
SEÇMƏ MƏRHƏLƏ: SENTYABRIN 3-də KEÇİRİLMİŞ OYUNLARIN NƏTİCƏLƏRİ
2010-09-04 - 16:21:00 “Media forum” saytı 2012-ci il Avropa futbol çempionatının seçmə mərhələsində sentyabrın 3-də keçirilmiş oyunların nəticələrini təqdim edir.
A qrupu
Belçika - Almaniya - 0:1Qazaxıstan - Türkiyə - 0:3
B qrupu
Andorra - Rusiya - 0:2 Slovakiya - Makedoniya - 1:0Ermənistan - İrlandiya - 0:1
C qrupu
Estoniya - İtaliya - 1:2Sloveniya - Ş.İrlandiya - 0:1Farer ad. - Serbiya - 0:3
D qrupu
Fransa - Belarus - 0:1Rumıniya - Albaniya - 1:1Lüksemburq - Bosniya - 0:3
E qrupu
İsveç - Macarıst ...
|
“ŞUŞA-09” FUTBOL KLUBUNUN PREZİDENTİ: “ƏN BÖYÜK ARZUMUZ RƏQİBLƏRİMİZİ ŞUŞADA QƏBUL ETMƏKDİR”
2010-09-01 - 13:20:00 2010-2011 mövsümündən Azərbaycanın milli futbol çempionatının I Divizionunda yeni komanda – “Şuşa-09” mübarizə aparacaq. İşğal altında olan şəhəri təmsil edən futbol klubu ötən ilin iyununda təsis olunub və bu ildən aşağı liqada oynamaq hüququ qazanıb.
“Şuşa-09”un təsisçisi, klubun prezidenti Azəri Hüseynov “Media forum” saytına açıqlamasında deyib ki, komandanın sükanı arxasında məşqçilər şurası dayanacaq. Klubun prezidenti kimi məşqçilər şurasının üzvləri də şuşalılardır – Əvəz Məmmədov və Ə ...
|
 |
AVROPA LİQASI: “BEŞİKTAŞ”ın RƏQİBLƏRİ BƏLLİ OLDU
2010-08-27 - 17:12:00 Avqustun 27-si Monakoda UEFA Avropa Liqası qrup mərhələsinin püşkü atılıb.
“Media forum” saytı xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi – İstanbulun “Beşiktaş” komandası L qrupuna düşüb. Onun rəqibləri Potuqaliyanın “Portu”, Bolqarıstanın SSKA və Avstriyanın “Rapid” klublarıdır. ...
|
 |
237 KOMANDADAN 80-ni MÜBARİZƏNİ DAVAM ETDİRİR
2010-08-27 - 14:57:00 Avropanın klub futbol turnirlərində ələmə mərhələləri arxada qalıb. “Media forum” saytı xəbər verir ki, bu mövsüm turnirlərə vəsiqə almış 237 komandadan hazırda 80-ni mübarizəni davam etdirir. Onların 32-si Çempionlar Liqasının, 48-i Avropa Liqasının qrup mərhələsində yarışacaq.
Azərbaycan da daxil olmaqla 53 UEFA üzvündən 25-nin bütün təmsilçiləri klub turnirləri ilə vidalaşıb. Yalnız 3 ölkənin – İspaniya (7 komanda), İtaliya (7) və Almaniyanın (6) bütün klubları ayaq üstə qalmağı bacarıb. İn ...
|
 |
“QARABAĞ”, “TRABZONSPOR”, “FƏNƏRBAXÇA” və “QALATASARAY” AVROPA LİQASINDAN ÜZÜLDÜLƏR
2010-08-27 - 09:36:00 Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Avqustun 26-sı Bakıda dördüncü mərhələnin cavab oyununu keçirən ağdamlılar Almaniyanın “Borussiya” komandasına 0:1 hesabı ilə uduzublar. İlk oyunda da almanlar üstün olmuşdular – 0:4.
Turnirdə mübarizə aparan 4 Türkiyə komandasından 3-ü dünən uğursuzluğa məruz qalıb. “Trabzonspor” öz meydanında İngiltərə “Liverpul”una məğlub olub – 1:2 (ilk oyun 0:1). “Fənərbaxça” İstanbulda Yunanıstanın PAOK, “Qalatasaray” Lvovda Ukraynan ...
|
 |
ALMANİYADA “QARABAĞ” ZÜLMÜ
2010-08-20 - 09:26:00 Avqustun 19-u UEFA Avropa Liqasının dördüncü mərhələsində ilk oyununu keçirən Ağdamın “Qarabağ” komandası səfərdə ağır məğlubiyyətlə üzləşib. Almaniyanın Dortmund şəhərində yerli “Borussiya”nın qonağı olan “Qarabağ” qapısından 4 cavabsız top buraxıb.
Bu mərhələdə mübarizə aparan Türkiyə komandaları da dünən azarkeşlərini məyus ediblər. “Fənərbaxça” PAOK-a (Yunanıstan), “Trabzonspor” “Liverpul”a uduzub. Hər iki oyunda 1:0 hesabı qeydə alınıb. “Qalatasaray” isə İstanbulda “Karpatı”nın (Ukrayna) ...
|
“QARABAĞ” və “BORUSSİYA” BAŞ MƏŞQÇİLƏRİNİN SON AÇIQLAMALARI
2010-08-18 - 19:06:00 UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Borussiya” (Dortmund) - “Qarabağ” (Ağdam) oyunu ərəfəsində mətbuat konfransı olub. Dortmundun (Almaniya) “Siqnal İduna Park” stadionunda jurnalistlər qarşısına çıxan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib: “Borussiya” klubunun uğurlarından xəbərdarıq, dortmundlular çox güclü azarkeş dəstəyinə malikdirlər”. Görüşün maraqlı keçəcəyinə inandığını bildirən Qurban Qurbanov “Qarabağ”ın sona qədər mübarizə aparacağını və təslim olmayacağı ...
|
 |
“QARABAĞ” NÖVBƏTİ MƏRHƏLƏDƏ
2010-07-23 - 11:45:00
Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının ikinci təsnifat mərhələsini adlayıb.
Səfərdə keçirdiyi ilk matçda Şimali İrlandiyanın “Portadaun” komandasına qalib gəlmiş (2:1) ağdamlılar iyulun 22-si Bakıda rəqiblə heç-heçə oynayıblar. “Qarabağ” növbəti mərhələdə Polşanın “Visla” klubu ilə üz-üzə gələcək.
“Bakı” komandası səfərdə Çernoqoriyanın “Buduçnost” komandasını məğlub etsə də (2:1), turnirdən kənar qalıb. Azərbaycan paytaxtındakı ilk oyuna görə “Bakı”ya 0:3 hesablı texniki məğ ...
|
 |
UEFA-dan SƏRT CƏZA. “BAKI” KLUBU KAMERUNLU FUTBOLÇUNUN GÜDAZINA GETDİ
2010-07-22 - 17:04:00 Avropa Liqasının ikinci təsnifat mərhələsində “Bakı” klubunun Çernoqoriya təmsilçisi “Buduçnost”la ilk oyununun nəticəsi ləğv olunub. “Apasport.az” saytının məlumatına görə, paytaxt komandasının iyulun 15-i Bakıda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənib. Buna “Bakı”nın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub.2006/07 mövsümündə “İraklis”də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun “Visla” (Polşa) ilə ilk görüşündə qırmızı vərə ...
|
AZƏRBAYCAN ÇEMPİONU POLŞADA ƏVƏZ ÇIXDI, AMMA MƏRHƏLƏDƏN ÇIXA BİLMƏDİ
2010-07-22 - 10:10:00 UEFA Çempionlar Liqasında ikinci mərhələ başa çatıb. İyulun 13-ü Bakıda keçirdiyi ilk oyunda Polşanın “Lex” komandasına 0:1 hesabı ilə uduzmuş Azərbaycan çempionu “İnter” cavab görüşündə gözlənilməz nəticə göstərib. İyulun 21-də keçirilən oyunun əsas və əlavə vaxtı Bakı klubunun qələbəsi ilə başa çatıb – 1:0. Polyaklar yalnız gərgin keçən penalti seriyasında sevinə biliblər – 9:8. ...
|
|
 |
ƏLDƏ TELEFON NÖMRƏSİ 2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi?
“Azercell” şir
ardı >>>
“DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur.
O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər
ardı >>>
BAĞIŞLAMASA YAXŞIDIR2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU
Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi
ardı >>>
ƏQL və DİN2012-05-10 - 13:08:00
Mail YAQUB
Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Əql və din münasibətlər
ardı >>>
|