![]() |
|
Rza Dağıstani |
İranda fəaliyyət göstərən azərbaycanlı jurnalist, «Çənlibel» tələbə jurnalının baş redaktoru Rza Dağıstani separat və pantürkçü qrupları ilə əlaqədə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq Urmiya İnqilab Məhkəməsi tərəfindən 8 aylıq şərti həbs cəzasına məhkum edilib.
«Media forum» saytının məlumatına görə, Sulduz (hazırda Nəqədə adlanır) şəhərinin Pəyami-Nur Universitetinin psixologiya ixtisası üzrə axırıncı kurs tələbəsi olan R.Dağıstani bu il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə milli zəmində apardığı fəaliyyətinə görə ETTELAAT-ın Urmiya idarəsinin əməkdaşları tərəfindən tutularaq 27 gün təcridxanada saxlanmış, 40 milyon tümənlik (təxmnən 40 min dollar) mülk girovu müqabilində azadlığa buraxılmışdı.


































