Elyaz Yekənli
«Media forum» saytı xəbər verir ki, iki ay öncə bir illik həbsdən sonra azadlığa buraxılan E.Yekənli bir neçə gün əvvəl İranın Qərbi Azərbaycan Məzunlar Ocağı Gənclər Komitəsinin dəvəti ilə düzənlənmiş bir tədbirdə iştirak edib. Milli fəalın həmin tədbirdə azərbaycanlıların tapdanmış milli hüquqları və azərbaycanlı siyasi məhbusların həbsxanalarda işgəncələrə məruz qalması mövzusunda etdiyi çıxışa görə qəzəbə gəldiyi bildirilir.

Güney mənbələrinin yaydığı digər bir məlumata görə, Ərdəbil İnqilab Məhkəməsi tanınmış milli fəal Əli Abbasini casusluqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandıraraq ona 11 il həbs cəzası kəsib.
Hazırda Ərdəbil Mərkəzi Zindanının 7-ci korpusunda saxlandığı bildirilən Ə.Abbasini ötən il ETTELAAT əməkdaşları tutaraq 38 gün müddətində ən ağır işgəncələrə məruz qoymuşdular.

































