«Media forum» xəbər verir ki, büdcəyə düzəlişin təşəbbüskarı Demokrat Partiyasının üzvü, İran hökumətinə qarşı sərt mövqeyi ilə tanınan senator Cozef Libermandır. Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının demokrat və respublikaçı üzvləri də Senatın qəbul etdiyi qərara yekdilliklə səs veriblər. Senatda bu düzəliş 97 səslə qəbul olunub. Senatın 100 üzvü var.
Düzəlişdə bildirilir ki, İraq üsyançıları İranda istehsal edilmiş silahlarla bu günə qədər 170 ABŞ əsgərini qətlə yetiriblər. Senator C.Liberman Ağ evi İrana qarşı mümkün müdaxiləyə hazır olmağa da çağırıb.
Respublikaçı senator Con Makkeyn də İranı «Hizbullah» və İnqilab Keşikçiləri Korpusunun («Sepah») ayrıca qanadı olan Qüds ordusu vasitəsilə ABŞ-ın İraqdakı qüvvələrinə qarşı təxribatlar törətməkdə günahlandırıb.

































