Həmin gün Urmiyada da həbslər aparılıb. ETTELAAT-çılar İsmayıl Cavadi, Əhməd Qureyşi, Əbülfəzl Alilu, Məhərrəm Hüseyni Kiyanı saxlayıblar. Sonuncunun iki oğlu da tutulub.
Qum şəhərində isə ETTELAAT-ın yerli şöbəsinin məmurları şəhərin milli fəalları İbrahim Kazimi və Cəfər Abedinini saxlayıblar. Onlara hansısa zəhərli mayenin zorən içizdirilməsi və bundan səhhətlərində dərhal problem yaranması xəbəri də verilir. C.Abedini sonradan ailəsinin qoyduğu girov müqabilində müvəqqəti sərbəst buraxılsa da, İ.Kazimi hələ də həbsdədir.
Məlumatda habelə bildirilir ki, Azərbaycan universitetlərinin bütün tələbələri Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tədbirlər keçirməyə hazırlaşır, bəyanat və bildirişlər yayaraq əhalini bu günə biganə qalmamağa çağırırlar. Onlar xəbərdarlıq ediblər ki, hakimiyyət dinc tədbirlərin keçirilməsinə mane olsa, həmin gün dərslərə girməyəcəklər.

































