![]() |
|
Həsən Əsədi |
Həsən Əsədidən başqa tutulanların adları hələlik açıqlanmasa da, onların ETTELAAT-ın Ərdəbil həbsxanasında saxlandığı və dindirilmədə işgəncəyə məruz qaldıqları bildirilir.
Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, ETTELAAT-ın Əhər şəhər şöbəsinin həbsxanasında saxlanılan bəzi azərbaycanlı siyasi məhbuslar, o cümlədən Səid Məhəmmədi və Səid Bidoxt nəzarətçilər tərəfindən vəhşicəsinə döyüldükləri üçün aclıq aksiyasına başlayıblar.


































