Xəbərlər

DEPUTAT HƏVVA MƏMMƏDOVA NAMİZƏD OLMADI

2010-10-08 - 16:45:00

Həvva Məmmədova

Milli Məclisin daha bir bitərəf deputatı 7 noyabr parlament seçkisində iştirak etməmək qərarı verib. “Media forum” saytının məlumatına görə, 2005-ci ildə 122 saylı Xankəndi seçki dairəsindən seçilən Həvva Məmmədova namizədliyini irəli sürməyib.

H.Məmmədova sentyabrın 24-də “Media forum” saytına açıqlamasında demişdi ki, namizədliyini yenə 122 saylı Xankəndi dairəsindən irəli sürəcək. Lakin namizədliyin irəli sürülməsi mərhələsi başa çatsa da, Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin saytında yerləşdirilən siyahıda H.Məmmədovanın adı yoxdur.

122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Allahverdi Dolxanov “Media forum” saytına açıqlamasında deyib ki, H.Məmmədova DSK-ya müraciət etməyib. H.Məmmədova “Media forum”a açıqlamasında yenidən namizədliyini irəli sürmədiyini təsdiqləyib, lakin bunun səbəbləri haqda heç nə deməyib.

Həvva Məmmədova 1958-ci ildə Bərdədə anadan olub. Xankəndi Pedaqoji İnstitutunu və indiki Dövlət İdarəçilik Akademiyasını bitirib. Tarix elmləri namizədidir.

1980-1990-cı illərdə Xankəndidə orta məktəb müəllimi işləyib. 1993-cü ildən Dövlət İdarəçilik Akademiyasında çalışır. Tarix kafedrasının müəllimidir.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-04-23Manat
1 Avro1.0837
1 ABŞ dolları0.7843
1 Rusiya rublu0.022
1 Türk lirəsi0.3663

Hava proqnozu

Bakı+11 .. +25oC 
Gəncə+12 .. +25oC 
Lənkəran+9 .. +22oC 
Naxçıvan+10 .. +27oC 
Quba+10 .. +23oC 
Sumqayıt+10 .. +24oC 
Şəki+9 .. +22oC 
Zaqatala+11 .. +24oC 

Arxiv

        Rambler's Top100