Xəbərlər

MİLLİ NET 2009 MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ AÇIQLANIB

2009-09-30 - 16:01:00



Bu gün Azərbaycan İnternet Forumu Milli Net – Milli İnternet Mükafatı üzrə müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirib.

“Media forum” xəbər verir ki, AİF prezidenti, müsabiqənin təşkilat komitəsinin nümayəndəsi Osman Gündüz mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycandilli milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib. Müsabiqəni HP, “Azercell”, “Delta Telecom” şirkətləri dəstəkləyir.

İki mərhələdə keçiriləcək səsverməni internet mütəxəssislərdən ibarət münsiflər heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. İnternet istifadəçilərinin səsvermə prosesində iştirakı qadağandır, lakin onların qeydiyyatdan keçərək müsabiqəyə buraxılan saytlara şərh vermək imkanları olacaq.

Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq və www.millinet.az saytında yerləşdiriləcək.

Milli Net 2009 müsabiqəsində iştirak etmək istəyənlər oktyabrın 1-dən başlayaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100