«Azadlıq» radiosu xəbər verir ki, mayın 1-də Ümumdünya Tələbə Günü qeyd olunur. Bununla əlaqədar bütün ölkələrdən olan tələbələr universitetdə öz sərgilərini düzənləyib. Ermənistanla Azərbaycanın sərgiləri yan-yana qurulub və davaya səbəb ermənilərin Dağlıq Qarabağ separatçılarının «bayrağını» qaldırması olub. Bu, azərbaycanlı tələbələrin etirazına səbəb olub və münaqişə odlu silah tətbiq edilməklə davaya keçib. Nəticədə bir azərbaycanlı tələbə yaralanıb və xəstəxanaya aparılıb.
«Newsru.com»un yaydığı məlumata görə, yaralanmış gənc 21 yaşlı Ağəli Alışovdur. Davada ümumilikdə 100-ə yaxın adamın iştirak etdiyi bildirilir.
|
«Newsru.com»un davadan yaydığı şəkillər |
![]() |
![]() |



































