![]() |
|
Hadi Musəvi |
A.Qaradağlının sözlərinə görə, H.Musəvi aprelin 11-də axşam saat 22 radələrində təyyarə ilə Azərbaycandan İrana deportasiya edilib. O, Tehrana göndərilib.
A.Qaradağlı H.Musəvi barəsində mlli məsələyə görə İranda cinayət işi qaldırıldığını və onun həbs ediləcəyini bildirir.
Xatırladaq ki, H.Musəvi aprelin 7-də saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə H.Musəviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. Musəvi komitənin qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb.
H.Musəvi Güney Azərbaycanın Kəleybər şəhərində yaşayıb. O, İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə Bakıya gəlmişdi.
«Media forum»
Mövzu ilə əlaqədar bax:
AZƏRBAYCAN MİQRASİYA KOMİTƏSİ GÜNEYLİ MİLLİ FƏALI İRANA TƏHVİL VERMƏK İSTƏYİR
HADİ MUSƏVİ AZƏRBAYCANDAN ÇIXARILACAQ
VƏKİLİ HADİ MUSƏVİNİN İŞİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERƏ BİLMİR


































