«Turan» agentliyinin məlumatına görə, 200-ə yaxın DEVAMM təmsilçisi ilk olaraq saat 11 radələrində Şəhidlər Xiyabanını ziyarət edib. Burda onlar sionizmi və müsəlmanlara qarşı zorakı hərəkətləri pisləyən şüarlar səsləndiriblər, həmçinin islamofobiya meyillərinə, Məhəmməd peyğəmbərin karikaturalarını çəkənlərə etirazlarını bildiriblər.
Bundan bir saat sonra DEVAMM üzvləri İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında toplaşıblar. Səfirliyin qarşısında keçirilən aksiyada «Dinc fələstinliləri öldürməyə son qoyun!» şüarı səsləndirilib. Tədbir başa çatandan sonra polis 7 nəfəri saxlayıb.
DEVAMM üzvləri Fransa Milli Assambleyasının qəbul etdiyi, «erməni soyqırımı»nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinə öz münasibətlərini bildirmək məqsədilə saat 13-də Fransanın səfirliyi qarşısında da aksiya keçirməyə cəhd göstəriblər. Səfirliyin yaxınlığında polislə aksiyaçılar arasında qarşıdurma olub. Şüarlar səslənməyə başlayandan sonra polis aksiyanı dağıdıb.
Bir saat sonra bir qrup naməlum şəxs İsrail səfirliyi qarşısında aksiya keçirmək istəyib. Lakin polis buna imkan verməyib.
Xatırladaq ki, «Qüds günü» ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan bu cür təbdirlər hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.
|
İsrail səfirliyi qarşısında |
![]() |
![]() |
![]() |
|
Fransa səfirliyi qarşısında |
![]() |
![]() |
![]() |
![]() |
![]() |














_1.jpg)
_1.jpg)
_1.jpg)

_1.jpg)






















