Türkiyə və Azərbaycan diasporunun nümayəndələri oktyabrın 12-də Fransanın Çexiyadakı səfirliyi qarşısında aksiya keçiriblər. Fransa parlamentinin aşağı palatasının «erməni soyqırımı»nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə etiraz olaraq ağızlarını qırmızı lentlə bağlayan aksiya iştirakçıları 15 dəqiqə ərzində səfirliyin binası qarşısında əl çalmaqla diqqəti cəlb ediblər.
Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərovun «Media forum»a bildirdiyinə görə, fransız, erməni və türk dilində yazılan «Erməni terroru» kitabı və erməni terrorunu təsdiqləyən faktları əks etdirən CD səfirliyin əməkdaşına təqdim olunub.
E.Nəzərov onu da bildirib ki, gələn ilin fevralından başlayaraq Azər-Çex Cəmiyyəti Çexiya ərazisində Xocalı faciəsi ilə bağlı 3 ay ərzində geniş sərgi və seminarlar keçirəcək.