Azərbaycan gecəsində rejissor İqbal Məmmədəliyevin çəkdiyi «Azərbaycan əbədi yol» adlı sənədli filmi göstəriləcək, Azərbaycan mədəniyyətinin dostlarından olan Miro Smolaka «Dolfin Kaspius» (Delphin Caspius) mükafatı təqdim olunacaq, əməkdar artist Tünzalə Ağayeva konsert proqrammı ilə çıxış edəcək. Bundan başqa, tədbirdə Azərbaycan mətbəxinin təqdimatı da nəzərdə tutulub.
Tədbirdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Azərbaycan və Çexiyanın dövlət rəsmilərinin iştirakı gözlənilir.
Sentyabrın 23-də isə müğənni T.Ağayeva 6 nəfərlik qrup üzvləri ilə birlikdə Usti nad Labem şəhərindəki «Barevna Planeta»beynəlxalq musiqi festifalında çıxış edəcək. Festifal şəhərin mərkəzi meydanında keçiriləcək. T.Ağayevanın çıxışı festival proqramına «Azər-Çex» Cəmiyyətinin sədri Elşən Nəzərovun təşəbbüsü ilə salınıb. Festivalda ən çox vaxt da Azərbaycan musiqiçlərinin çıxışına ayrılıb.

































