
Bu gün Çexiyanın Brno şəhərində Dağlıq Qarabağ konfliktinə həsr olunmuş tədbir keçirilib.
Çexiyanın NESEHNUTİ qeyri-hökümət təşkilatının təşkil etdiyi dəyirmi masada Azərbaycanı Azər-Çex Cəmiyyətinin sədri Dr.Elşən S. Nəzərəv və Qarabağ əlili Fuad Alxasov təmsil ediblər.
Erməni tərəfdən isə tədbirə «Nairi» qəzetinin baş redaktoru Mariya Sarkisyan və Erməni Evi təşkilatından Qrant Sarkisyan dəvət olunub.
Tədbir hər iki ölkənin milli xörəklərinin təqdimatı ilə başlayıb. Çoxsaylı iştirakçıların və KİV nümayəndələrinin diqqətini daha çox Azərbaycan milli xörəkləri çəkib.
Bundan sonra Avropa Birliyinin dəstəyi ilə çəkilmiş "Azərbaycan və Ermənistan-müharibə və sülh arasında” sənədli filmə baxış keçirilib. Hər iki tərəfin nümayəndələri çıxış edərək auditoriyanın suallarını cavablandırıblar.
Erməni tərəfi həmişə olduğu kimi, Qarabağın tarixi haqda iştirakçılara yanlış məlumat verməyə cəhd göstərib, lakin buna nail ola bilməyiblər. Xocalı faciəsi, torpaqlarımızın 20 faizdən zoxunun zəbt olunmasını əks etdirən foto-video materiallar nümayiş olunduqdan sonra ermənilər diskusiyaları yarımçıq tərk ediblər.
Qeyd edək ki, Azər-Çex Cəmiyyəti Qarabağ probleminə həsr olunmuş kütləvi tədbirləri mütəmadi keçirməklə Ermənistanın təcavüzkar dövlət olduğunu Çex ictimaiyyətinə çatdırır. Təşkilat Çexiya parlamentində qondarma erməni soyqırımının tanınmasının qarşısını almağı qarşısına məqsəd qoyub.
![]() |
![]() |
![]() |




































