Xəbərlər

SƏNAN ƏLİZADƏ DƏFN OLUNUB

2008-02-01 - 16:17:00

 

Bu gün tanınmış alim, ictimai-siyasi xadim və dövlət adamı Sənan Əlizadə Yasamal rayonundakı köhnə qəbiristanlıqda dəfn olunub. Mərhumun nəşi yaşadığı evdən saat 15-də götürülüb.

S.Əlizadə dünən Bakıda qəflətən vəfat edib.

1943-cü ildə Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri, görkəmli geoloq Ələşrəf Əlizadənin ailəsində doğulub. Atasının yolunu davam etdirərək neft sahəsi üzrə mütəxəssis olan S.Əlizadə geologiya-minerologiya elmləri doktoru idi. S.Əlizadə həm də bir sıra dövlət vəzifələrində çalışıb. O, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, «Azneft»in baş direktoru olub.

1995-ci ildə Müsavat Partiyasına qoşulan S.Əlizadə 2001-2006-cı illərdə Divan üzvü kimi partiyanın rəhbərliyində təmsil olunub.

Müsavat başqanı İsa Qəmbər və partiyanın Divanı adından verilmiş nekroloqda S.Əlizadənin qəfil vəfatından üzüntü bildirilir, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verilir.

Allah rəhmət eləsin!

"Media forum"

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Bakı+4 .. +7oC 
Gəncə+1 .. +9oC 
Lənkəran+3 .. +7oC 
Naxçıvan-4 .. +7oC 
Quba-2 .. +6oC 
Sumqayıt+5 .. +7oC 
Şəki-3 .. +5oC 
Zaqatala-1 .. +7oC 

Arxiv

        Rambler's Top100