«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları zindanın 209-cu korpusunda saxlanan Mətinpurla Qəniludan Türkiyənin casusu olduqlarını etiraf etmələrini tələb edir. Adı çəkilən milli fəallar tutulmamışdan əvvəl bir neçə dəfə Türkiyədə olublar.
Məlumata görə, C.Qənilunun səhhəti ağırdır və onun ciddi müalicəyə ehtiyacı var.
Güneydən «Media forum»a daxil olan daha bir məlumatda bildirilir ki, Urmiya İnqilab Məhkəməsinin 1-ci şöbəsi dörd milli fəala - İsmayıl Cavadi, Hüseyn Hüseyni Kiya, Cəmşid Hüseyni Kiya və Əbülfəzl Aliluya bəraət qazandırıb. Onlar 23 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində separatçı qruplarla əlaqə saxlamaqda, əhalini iğtişaşlara çağırmaqda və ölkənin milli təhlükəsizliyinə təhlükə törətməkdə ittiham edilirdilər.
İ.Cavadi ana dili günündən üç gün əvvəl tutulmuş, 20 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabiində azadlığa buraxılmışdı.

































