 |
|
Cavad Derəxti | |
 |
|
Abdulla Əmir Haşimi | |
Fevralın 4-də İsveçin paytaxtı Stokholmda Abdulla Əmir Haşiminin (Cavanşir) təmsil etdiyi Güney Azərbaycan Konqresi və Cavad Derəxtinin sədri olduğu Dünya Azərbaycanlıları Konqresinin rəhbərlikləri arasında konqreslərarası əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.
«Media forum»un məlumatına görə, iclasda bölgədə və Güney Azərbaycandakı vəziyyətin həssas olduğu vurğulanıb və buna görə də təşkilatlararası əməkdaşlığın zəruriliyi fikrinə gəlinib. Görüşdə təşkilatlararası əməkdaşlığa mane olan faktorlar, onların səbəbləri, bu maneələrin aradan qaldırılması yolları müzakirə olunub. Yaxın gələcəkdə iki qurum arasında əməkdaşlıq sazişinin imzalanması qərara alınıb. İclas bitdikdən sonra hər iki təşkilatın rəhbəri Stokholmda yayımlanan «Haray» radiosunun qonağı olublar və radio əməkdaşlarının suallarını cavablandırıblar.