4 İLDƏN ÇOXDUR «SPEYS»də YAYIMLANAN «GECƏ KANALI» BUNDAN SONRA ANS-də EFİRƏ ÇIXACAQ

2006-05-23 - 14:43:00

Şəkildə: İlhamiyyə Rzayeva və Həmid Herisçi «Gecə kanalı» proqramında

2001-ci ilin dekabrından «Speys» telekanalında yayımlanan «Gecə kanalı» proqramı yaxın günlərdə ANS-də efirə çıxacaq. Bu barədə «Media forum» saytına məlumat verən proqramın müəllifi İlhamiyyə Rzayeva bildirib ki, format olduğu kimi qalacaq. «Proqramın üzərində işləyirik. Hələ ki, dekorasiyasının dəyişəcəyi məlumdur. Çox güman ki, «Gecə kanalı» ANS-də də həftənin sonunda efirə çıxacaq. Amma bu hələ dəqiq deyil».

«Speys»i tərk etmələrinin səbəbinə gəlincə, İlhamiyyə Rzayeva qeyd edib ki, ümumiyyətlə bir telekanaldan digərinə transferlərin olması adi haldır. Daha yaxşı şərait təklif edildikdə aparıcılar proqramlarını bir kanaldan o birinə keçirə bilərlər.

Artıq neçə müddətdir ki, ANS-dən «Gecə kanalı»nın aparıcılarına təkliflər olduğunu deyən İ.Rzayevanın bildirdiyinə görə, ANS-də yeni layihə üzərində iş gedir və onlar telekanalda həmin layihə əsasında hazırlanacaq proqramın da aparıcısı olacaqlar.

Qeyd edək ki, «Speys» Müstəqil Teleradio şirkətində yayımlanan «Gecə kanalı»nın müəlliflik hüququ İlhamiyyə Rzayevaya məxsusdur. Proqramı İlhamiyyə Rzayeva və Həmid Herisçi birgə aparır.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Bakı+4 .. +10oC 
Gəncə+4 .. +15oC 
Lənkəran+5 .. +12oC 
Naxçıvan-3 .. +12oC 
Quba0 .. +9oC 
Sumqayıt+4 .. +12oC 
Şəki+4 .. +11oC 
Zaqatala+4 .. +12oC 

Arxiv

        Rambler's Top100