E.Nəzərov «Media forum»a bildirib ki, onunla birlikdə Azərbaycana gələcək Avropa Parlamentinin deputatı Yan Brezina, kinorejisor və Avropada rəsm qalereyalarının sahibi Miro Smolak, Beynəlxalq humanitar təşkilat olan Şri Çinmoy Praqa Mərkəzinin rəhbəri Abişar Laja qurultayda qonaq qismində iştirak edəcəklər.
AZƏR-ÇEX Cəmiyyəti adı çəkilən şəxslərin iştirakı ilə bir sıra rəsmi görüşlər keçirəcək və Azərbaycanla Çexiya arasındakı münasibətlərin hərtərəfli genişlənməsi üçün təkliflər paketini müzakirə edəcək.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının 2-ci qurutltayı martın 16-da Bakıda keçiriləcək.

































