Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

EŞQİN TƏRİFİ

2012-02-03 - 15:16:00

Xatirə PƏNAHLI

Bu yazını təkcə atam Nemət Pənahlıya deyil, zindandakı bütün haqq mücahidlərinə ithaf edirəm.

Sizə eşqdən söz açmaq istəyirəm. Haqq sevdası ilə qarşısına çıxan sədləri heçə sayaraq eşqin arayışına çıxanlardan. Haqq aşiqlərinin, azadlıq aşiqlərinin, ilahi aşiqlərin çəkdiyi zillətlərə göz yaşı tökənlərə onları təmənnasız ardınca aparan bir duyğudan danışmaq istəyirəm.

Kimilərini Yusif kimi zindanlara, kimilərini Nəsimi kimi sərpa soyulmağa, kimilərini Azadlıq sevdası ilə dar ağacına aparanların varlığına hakim olan o bənzərsiz hissi şərh etmək istəyirəm.

İlahi bir hədiyyə olan bu mənəvi cövhər insana nələri elətdirməyib! Neçə sultanın könlünə hökm edib, neçə biləyibükülməz igidin kürəyini yerə vurub, iki gözün əsirinə çevirib. İradəmizin və ağlımızın yetişə bilmədiyi məfhumdur eşq. Bizə Füzulini, Leylanın gözlərində Rəhmanın təcəllisini görən Məcnunu qazandırıb.

Nədir eşq? Tərif verə bilərikmi varlığımızın ən dərin qatlarına kök salıb bizi səfil, ya da kral eləyən bu hissə? Gözlərinin daldığı yerdə sevdiyini görə bilməkmi, yoxsa sevdiyinin gözlərində Sevgilini görə bilməkmi? Bir şəhidin qanımıdır, yoxsa həsrətlə döyünən iki qəlbin vüsalımıdır? Nədir? Qaranlıq gecələri bürüyən ana laylasımı, yoxsa ölən qumrunun son nəğməsimi?

Bəlkə də iki rükət nafilə namazdır. Yox, mən kiçiltdim eşqi. Eşq daha böyükdür. Böyükdür, güclüdür, tabeedicidir. Eşq o qədər güclüdür ki, ölümün dəhşəti, zülmətin qulaq batıran sükutu onun qarşısında acizdir.

Bəlkə də Günəşin ətrafında planetlərin dönməsidir, ya da bir atom nüvəsinin ətrafında dövr eləyən elektronla nüvənin cazibəsidir eşq. Yox, bu eşqdir, təbii ki, amma eşqin tərifi olmaq gücdə deyil. Eşq qanaddır. İtirilmiş Cənnətimizə yetişmək üçün verilən bir qanaddır. Bəlkə də peyğəmbəri meraca aparan atdır – Burakdır. Sevdiyinin üzünə hər baxanda, onun üçün hər göz yaşı axıtdığında bizi meraca yüksəldən Burakdır. Məhəmmədın üzündə Ayın işığından çox nur görən Aişənin təbəssümüdür. Bəlkə də bir Məhəmməd üzlünü sevməkdir.

Bu qədər çalışıram eşqə tərif axtarmaq üçün. Bəlkə o, ölüm kimi danışılmamalı, söhbəti aparılmamalı bir mövzudur. Ancaq yaşanılar. Hiss olunar. Amma mən tərif axtarıram. Olmalıdır da mütləq.

Bülbülün nəğməsimidir, məşuqun cilvəsimidir, yoxsa aşiqin çiləsimi? Özündən uzaqlaşmaq, başqa bir bədəndə özünü axtarmaqdır bəlkə?

Mən məntiqlə eşqə tərif axtarıram. Labirintdə azan insan kimi məntiqimin yolunu itirdiyini hiss edirəm. Üzümdə təbəssüm var. Mənə qələbə çalmış bir məfhumu araşdırıram? Qulun öz sahibini incələmək hüququ varmı? Amma düşünürəm ki, bir tərəfdən eşq azadlıq deməkdir. Mən zindan içində aşiq gördüm ki, azadlıqda gəzənlərdən daha azaddır.

Mən eşqi zindan divarları arasında olan Azadlıq aşiqinın eşq qəzəllərində gördüm. O qəzəllərin Nəsimini xatırladan ruhunda gördüm. Qürub edən Günəşə baxıb, o aşiqin səsində Nəsimi qəzəlini və Nəsiminin səsində azadlıq aşiqinin qəzəlini dinləyirdi. Bəlkə də eşq elə əbədiyyət üfüqlərində doğan Günəşdir. Eşq Nəsimidir, Fəzlullahdır, “ənəlhəqq” deyənlərin sevgisini qəlbində daşıyan nemətlərdir.

Mən Nemət adlı aşiq gördüm ki, səcdə halında əlləri dərgaha açılı şəkildə belə dua edirdi:

Rumiyəm, İlahi Şəmsə möhtacam.
Nəsimiyəm, Fəzlullaha möhtacam.
Aşiqəm, İlahi Yara möhtacam.
Nemət deyir, bir Allaha möhtacam.
Ulu Tanrım, imdad eylə, amandı.

Mən o eşqi başqa yerdə də gördüm. Yenə dizləri üstə Rəbbinə yalvarırdı:

Ya Rəbb, bəlayi eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.


Mən eşqi Nəsiminin, Xətainin “ənəlhəqq” sözündə gördüm.

Eşqi axtarmaq nə qədər çətinsə, bir o qədər asanmış. Yenə təbəssüm qondu həyəcanlı üzümə. Mövlananı xatırladım. Nə gözəl deyib: “Eşqin şəhərində ağıl palçığa batmış ulaq kimi yatıb qaldı”. Eşqi, aşiqliyi yenə eşq şərh etdi.

Bəlkə də eşq mənəm. Nəsimi diliylə desəm:

Mən atəşi-eşqi-nuri-həqqəm.
Musayə zəban, zəban mənəm, mən.

Bəli, eşq mənəm. Rəbbimin eşqinin simgəsi olan mən. Aşiqin şərhinə bax. Bax gör ki, O zərrəni insan eyləyib qüdrət qələmiylə nə gözəl çəkib.

Çox çətinlik çəkdim. Qısa müddət də olsa, beynim sanki eşqin selinə qapılıb yox olacaqdı. Amma hədər getmədi. Eşqə tərif tapdım. Eşq Allahdır. Bayaqdan sadaladığım bütün eşqlərin birləşmə nöqtəsi olan Allahdır. Eşq Bəqabillah məqamına yüksəlmək istəyən aşiqin bu yolda çəkdiyi çəfadır.

O zaman nə mutlu bu cəfanı çəkənlərə. Nə mutlu Yusif kimi zindanın dörd divarı arasında azadlığın son zirvəsi olan Allaha qovuşanlara.... Nə mutlu!


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir